"Orta Dəhlizin ötürücülük qabiliyyəti və logistik rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artırmışdır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Orta Dəhlizin ötürücülük qabiliyyəti və logistik rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artırmışdır" - BƏHRUZ MƏHƏRRƏMOV"Türk Dövlətləri Təşkilatının təkamül dinamikası müasir beynəlxalq münasibətlər sistemində regional inteqrasiya modellərinin yenidən formalaşmasının və güclənməsinin bariz nümayişidir. Təşkilatın bugünkü geostrateji çəkisi və beynəlxalq arenadakı mövqeyi bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nümayiş etdirdiyi uzaqgörən siyasi iradə, ardıcıl diplomatiya və konseptual liderliklə bağlıdır. Dövlət başçısının təşkilatın Zirvə görüşlərində irəli sürdüyü doktrinal tezislər TDT-nin sadəcə regional məşvərət qurumu kimi deyil, qlobal proseslərə təsir göstərmək qabiliyyətinə malik aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsi strategiyasının təməlini təşkil edir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.
"Orta Dəhlizin ötürücülük qabiliyyəti və logistik rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artırmışdır" - BƏHRUZ MƏHƏRRƏMOVOnun sözlərinə görə, 2009-cu ildə Naxçıvan şəhərində imzalanmış tarixi Sazişlə əsası qoyulan bu təşkilat təxminən iyirmiillik fəaliyyəti ərzində üzv ölkələr arasında əlaqələrin inkişafı, mühüm geosiyasi və geoiqtisadi məsələlərin həlli üçün öz potensialından maksimum istifadə etmişdir: "Naxçıvan Zirvə görüşündən başlayan bu tarixi yol cənab İlham Əliyevin siyasi varislik və strateji baxış prinsiplərinə əsaslanan liderliyi sayəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, Azərbaycan Prezidenti təşkilatın yalnız daxili inteqrasiyası ilə kifayətlənməyərək, onun beynəlxalq hüquqi subyektliyinin və qlobal nüfuzunun sistemli şəkildə möhkəmləndirilməsi xəttini formalaşdırmışdır.

Ötən dövr ərzində TDT-nin iş mexanizmlərinin çevikliyini, operativliyini və funksionallığını artırmaq məsələsində də Prezident İlham Əliyevin rolu xüsusilə həlledici olmuş, dövlət başçılarının ildə yalnız bir dəfə görüşməsinin sürətlə dəyişən qlobal reallıqlar şəraitində kifayət etmədiyini vurğulayan Azərbaycan lideri, təşkilatın fəaliyyət dinamikasına tamamilə yeni bir nəfəs gətirmiş, TDT çərçivəsində qeyri-rəsmi Zirvə görüşləri institutunun əsası qoyulmuşdur. Bu təşəbbüsün ilk olaraq Türk dünyasının mədəniyyət paytaxtı Şuşada reallaşdırılması xüsusi siyasi-hüquqi və rəmzi məna daşıyaraq, dövlət başçıları səviyyəsində operativ konsultasiyaların və daimi strateji dialoqun saxlanılması üçün yeni hüquqi-praktiki mexanizm formalaşdırmışdır.

TDT-nin qlobal müstəvidə nüfuzlu təsisata çevrilməsi strategiyasının mühüm tərkib hissəsini Birləşmiş Millətlər Təşkilatı və digər aparıcı beynəlxalq qurumlarla siyasi-hüquqi əlaqələrin dərinləşdirilməsi təşkil edir. Məlumdur ki, Naxçıvan Sazişinin preambulasında BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqlik xüsusi olaraq təsbit olunmuşdur. TDT-nin BMT Baş Assambleyasında müşahidəçi statusunun əldə olunması istiqamətində atılan sistemli addımlar, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurası ilə qurulan institusional əməkdaşlıq TDT-nin beynəlxalq hüquq müstəvisində tanınmasını və legitimliyini artırır. BMT İnkişaf Proqramı və UNESCO kimi ixtisaslaşmış strukturlarla tərəfdaşlıq platformalarının genişləndirilməsi TDT-nin beynəlxalq sülh, təhlükəsizlik və davamlı inkişaf gündəliyinə fəal töhfə verən qlobal aktor kimi formalaşmasını hüquqi baxımdan möhkəmləndirir. Avrasiya məkanında baş verən geoiqtisadi transformasiyalar fonunda TDT-nin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə rolu da strateji əhəmiyyət kəsb edir.

Çindən Avropaya qədər uzanan bu Şərq-Qərb nəqliyyat koridoru Türk dövlətlərinin coğrafi məkanını vahid geoiqtisadi arteriyaya çevirir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi meqalayihələr Orta Dəhlizin ötürücülük qabiliyyətini və logistik rəqabət qabiliyyətliliyini əhəmiyyətli dərəcədə artırmışdır. TDT çərçivəsində gömrük prosedurlarının harmonizasiyası, e-Permit, e-CMR kimi rəqəmsal ticarət sənədlərinin tətbiqi və vahid tarif siyasətinin formalaşdırılması üzv ölkələri yalnız tranzit ərazisi kimi deyil, qlobal təchizat zəncirinin həlledici operatorları kimi mövqeləndirir. Bu xətt TDT-nin geoiqtisadi müstəqilliyini və Avrasiya ticarətindəki strateji çəkisini təmin edir. Bu geoiqtisadi arxitekturanın ən mühüm və strateji halqalarından biri də heç şübhəsiz məhz Prezident İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi konseptidir. Siyasi-hüquqi baxımdan Zəngəzur dəhlizinin açılması Türk dünyasının geoqrafik baxımından onilliklər boyu kəsilmiş fiziki və quru bağlantısını bərpa edən tarixi hadisədir. Bu koridor Mərkəzi Asiya, Qafqaz və Türkiyəni birbaşa quru yolları və dəmir yolu şəbəkəsi ilə birləşdirərək TDT üzvü olan ölkələr arasında kəsintisiz nəqliyyat və kommunikasiya xətti formalaşdırır. Zəngəzur dəhlizi təkcə regiondaxili ticarət dövriyyəsinin artmasına və logistik xərclərin minimuma enməsinə şərait yaratmır, həm də Türk dövlətlərinin vahid geoiqtisadi platformada birləşməsini hüquqi və praktiki baxımdan təmin edir.

