TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənirTürk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına da imkan yaradır.
Son illərdə TDT çərçivəsində enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının inkişafı əsas əməkdaşlıq istiqamətlərindən birinə çevrilib. Etibarlı nəqliyyat bağlantıları və enerji təhlükəsizliyi regional sabitlik və iqtisadi inkişaf üçün mühüm amillərdən hesab olunur.
Azərbaycan isə əlverişli coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat-enerji infrastrukturu ilə bu prosesdə xüsusi rol oynayır. Ölkəmiz Mərkəzi Asiya dövlətlərinin Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxışında tranzit imkanları təqdim edir, eyni zamanda, Avropa ilə Asiyanın qovşağında yerləşməsi sayəsində türk dövlətləri arasında nəqliyyat, logistika, enerji və ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm istiqamətlərdən biridir. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında əldə etdiyi təcrübə və formalaşdırdığı infrastruktur ölkənin regional enerji təhlükəsizliyində rolunu artırır. Bu imkanların nəqliyyat bağlantıları ilə tamamlanması isə Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. Bu baxımdan nəqliyyat və enerji təhlükəsizliyi sahəsində TDT-nin rolu getdikcə artır.
Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edən zaman təşkilata üzv ölkələrin yerləşdiyi geniş coğrafiyanın enerji və nəqliyyat baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, TDT məkanından həm üzv ölkələr, həm də daha geniş region üçün əhəmiyyətli enerji və nəqliyyat dəhlizləri keçir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi və etibarlı nəqliyyat bağlantıları bu gün ümumi təhlükəsizliyin əsas elementlərindəndir. Ölkə başçısı Azərbaycanın bu prosesdə xüsusi rolunu da qeyd edib. Prezidentin sözlərinə görə, Azərbaycan həm enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında, həm də Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi vasitəsilə dünya bazarlarına çıxışında mühüm mövqeyə malikdir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi ölkəyə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, eyni zamanda, türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafına töhfə vermək imkanı yaradır.
Dövlətimizin başçısı qeyd edib ki, TDT ölkələrinin potensialı və onların yerləşdiyi coğrafi mövqe təşkilatın beynəlxalq nəqliyyat və enerji məsələlərində rolunun daha da gücləndirilməsi üçün geniş imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə edilməsi Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin, ticarətin və iqtisadi əməkdaşlığın daha da genişlənməsinə xidmət edə bilər.
Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın güclənməsinə və bütövlükdə regionun inkişafına töhfə verən ölkələrdəndir. Bu baxımdan Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan regional nəqliyyat və logistika infrastrukturunun inkişafına xüsusi dəstək nümayiş etdirib. Bir tərəfdən Azərbaycanın coğrafi mövqeyi, digər tərəfdən Azərbaycanın regionda formalaşdırdığı yeni düzən birmənalı şəkildə türk dövlətlərinin yaxınlaşmasına və inkişafına dəstək kimi xarakterizə olunur. Azərbaycan həm nəqliyyat və logistika, həm də enerji resurslarının daşınması sahəsində regionda xüsusi mövqeyə malik dövlətlərdən biridir.
Ölkəmiz bu istiqamətlərdə həm tranzit ölkə, həm də mənbə ölkə kimi çıxış edir. Bu amillər Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarır. Xüsusilə yeni düzən kontekstində Azərbaycanın regional orta güc dövləti kimi geosiyasi mövqeyinin daha da güclənməsi müşahidə olunur. Eyni zamanda, bu, bütövlükdə nəqliyyat bağlantıları, həm də türk dövlətlərinin inkişafı və türk dövlətləri arasındakı ticarət və iqtisadi əlaqələrin genişlənməsi baxımından vacibdir.
Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədir. Özbəkistanla ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənib. TDT-yə üzv digər türk dövlətləri ilə əlaqələr üzrə də müəyyən hədəflər mövcuddur. Bütün bunlar ona xəbər verir ki, türk dövlətlərinin yaxınlaşması, inkişafı və türk dövlətləri arasında əlaqələrin genişlənməsi aydın və ölçüləbilən hədəflərlə reallaşır. Azərbaycan da məhz bu hədəflərin gerçəkləşməsinə xüsusi töhfə verən ölkələrdəndir.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

16:08 102
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 200
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 357
.

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub

04.11.2026 396
.

Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?

Doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın dünyaya gəlməsi ilə ailənin maddi xərcləri də əhəmiyyətli dərəcədə artır. Xüsusilə ilk aylarda körpənin geyim, qida, dərman və digər zəruri ehtiyaclarını

11:49 247
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

12:20 308
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 159
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 378
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 207
.