"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov ilə görüş keçirilib.
Bişkek şəhərində keçirilən görüşdə "AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında 31 iyul 2026-cı il tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası çərçivəsində, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış Memorandumdan irəli gələn məsələlər, dağ-mədən sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Zakir İbrahimov dövlət başçılarının liderliyi və siyasi iradəsi nəticəsində Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrin, o cümlədən dağ-mədən sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib.
Görüş zamanı "AzerGold"un geoloji kəşfiyyat, yataqların qiymətləndirilməsi, hasilat və emal sahəsində qazandığı təcrübə barədə məlumat verilib. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji-kəşfiyyat işləri, müasir aeroelektromaqnit və digər qeyri-invaziv kəşfiyyat metodlarının uğurla tətbiqi barədə məlumat diqqətə çatdırılıb.
Bildirilib ki, "AzerGold" ölkə hüdudlarından kənarda fəaliyyətinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə Mərkəzi Asiya regionunda birgə dağ-mədən və geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi imkanlarını araşdırır.
Z.İbrahimov bildirib ki, şirkət qızıl və digər faydalı qazıntı yataqlarının kəşfiyyatı və istismarı, müasir geoloji tədqiqat metodlarının tətbiqi istiqamətlərində əməkdaşlığa hazırdır.

"Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov Qırğızıstanın dağ-mədən sənayesində son illərdə həyata keçirilən islahatlar, "Kyrgyzaltyn" ASC-nin mövcud layihə portfeli və sektorun inkişaf perspektivləri barədə məlumat verib. O, dövlət şirkətinin strukturunun təkmilləşdirilməsi, törəmə müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
K.Abdraimov Qırğızıstanda son beş il ərzində dağ-mədən sənayesinin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, 2020-ci ildən etibarən sektorda genişmiqyaslı islahatlar həyata keçirilib, investisiyaların cəlb edilməsi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.
"Kyrgyzaltyn" ASC-nin rəhbəri "AzerGold" ilə əməkdaşlıq məsələsinə də toxunaraq, Azərbaycan tərəfinin əməkdaşlıq və qarşılıqlı dəstək təklifinin "Kyrgyzaltyn" tərəfindən müsbət qarşılandığını bildirib. O, aparılan müzakirələrin nəticəsində yeni əməkdaşlıq imkanlarının ortaya çıxa biləcəyini və mövcud perspektivli layihələrin tərəflər arasında birgə nəzərdən keçiriləcəyini qeyd edib.
Tərəflər perspektivli yataqlar üzrə birgə müəssisələrin yaradılması, investisiya modelləri, geoloji kəşfiyyat nəticələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, eləcə də yeni layihələrin maliyyələşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və əməkdaşlığın praktiki layihələrlə genişləndirilməsi barədə razılığa gəliblər.

"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 763   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

16:11 226
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 237
.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 236
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 312
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

20:45 47
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 245
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 302
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 251
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 244
.