Bəhruz Quliyev: "Husilər məsələsi artıq yalnız Yəmən problemi deyil"
"Hesab edirəm ki, ABŞ-ın Səudiyyə Ərəbistanının husilərə qarşı birbaşa hərbi zərbə tələbini qəbul etməməsi çox ciddi geosiyasi mesajdır. Vaşinqton əvvəlki mərhələdə Britaniya ilə birlikdə husilərə qarşı əməliyyatlar aparırdı, amma bu gün Tramp administrasiyası ikinci bir genişmiqyaslı cəbhənin açılmasında maraqlı deyil.
Burada Səudiyyə Ərəbistanının qarşısında real təhlükə var. Husilərin Babül-Məndəb istiqamətində irəliləməsi həm Səudiyyənin neft ixracına, həm də dünya ticarətinə ciddi risk yaradır. Ona görə də Ər-Riyadın ABŞ-dan yardım istəməsi başadüşüləndir.
Amma diqqətçəkən məsələ budur ki, Səudiyyə artıq təkcə Vaşinqtona ümid bağlamır. Türkiyə və Pakistanla imzalanmış müdafiə razılaşması yeni təhlükəsizlik arxitekturasının formalaşdığını göstərir. Pakistan tərəfi də bəyan edib ki, Səudiyyə Ərəbistanına qarşı hücumlar davam edərsə, bu mexanizmin işə düşməsi mümkündür." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Pakistanın və Türkiyənin husilərə qarşı dərhal genişmiqyaslı müharibəyə qoşulacağı inanılan deyil. Burada söhbət ilk növbədə Səudiyyənin müdafiəsindən və regional çəkindirmədən gedir.
Digər tərəfdən, Səudiyyənin ABŞ-İran müharibəsinə birbaşa qoşulması da avtomatik deyil. Ər-Riyad öz təhlükəsizliyini qorumaqla yanaşı, İranla açıq müharibənin ölkəsinə və enerji infrastrukturuna gətirə biləcəyi ağır nəticələri də hesablamalıdır.
BƏƏ və Səudiyyənin İran müharibəsində daha əvvəl birbaşa zərbələrdə iştirak etməsi isə göstərir ki, Körfəz ölkələri artıq yalnız müdafiə mövqeyində deyil.
"Mənim fikrimcə, əsas məsələ bundan sonra ABŞ-ın regionda nə qədər hərbi yükü öz üzərinə götürəcəyidir. Tramp administrasiyası görünür ki, regional müttəfiqlərin daha çox məsuliyyət daşımasını istəyir. Bu isə Yaxın Şərqdə yeni hərbi-siyasi balansın formalaşması deməkdir.
Husilər, İran, Babül-Məndəb və Hörmüz boğazı artıq ayrı-ayrı problemlər deyil. Bunlar vahid regional təhlükəsizlik zəncirinin halqalarıdır. Bu halqalardan birində baş verən ciddi eskalasiya bütün regionu yeni müharibə mərhələsinə keçirə bilər." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 930 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568