Süni intellekt kinonu əvəz edəcək? - Gələcəyin ssenarisi açıqlandı
Süni intellektin kino sənayesində getdikcə daha geniş istifadə olunması ənənəvi kinematoqrafiyanın gələcəyi ilə bağlı müzakirələri artırıb. Mütəxəssislər hesab edirlər ki, AI əsaslı filmlər klassik kinonu tamamilə əvəz etməyəcək, lakin sektorda yeni və daha sürətli istehsal formatlarının yaranmasına səbəb olacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Astana Süni İntellekt Film Festivalı (AAIFF)in həmtəsisçisi və kreativ direktoru Ayzatulla Hüseyn süni intellektin kino sənayesinə təsirindən danışıb.
Onun sözlərinə görə, AI-kino gələcəkdə daha çox qısametrajlı filmlər və seriallar kimi ayrıca formatlarda inkişaf edə bilər.
"Düşünmürəm ki, süni intellektlə hazırlanan kino ənənəvi kinematoqrafiyanı tamamilə əvəz edəcək. Daha çox özünəməxsus formalar yaradacaq. Məsələn, qısametrajlı filmlər və seriallar. Vaxtilə teatrda olduğu kimi, ənənəvi kinonun sayı müəyyən qədər azala bilər, lakin keyfiyyətinin yüksəlməsi mümkündür", - Hüseyn bildirib.
O hesab edir ki, ənənəvi kino gələcəkdə daha çox klassik çəkiliş üsullarına, o cümlədən lent üzərində çəkilişlərə müraciət edə bilər. Bununla yanaşı, süni intellekt vasitəsilə sürətlə hazırlanan kontentin həcmi artacaq.
Mütəxəssisin fikrincə, ənənəvi və AI əsaslı kino paralel şəkildə inkişaf edəcək. Bəzi layihələrdə bu iki istiqamət bir-birindən ayrı qalacaq, digərlərində isə eyni layihə çərçivəsində birləşəcək.
"Bir nəfər kompüter arxasında öz filmini yarada bilər"
Ayzatulla Hüseyn süni intellektin kino sənayesinə gətirdiyi ən böyük dəyişikliklərdən birinin kontent istehsalının daha əlçatan olması olduğunu bildirib.
Onun sözlərinə görə, artıq böyük çəkiliş qrupuna və milyonlarla dollar büdcəyə sahib olmadan da film hazırlamaq mümkündür.
"Əsas dəyişiklik kontent istehsalının demokratikləşməsidir. Festivalımız üçün iş hazırlayanların çoxu tək çalışan yaradıcı şəxslərdir. Kiçik bir yaşayış məntəqəsində yaşayan adi bir insanın ideyası ola bilər, kompüter qarşısına keçib öz filmini hazırlaya və onu bütün dünyaya göstərə bilər. Bu, hələ başlanğıcdır", - o qeyd edib.
Hollivudla rəqabət hələ çətindir
AAIFF-in həmtəsisçisi və idarə heyətinin sədri Almas Jali isə bildirib ki, AI vasitəsilə hazırlanan filmlərin ənənəvi Hollivud istehsalı ilə rəqabət aparması hələlik asan deyil.
Bununla belə, süni intellekt yaradıcı şəxslərə öz hekayələrini daha az xərc və daha qısa müddətdə ekranlaşdırmaq imkanı verir.
Mütəxəssislərin fikrincə, bunun əsas üstünlüyü ondan ibarətdir ki, müəlliflər ideyalarının başqa rejissor və ya prodüser tərəfindən həyata keçirilməsini gözləmədən, öz baxışlarını birbaşa tamaşaçıya çatdıra bilirlər.
Beləliklə, süni intellekt ənənəvi kinonu sıradan çıxarmaqdan daha çox, kino sənayesində yeni istehsal formalarının və müstəqil yaradıcıların sayının artmasına şərait yarada bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 758 Tarix: 18 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı
Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark
16:08 102 Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə
Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B
11:40 200 Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
04.11.2026 357 Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir
Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub
04.11.2026 396 Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?
Doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın dünyaya gəlməsi ilə ailənin maddi xərcləri də əhəmiyyətli dərəcədə artır. Xüsusilə ilk aylarda körpənin geyim, qida, dərman və digər zəruri ehtiyaclarını
11:49 247 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
12:20 308 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
14:50 159 "Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib
04.11.2026 378 Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar
10:41 207