Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlirSon bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, həm də təhlükəsizlik sahəsində yüksək səviyyəli tədbirlərin eyni məkanda keçirilməsi Azərbaycanın TDT çərçivəsində etibarlı və mərkəzi platforma kimi qəbul olunduğunun, beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi üçün əlverişli və etibarlı məkan kimi tanındığının əyani göstəricisidir.
Beynəlxalq təşkilatlar arasında güc balansının dəyişdiyi, yeni regional birliklərin dünya siyasətinə təsir imkanlarının artdığı yeni siyasi mənzərədə TDT özünün tarixi, mədəni və geosiyasi potensialına söykənərək çağdaş dünyanın çoxqütblü modelində önəmli regional aktor kimi formalaşmaqdadır. Ümumiyyətlə, TDT-nin son illərdə qazandığı dinamik inkişaf onu yalnız türkdilli xalqların əməkdaşlıq platforması deyil, eyni zamanda, qlobal münasibətlər sisteminin yeni mərkəzlərindən biri olduğunu nümayiş etdirir. Reallıq həm də ondan ibarətdir ki, TDT üzv dövlətlər arasında siyasi, iqtisadi, enerji və humanitar sahələrdə qarşılıqlı inteqrasiyanı daha da möhkəmləndirməklə yanaşı, Avrasiya arealında sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafın təminatçısı rolunu da öz üzərinə götürüb.
Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən dediyi bu sözlər mövcud reallığı, eləcə də perspektivi əks etdirir: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq".
Dövlət başçımız çıxışında bəzi beynəlxalq mərkəzlərdən TDT üzvü olan ölkələrin milli maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsiplərinin dəyişməz olaraq qaldığını vurğulamaqla bədxahlarımızın ünvanına ciddi xəbərdarlıq mesaji da göndərmiş oldu. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə" - mesajını verən dövlət başçımız bu zaman həmin qüvvələrin yalan və saxta informasiya üzərindən apardıqları zərərli fəaliyyətlərini daha çox gənclərin üzərinə yönəltmələrinə xüsusi diqqət verilməsinin vacibliyini önə çəkdi. İlham Əliyev onların əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəltdiklərini vurğuladı: "Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik".
TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatına uğurla liderlik etmiş ölkə təmsil olunur. Amma, bu, birgə əməkdaşlığa və təşkilatın inkişafına mane olacaq amil sayılmamalıdır. Xatırlatmaq yerinə düşər ki, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı aktiv müzakirələr davamlı şəkildə aparılır. Bu müzakirələr qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini aktuallaşdırmaq imkanı deməkdir. Həm də ortada bir nümunə mövcuddur: Azərbaycan ilə Türkiyə arasında imzalanan "Şuşa Bəyannaməsi". Bu sənəd yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin təşkilat daxilində ortaq Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi əsaslı və arqumentlidir. Bu müqavilə iki dövlət arasında imzalansa da, əslində, orada əksini tapan məsələlər önəminə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da istifadə oluna bilər.
Prezidentin çıxışında bu konteksti xüsusi olaraq önə çəkməsi heç də təsadüfi deyildi: "TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir".
Çıxışında Azərbaycanda xain, antimilli, satqın strukturların, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıdığını da qeyd edən İlham Əliyev onların xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunduğunu deyərkən bunun səbəbini Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzinə sadiqliyin əsas istiqamət, başlıca tendensiya kimi qalmasını göstərdi. Bu zaman dövlətimizin başçısı onu da vurğuladı ki, bu tendensiyaya zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır.
Prezident İlham Əliyevin təkcə TDT məkanına deyil, beynəlxalq ictimaiyyətə ünvanladığı "Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir" siyasi ismarışı xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı vurğulayıb ki, buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən haqqında danışdığımız kimi beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 806   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

16:08 102
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 200
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 357
.

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub

04.11.2026 396
.

Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?

Doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın dünyaya gəlməsi ilə ailənin maddi xərcləri də əhəmiyyətli dərəcədə artır. Xüsusilə ilk aylarda körpənin geyim, qida, dərman və digər zəruri ehtiyaclarını

11:49 247
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

12:20 308
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 159
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 378
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 207
.