"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb.

Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəmi üç gün sonraya təsadüf edib.

Xatırladaq ki, Alan Cons "Formula-1" tarixində dünya çempionu olan ikinci avstraliyalı pilotdur. Ondan əvvəl bu uğura üçqat dünya çempionu Cek Brebem imza atıb. Cons hazırda da bu titula sahib sonuncu avstraliyalı pilot hesab olunur.

O, 1980-ci ildə "Williams" komandasının heyətində beş Qran-pridə qalib gələrək dünya çempionu olub. Bu, "Williams"ın pilotlar arasında ilk dünya çempionluğu idi. Cons "Formula-1" karyerası ərzində ümumilikdə 12 yarışda birinci yeri tutub. İlk qələbəsini isə 1977-ci ildə "Shadow" komandası ilə Avstriya Qran-prisində qazanıb.

1975-ci ildə başlayan "Formula-1" karyerasını 1986-cı ildə başa vuran pilot daha sonra Avstraliyanın turinq avtomobil yarışlarında davam etdirib, televiziya şərhçisi kimi fəaliyyət göstərib. O, Avstraliya Avtoidmanının Şöhrət Zalına da daxil edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 136   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 237
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

22:15 1
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

14:06 297
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 265
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

19:30 138
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

16:08 214
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

19:00 174
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

22:45 1
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 244
.