Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə daha tez keyfiyyətini itirə bilər. Bəzi hallarda bir həftə ərzində kartof cücərməyə başlayır, soğan isə nəmlənir. Bəs bunun səbəbi nədir?
Soğan və kartofu niyə eyni şəraitdə saxlamaq olmaz?
Bu iki tərəvəzin saxlanma şəraitinə olan tələbləri bir-birindən fərqlənir.
Soğanın uzun müddət təzə qalması üçün quru və yaxşı havalandırılan mühit lazımdır. Kartof isə sərin, qaranlıq və temperaturun sabit olduğu şəraitdə daha yaxşı saxlanılır.
Hər iki məhsul eyni yeşikdə yerləşdirildikdə onların saxlanması üçün əlverişli şərait yaratmaq çətinləşir.
Digər problem isə qoxu ilə bağlıdır. Məqalədə bildirilir ki, soğanın kəskin qoxusu kartofa hoparaq onun dadına təsir göstərə bilər. Hətta bəzi hallarda bu kənar dad bişirildikdən sonra da hiss oluna bilər.
Məhz buna görə peşəkar mətbəxlərdə soğan və kartofun ayrı-ayrı yerlərdə saxlanılmasına üstünlük verilir.
Evdə soğan və kartofu necə saxlamaq lazımdır?
Mütəxəssislər məhsulların daha uzun müddət təzə qalması üçün bir neçə sadə qaydaya əməl etməyi məsləhət görürlər.
İlk növbədə, soğan və kartof ayrı-ayrı yeşiklərdə saxlanılmalıdır. Hər iki tərəvəz üçün uyğun havalandırma şəraiti yaradılmalıdır.
Soğan quru, qaranlıq və hava dövranı yaxşı olan yerdə yerləşdirilməlidir. Kartof isə günəş işığından qorunmalı, sərin və qaranlıq mühitdə saxlanılmalıdır. Bunun üçün işıq keçirməyən yeşiklərdən istifadə etmək olar.
Əgər mətbəxdə iki ayrı yeşik yerləşdirmək üçün kifayət qədər yer yoxdursa, tərəvəzlər arasında arakəsmə qoymaq mümkündür. Lakin bu üsul qaz və rütubətin yayılmasının qarşısını tam almır.
Saxlanılan məhsulları ən azı iki həftədən bir yoxlamaq, çürümüş və kiflənmiş tərəvəzləri vaxtında ayırmaq da vacibdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 148 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz
8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın
10:45 227 Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"
10:31 215 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 216 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
12:04 231 Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin
16:02 177 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
19:00 1 Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb
Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində
10:35 212 Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı
10:39 250 Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar
ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ
12:03 226