Beləliklə, bu dəhliz TDT-nin Avrasiya nəqliyyat xəritəsində strateji mövqeyini sarsılmaz edən baş geoiqtisadi faktor kimi çıxış edir. Qlobal geostrateji təhdidlərin və beynəlxalq hüquq arxitekturasının dəyişdiyi müasir dövrdə Prezident İlham Əliyev TDT çərçivəsində təhlükəsizlik, müdafiə və hərbi əməkdaşlıq sahələrini inteqrasiyanın vacib sütunlarından biri kimi irəli sürmüşdür. Dövlət başçısı təşkilata üzv ölkələrin təhlükəsizlik şuraları, müdafiə sənayesi rəhbərləri, hüquq-mühafizə və xüsusi xidmət orqanları arasında sıx koordinasiyanın və birgə mexanizmlərin yaradılmasını təşəbbüs edir. Məhz bu konsepsiyanın tərkib hissəsi kimi, üzv dövlətlərin müdafiə potensialının artırılması, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə istehsal platformalarının qurulması və kritik infrastrukturların birgə mühafizəsi TDT-nin kollektiv təhlükəsizlik dayaqlarını formalaşdırır.

Prezident İlham Əliyevin strateji xəttinə əsasən, müasir münaqişələrin geofiziki sərhədləri aşdığı bir şəraitdə Türk dünyası hərbi-strateji baxımdan da vahid, bir-birini dəstəkləyən və regional sabitliyin qarantı kimi çıxış edən güc mərkəzinə çevrilməlidir. Cənab İlham Əliyevin TDT təhlükəsizlik rəhbərləri ilə görüşündəki tarixi nitqi də göstərməkdədir ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strateji hədəf TDT-nin qlobal güc mərkəzlərindən birinə çevrilməsini təmin etməkdir və bu siyasi xətt üzv dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması, eyni zamanda Orta Dəhliz və Zəngəzur koridoru kimi mühüm geoiqtisadi arteriyaların hüquqi və logistik bazasının gücləndirilməsi məqsədinə xidmət edir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 168   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda türk dünyasının təhlükəsizlik gündəliyi: TDT yeni strateji mərhələyə keçir

Bakı son illərdə yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının siyasi və strateji gündəliyinin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilməkdədir. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə yüksək səviyyəli nümayənd

11:06 143
.

Seda Sayan oğlu və onun sevgilisini tənqid etdi - "Ayıbdır daha"

Türkiyəli məşhur müğənni Seda Sayan oğlu Oğulcan Enginlə aktrisa İlayda Alişanın münasibəti barədə açıqlama verib. yerli mediaya istinadla xəbər verir ki, təxminən 3 ildir sevgili olan cütlüyün münasibətinin davam etdiyini bildirən Seda Sayan onların artıq evlənməsini istədiyini deyib. "Oğlum məni

17.09.2026 409
.

Bu ölkə kitab oxuyanlara pul verəcək

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali

17.09.2026 222
.

Boşanmadan sonra Paşinyandan diqqətçəkən paylaşım

Ermənistanın Baş naziri Nikol Paşinyan səhərinə rus şanson müğənnisi Yelena Vaenqanın "Standing Alone Again" mahnısını dinləməklə başlayıb. xəbər verir ki, Paşinyan həmin anları öz Telegram kanalında paylaşıb. Videoda Paşinyan bir neçə saniyə otaqda hərəkətsiz oturaraq papaqla Vaenqanın mahnısın

11:21 99
.

Şəmkirdə 13 il əvvəl qətl törədən TUTULDU

Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb. DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən -a daxil olan birgə məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri ola

17.09.2026 257
.

Bakının təhlükəsizlik gündəliyi: TDT-nin regional çəkisi və Azərbaycanın artan rolu

Sentyabrın 17-də Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlıq gündəliyində təhlükəsizlik məsələlərinin getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizli

11:04 121
.

Enli cins şalvar geyinənlərin DİQQƏTİNƏ - Bu model hər kəsə yaraşmır

Sərbəst kəsimli şalvarlar əsas moda trendlərindən biri olaraq qalır və maksimum rahatlıq təmin edir. Lakin oversayz şalvarlar heç də hər zaman yaxşı görünmür. xəbər verir ki, bel hissəsinin düzgün seçilməməsi, həddindən artıq genişlik və ya uyğun olmayan uzunluq bədən proporsiyalarını asanlıqla poz

17.09.2026 282
.

Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparıla

17.09.2026 371
.

Prezidentlə xanımı Şamaxıda daha bir hotel açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlət başçısına və birinci xanıma hoteldə yaradılmış şərai

17.09.2026 290
.