Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər

Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirib".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında yazıb ki, zərbələr güclü olub və İranın hazırda minalanmamış boğaza dəniz minaları yerləşdirmək cəhdinə, eləcə də İordaniyadakı ABŞ bazasına səkkiz raket atmasına cavab olaraq həyata keçirilib:

"İran ilə ABŞ arasında hərbi qarşıdurmanın yenidən alovlanması Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik mənzərəsini daha da gərginləşdirir.

Əslində, tərəflər arasında gərginliyin artması gözlənilən idi. Lakin İranın ABŞ-ın son zərbələrinə cavabı Tehran üçün ciddi risklər yarada bilər. Məsələn, İran bu dəfə İordaniyadakı ABŞ hərbi obyektini hədəf seçib. İstisna deyil ki, yaxın günlərdə Körfəz ölkələri də yenidən hədəfə çevrilsin.

İranın ABŞ-la birbaşa hərbi qarşıdurma imkanları məhduddur. Daha doğrusu, Tehran ABŞ-ın birbaşa öz ərazisini hədəfə almasına adekvat cavab verməkdə çətinlik çəkdiyi üçün zərbələrə cavab olaraq regiondakı ABŞ hərbi bazalarını hədəf alır. Burada mühüm bir paradoks ortaya çıxır. İran ABŞ-ın regiondakı hərbi mövcudluğunu zəiflətmək və Vaşinqtonun müttəfiqlərinə təzyiq göstərmək istəyərkən, əksinə, həmin dövlətlərin ABŞ ətrafında daha sıx birləşməsinə səbəb ola bilər.

Yəni Tehranın regional təzyiq siyasəti Vaşinqtonun uzun müddətdir arzuladığı təhlükəsizlik arxitekturasının formalaşmasına müəyyən mənada zəmin yarada bilər. Daha dəqiq desək, İordaniya başda olmaqla, İranın zərbələrinə məruz qalan və ya ərazisində ABŞ hərbi obyektləri yerləşən bir sıra ərəb dövlətlərinin gələcəkdə "Məkkə Sazişi"nə qoşulması mümkündür.

Məlum olduğu kimi, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə bir müddət əvvəl hər hansı təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş "Birgə müdafiə haqqında Məkkə Sazişi"ni imzalayıblar. Bu proses hansı ad altında həyata keçirilməsindən asılı olmayaraq, mahiyyət etibarilə Yaxın Şərqdə NATO tipli təhlükəsizlik mexanizminin formalaşmasına doğru gedən proses kimi qiymətləndirilə bilər.

Əslində, Vaşinqtonun əsas strateji maraqlarından biri də regionda təhlükəsizlik yükünün yalnız ABŞ-ın üzərində qalmaması, müttəfiqlərinin vahid təhlükəsizlik sistemi daxilində daha sıx koordinasiya olunmasıdır. Bunun üçün isə ortaq təhlükə anlayışının formalaşması vacibdir.

İranın regional dövlətlərə və onların ərazisində yerləşən ABŞ obyektlərinə zərbələri belə bir ortaq təhlükə anlayışının yaranmasını sürətləndirə bilər. Bu baxımdan Tehran ABŞ-ın regional hərbi mövcudluğunu zəiflətməyə çalışsa da, atdığı addımların əks nəticə doğuraraq Vaşinqtonun müttəfiqləri arasında daha sıx təhlükəsizlik əməkdaşlığının formalaşmasına xidmət etməsi mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 736   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.