Azərbaycanda bankların sayı niyə azalır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bankların sayı niyə azalır? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda bank sektorunda son dövrlərdə birləşmə və struktur dəyişiklikləri yenidən gündəmə gəlib. Son olaraq Bank Respublika-nın AccessBank-ın 100 faiz səhmlərini almağı nəzərdə tutan strateji sövdələşmənin əsas şərtləri təsdiqlənib. Satışın 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Sövdələşmə başa çatdıqdan sonra bankların ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərməsi, daha sonra isə müvafiq tənzimləyici tələblərə uyğun olaraq vahid bankda birləşdirilməsi nəzərdə tutulur. Bundan əvvəl isə bank sektorunda digər dəyişikliklər də baş verib. Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə, Mərkəzi Bankın 27 iyul 2026-cı il tarixli qərarı ilə BTB Bankın bank lisenziyası ləğv edilərək onun bank olmayan kredit təşkilatına çevrilməsi prosesi başa çatıb.

Beləliklə, bank sektorunda konsolidasiya prosesi yenidən diqqət mərkəzinə gəlib. Daha az sayda, lakin daha iri bankların formalaşması sektorun dayanıqlığı və maliyyə imkanlarının genişlənməsi baxımından üstünlüklər yarada bilsə də, digər tərəfdən bazarda rəqabətin zəifləməsi, kredit və bank xidmətlərinin şərtlərinə təsir göstərməsi ilə bağlı suallar doğurur. Hazırda əsas suallardan biri də budur: Azərbaycanda bankların sayının azalmasının arxasında hansı iqtisadi və tənzimləyici səbəblər dayanır? Bu proses gələcəkdə bank sektorunda rəqabətə necə təsir göstərə bilər?
Azərbaycanda bankların sayı niyə azalır? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, ölkədə bankların sayının azalması təbii olaraq rəqabət mühitinin zəifləməsi baxımından müəyyən narahatlıq yaradır. Onun sözlərinə görə, bankların birləşməsi və bazardan çıxması nəticəsində istehlakçıların seçim imkanları azalır: "Lakin Azərbaycanın iqtisadi miqyasını və maliyyə bazarının həcmini nəzərə alsaq, hazırkı 20 bankın sayını həddindən artıq az hesab etmək də düzgün deyil. Mən hesab edirəm ki, Azərbaycan kimi nisbətən kiçik maliyyə bazarında bankların sayının təxminən 10-15 arasında olması daha optimal ola bilər. Əsas məsələ bankların sayından çox, onların maliyyə dayanıqlığı, kapital bazası və real iqtisadiyyatı kreditləşdirmək imkanlarıdır. Bankların birləşməsinin müsbət tərəfi də var. Çoxsaylı, lakin zəif kapitallaşmış bankların fəaliyyət göstərməsi maliyyə sisteminin dayanıqlılığı baxımından daha yaxşı model deyil. Bankların konsolidasiyası nəticəsində kapital və maliyyə resursları daha iri banklarda təmərküzləşir, onların risklərə davamlılığı artır və iri layihələri maliyyələşdirmək imkanları genişlənir.

Böyük kapitala malik bankların daha aşağı faizlə və daha uzunmüddətli kredit vermək imkanları da nisbətən yüksəkdir. Amma bunun reallaşması üçün konsolidasiya yalnız bankların sayının azalması ilə yekunlaşmamalı, yaranan iri banklar kredit resurslarını ucuzlaşdırmalı və xidmətlərin keyfiyyətini yüksəltməlidir.
Digər tərəfdən, bankların sayının azalması avtomatik olaraq kreditlərin ucuzlaşmasına gətirib çıxarmır. Əgər bazarda bir neçə böyük bank üstün mövqeyə malik olarsa, rəqabətin zəifləməsi əksinə, kredit faizlərinin yüksək qalmasına, komissiyaların artmasına və müştərilərin seçim imkanlarının azalmasına səbəb ola bilər. Ona görə konsolidasiya ilə rəqabət arasında balans qorunmalıdır.

Xarici bankların Azərbaycana daha geniş şəkildə daxil olması məsələsinə gəlincə, burada əsas problem yerli bankların rəqabət qabiliyyətidir. Xarici, xüsusilə böyük kapitala və ucuz maliyyə mənbələrinə malik banklar Azərbaycan bazarına daxil olarsa, onların yerli banklarla rəqabət aparmaq imkanları daha yüksək ola bilər. Belə banklar daha ucuz maliyyə cəlb edə, müasir texnologiyalara daha çox investisiya qoya və korporativ müştərilərə daha əlverişli şərtlər təqdim edə bilərlər. Bu isə zəif kapitallaşmış yerli banklar üçün ciddi təzyiq yarada bilər.

Bu baxımdan xarici bankların indiyədək bazara geniş şəkildə buraxılmamasının arxasında yerli bank sektorunun qorunması amilinin dayandığını düşünürəm. Əgər bazar birdən-birə tam açılarsa və xarici banklarla rəqabət imkanları zəif olan yerli banklar ciddi təzyiqlə üzləşərsə, onların bir hissəsinin bazardan çıxması və ya müflisləşməsi riski yarana bilər. Bu isə maliyyə sabitliyi baxımından arzuolunan nəticə deyil.

Amma uzunmüddətli perspektivdə bazarı yalnız yerli bankları qorumaq məqsədilə qapalı saxlamaq da düzgün yanaşma deyil. Yerli bankların rəqabət qabiliyyəti artırılmalıdır və bundan sonra xarici bankların ölkəyə daxil olması üçün daha əlverişli şərait yaradılmalıdır. Bunun üçün ilk növbədə bankların kapitallaşması gücləndirilməli, nizamnamə kapitalları və maliyyə imkanları artırılmalı, risklərin idarə edilməsi yaxşılaşdırılmalıdır. Bankların öz vəsaitlərinin və kapital bazasının böyüməsi onların xarici rəqiblərlə mübarizə aparmaq imkanlarını da artıracaq.

Əslində xarici bankların ölkəyə gəlməsi təkcə rəqabət məsələsi deyil. Bu, həm də Azərbaycan maliyyə bazarına yeni kapitalın, texnologiyaların, idarəetmə təcrübəsinin və yeni maliyyə məhsullarının daxil olması deməkdir. Xarici banklar üçün şərait yaradılarsa, yerli banklar da daha keyfiyyətli və daha ucuz xidmət göstərmək məcburiyyətində qalacaqlar. Nəticədə bundan əsas faydanı vətəndaşlar və sahibkarlar götürə bilər.

Ona görə mənim fikrimcə, məqsəd nə bankların sayını mümkün qədər azaltmaq, nə də mümkün qədər çox bank saxlamaq olmalıdır. Məqsəd kapitalı güclü, dayanıqlı, rəqabətqabiliyyətli və real iqtisadiyyatı münasib faizlərlə maliyyələşdirən bank sisteminin formalaşdırılmasıdır. Bu mərhələdə konsolidasiya müəyyən mənada zəruri prosesdir, lakin paralel olaraq rəqabətin qorunması da vacibdir. Yerli banklar kifayət qədər gücləndikdən sonra xarici bankların bazara girişinin mərhələli şəkildə genişləndirilməsi həm bank sektorunun inkişafına, həm də iqtisadiyyatın maliyyə resurslarına çıxışının yaxşılaşmasına xidmət edə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

16:11 226
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 237
.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 236
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 312
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

20:45 47
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 245
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 302
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 251
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 244
.