Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşduAzərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilinin sahibi olub.

İyunun 1-dən avqustun 30-dək davam edən kampaniya istehlakçılar arasında böyük maraqla qarşılanıb və Azərbaycan qida sektorunda keçirilən lotereya kampaniyaları arasında rekord iştirak göstəricisi ilə seçilib. Kampaniya müddətində istehlakçılar lotereya dizaynlı "Bizon" məhsullarını əldə edərək qapaq altındakı xüsusi kodları qeydiyyatdan keçirməklə həftəlik tirajlarda iştirak etmək imkanı qazanıblar.

Lotereyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tirajların şəffaf və açıq şəkildə keçirilməsi olub. Hər həftənin qalibi "Bizon Energy" YouTube kanalında canlı yayım vasitəsilə müəyyənləşdirilib və iştirakçılar seçim prosesini real vaxt rejimində izləyə biliblər.

Kampaniya boyunca avtomobil qazanan 13 qalibin adları belədir:

I həftə - Fuad Zeynalov
II həftə - Teymur İsmayılov
III həftə - Kənan Məlikli
IV həftə - Tahir Allahverdiyev
V həftə - Nəsimi Quliyev
VI həftə - Salman Səmədov
VII həftə - Xanım Həmidova
VIII həftə - Tamerlan Əsədov
IX həftə - Əfsanə Əhmədzadə
X həftə - İlqar Mustafayev
XI həftə - Rasim Qasımov
XII həftə - Mətanət Abbasova
XIII həftə - Məleykə Nəsibova​
Bütün qaliblərə qazandıqları avtomobillər rəsmi şəkildə təhvil verilib. Beləliklə, 13 həftəlik kampaniya 13 avtomobilin 13 fərqli qalibə təqdim olunması ilə yekunlaşıb.

"13 həftə, 13 avtomobil" kampaniyası "Bizon"un istehlakçılarla birbaşa ünsiyyətini və onların marka ilə bağlı təcrübəsini gücləndirən layihələrdən biri kimi yadda qalıb. Kampaniyanın geniş auditoriya tərəfindən izlənilməsi, tirajların canlı yayımlanması və qaliblərin hər həftə şəffaf şəkildə müəyyənləşdirilməsi lotereyaya olan marağın davamlı şəkildə qorunmasına imkan verib.

Qeyd edək ki, "Bizon" bundan əvvəl də istehlakçılar üçün müxtəlif kampaniyalar və layihələr həyata keçirərək markanın dinamik və enerjili kommunikasiya xəttini davam etdirib. "13 həftə, 13 avtomobil" lotereyası isə təqdim olunan mükafatların miqyası, 13 həftəlik fasiləsiz tiraj prosesi və iştirakçıların yüksək marağı ilə markanın ən diqqətçəkən kampaniyalarından birinə çevrilib.

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 818   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

16:08 102
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 200
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 357
.

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub

04.11.2026 396
.

Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?

Doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın dünyaya gəlməsi ilə ailənin maddi xərcləri də əhəmiyyətli dərəcədə artır. Xüsusilə ilk aylarda körpənin geyim, qida, dərman və digər zəruri ehtiyaclarını

11:49 247
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

12:20 308
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 159
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 378
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 207
.