Azərbaycanda süni intellekt fənni tədris olunmalıdırmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda süni intellekt fənni tədris olunmalıdırmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASüni intellekt texnologiyaları təhsil sistemi də daxil olmaqla müxtəlif sahələrdə sürətlə tətbiq olunur. Bir sıra Qərb ölkələrində və Çində süni intellekt artıq tədris proqramlarına daxil edilərək şagirdlərə fənn kimi öyrədilir. Azərbaycanda da rəqəmsal bacarıqların inkişafı və təhsilin müasir texnologiyalara uyğunlaşdırılması fonunda bu istiqamətin tədrisə daxil edilməsi məsələsi diqqət çəkir.

Bəs Azərbaycanda süni intellekt ayrıca fənn kimi tədris olunmalıdırmı? Bu, şagirdlərin gələcəkdə texnologiyalardan daha düzgün və effektiv istifadə etməsinə necə təsir göstərə bilər?
Azərbaycanda süni intellekt fənni tədris olunmalıdırmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günün reallığıdır. Ona görə də Azərbaycanda süni intellektin təhsil sistemində ayrıca istiqamət və fənn kimi tədris olunması məsələsinə ciddi şəkildə baxılmalıdır. Amma burada vacib məqam odur ki, süni intellekti yalnız informatika və ya kompüter ixtisaslarının problemi kimi qəbul etmək düzgün olmazdı. Hazırda dünyada süni intellektlə bağlı yanaşma da məhz bu istiqamətdə dəyişir. Məsələn, Çində süni intellekt təhsilinin ibtidai və orta təhsil səviyyəsindən sistemli şəkildə tətbiqi ilə bağlı dövlət siyasəti formalaşdırılıb. Çin Təhsil Nazirliyinin yanaşmasına əsasən, aşağı siniflərdə şagirdlərə süni intellekt haqqında ilkin təsəvvürlərin verilməsi, yuxarı siniflərdə isə texnologiyanın istifadəsi, layihələrin hazırlanması və innovativ tətbiqlərin öyrədilməsi nəzərdə tutulur. 2025-ci ildən etibarən Çində süni intellekt üzrə ümumi təhsilin ayrıca konseptual çərçivəsi də hazırlanıb.

Burada Azərbaycanın da müəyyən addımlar atdığını qeyd etmək lazımdır. Ölkəmizdə artıq süni intellekt üzrə ixtisaslaşmış kadr hazırlığı istiqamətləri yaradılır. Amma məncə, əsas məsələ yalnız süni intellekt üzrə ayrıca mütəxəssis yetişdirmək deyil. Biz süni intellekt savadlılığını bütün ixtisaslara gətirməliyik.

Çünki bu gün süni intellekt artıq demək olar ki, bütün sahələrdə tətbiq olunur. Kompüter elmləri, proqramlaşdırma, informasiya texnologiyaları, mühəndislik, maliyyə, iqtisadiyyat, marketinq, logistika, səhiyyə, təhsil, hüquq, kənd təsərrüfatı, memarlıq, media və jurnalistika kimi sahələrdə süni intellekt müxtəlif formada istifadə edilir.

Məsələn, tibb sahəsində süni intellekt tibbi görüntülərin təhlili, xəstəliklərin erkən aşkarlanması, diaqnostik qərarlara dəstək və dərman araşdırmalarında istifadə olunur. Deməli, gələcəyin həkimi AI alətlərindən istifadə etməyi bilməlidir.

Hüquq sahəsində isə hüquqi sənədlərin təhlili, böyük həcmli məlumatların araşdırılması, müqavilələrin müqayisəsi və hüquqi araşdırmaların sürətləndirilməsi baxımından süni intellektdən istifadə imkanları artır. Buna görə hüquqşünas da ən azı süni intellektin imkanlarını və risklərini bilməlidir.

İqtisadiyyat və maliyyə ixtisaslarında məlumatların təhlili, proqnozlaşdırma, risklərin qiymətləndirilməsi, maliyyə modellərinin hazırlanması və qərar qəbuletmə proseslərində AI artıq mühüm vasitəyə çevrilir.

Kənd təsərrüfatında isə ağıllı fermer təsərrüfatları, məhsuldarlığın proqnozlaşdırılması, torpağın və bitkilərin vəziyyətinin monitorinqi, suvarmanın optimallaşdırılması kimi istiqamətlərdə süni intellektdən istifadə etmək mümkündür.

Təhsil sahəsində də vəziyyət eynidir. Süni intellekt müəllimi əvəz etmək üçün deyil, müəllimin işini daha səmərəli etmək üçün istifadə oluna bilər. Fərdiləşdirilmiş təhsil, şagirdin zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi, dərs materiallarının hazırlanması, qiymətləndirmə və öyrənmə prosesinin təhlili buna nümunədir. Azərbaycanda da ali təhsil müəssisələrində AI əsaslı rəqəmsal alətlərin, o cümlədən Microsoft Copilot kimi həllərin tətbiqi istiqamətində işlər görülür.
Ona görə mən hesab edirəm ki, Azərbaycanda iki paralel istiqamət olmalıdır.

Birinci istiqamət - məktəblərdə şagirdlərin yaş səviyyəsinə uyğun süni intellekt savadlılığının formalaşdırılmasıdır. Burada məqsəd uşaqlara mürəkkəb proqramlaşdırma öyrətmək deyil. Şagird bilməlidir ki, süni intellekt nədir, necə işləyir, verdiyi cavab nə dərəcədə etibarlıdır, məlumatların məxfiliyi nədir, müəllif hüquqları necə qorunmalıdır və AI-dan istifadə zamanı etik sərhədlər haradadır.

İkinci istiqamət isə ali təhsildə süni intellektin bütün ixtisaslara inteqrasiyasıdır.

Fikrimcə, bütün universitet tələbələri üçün ən azı baza səviyyəsində "Süni intellektə giriş və AI savadlılığı" kimi ümumi fənnin olması məqsədəuyğundur. Daha sonra isə hər ixtisasa uyğun ayrıca AI modulları hazırlanmalıdır.
Yəni mən süni intellektin yalnız ayrıca bir ixtisas kimi tədris olunmasını kifayət hesab etmirəm. Əksinə, AI həm ayrıca ixtisas, həm ayrıca baza fənni, həm də bütün digər ixtisasların daxilində tətbiqi modul kimi tədris edilməlidir.

Çünki gələcəkdə əmək bazarında "AI bilən proqramçı" ilə yanaşı, "AI bilən həkim", "AI bilən hüquqşünas", "AI bilən müəllim", "AI bilən iqtisadçı", "AI bilən mühəndis" və "AI bilən jurnalist"ə ehtiyac olacaq.

Burada bir başqa mühüm məsələ də var. Biz tələbəyə sadəcə ChatGPT və ya digər generativ süni intellekt alətlərindən istifadə etməyi öyrətməməliyik. Əgər biz yalnız "AI-dan necə cavab almağı" öyrətsək, bu, kifayət etməyəcək. Tələbə eyni zamanda AI-nin səhv məlumat yarada biləcəyini, qərəzli nəticələr verə biləcəyini, məxfilik və müəllif hüquqları ilə bağlı risklər yaratdığını anlamalıdır.

Yəni AI təhsilinin üç əsas istiqaməti olmalıdır: texnologiyanı anlamaq, ondan düzgün istifadə etmək və onun nəticəsini tənqidi qiymətləndirmək.

Mən xüsusilə akademik dürüstlük məsələsini də vacib hesab edirəm. Universitet tələbəsi referatını, kurs işini və ya elmi işini tamamilə süni intellektə yazdırıb təqdim etməməlidir. Əksinə, AI-dan köməkçi alət kimi istifadə etməli, amma yekun məsuliyyət və düşüncə insanda qalmalıdır.

Dünyada qəbul edilən yanaşmalarda da artıq AI savadlılığı yalnız texniki bacarıq kimi deyil, tənqidi düşüncə, insan məsuliyyəti, etik davranış və insan-AI əməkdaşlığı ilə birlikdə nəzərdən keçirilir.

Ona görə mənim mövqeyim belədir: Azərbaycanda süni intellektin tədrisinə gecikmədən başlamaq lazımdır. Lakin bunu birdən-birə bütün məktəblərdə və universitetlərdə ağır texniki fənn kimi tətbiq etmək düzgün yanaşma olmaz. Mərhələli model qurulmalıdır.

Məktəbdə - AI savadlılığı və rəqəmsal düşüncə;

universitetdə - bütün tələbələr üçün baza AI fənni;

ixtisas səviyyəsində - həmin sahəyə uyğun tətbiqi AI modulları;

magistratura və doktoranturada isə - dərin ixtisaslaşma, tədqiqat və innovasiya.

Ən əsası isə müəllimlərin özlərinin bu prosesə hazırlanmasıdır. Çünki müəllim süni intellektdən istifadəni bilmirsə, onun şagirdə və tələbəyə düzgün istiqamət verməsi çətin olacaq. Buna görə AI üzrə müəllim hazırlığı və ixtisasartırma proqramları da paralel şəkildə genişləndirilməlidir.

Mən hesab edirəm ki, süni intellekt təhsilə əlavə yük kimi yox, təhsilin özünü yeniləmək üçün bir imkan kimi qəbul edilməlidir. Biz məqsədimizi "uşaqlara AI öyrətmək" kimi məhdudlaşdırmamalıyıq. Məqsədimiz süni intellekt dövründə düşünə bilən, texnologiyadan düzgün istifadə edən, onun nəticəsini yoxlaya bilən və texnologiyaya məsuliyyətlə yanaşan insan yetişdirmək olmalıdır.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

16:11 226
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 237
.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 236
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 312
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

20:45 47
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 245
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 302
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 251
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 244
.