İtaliyada femisidə ömürlük həbs: Azərbaycanda qadın qətlləri üçün qanun sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA

İtaliyada femisidə ömürlük həbs: Azərbaycanda qadın qətlləri üçün qanun sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMASon illərdə qadınlara qarşı zorakılıq və xüsusilə gender motivli qadın qətllərinin - femisidlərin ayrıca hüquqi kateqoriyaya salınması məsələsi bir sıra ölkələrdə ciddi şəkildə gündəmə gəlib. İtaliya bu istiqamətdə ən sərt addımlardan birini ataraq 2025-ci ilin noyabrında femisidi ayrıca cinayət kimi tanıyıb və belə cinayətə görə ömürlük həbs cəzası müəyyən edib. Qanun qadının genderinə görə nifrət, ayrı-seçkilik, hökmranlıq və nəzarət motivləri ilə öldürülməsini ayrıca cinayət kimi qiymətləndirir. Məsələ təkcə İtaliya ilə məhdudlaşmır. Dünya Bankının məlumatına görə, bir çox ölkələrdə qadınların gender motivli öldürülməsi hələ də ümumi qətl kateqoriyasında qiymətləndirilir. Bununla belə, müxtəlif ölkələrdə femisidin ayrıca hüquqi anlayış kimi tanınması istiqamətində qanunvericilik dəyişiklikləri həyata keçirilib.

Avropada isə İtaliyanın yeni qanunu xüsusi diqqət çəkir: bəzi ölkələrdə femisid ayrıca hüquqi anlayış kimi tanınsa da, əksər ölkələrdə qadınların gender motivli qətli mövcud qətl və məişət zorakılığı ilə bağlı normalar çərçivəsində cəzalandırılır. Azərbaycanda da qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin gücləndirilməsi məsələsi müzakirə olunur. 2025-ci ildə Avropa Şurasının dəstəyi ilə Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı üzrə qanunvericilikdə mövcud boşluqların aradan qaldırılması istiqamətində tövsiyələr nəzərdən keçirilib. Belə bir sual ortaya çıxır: Azərbaycanda da qadın qətlləri, xüsusilə məişət zorakılığı, keçmiş partnyor tərəfindən təqib və gender motivi ilə törədilən qətllər ayrıca ağırlaşdırıcı kateqoriya kimi müəyyən edilməli və daha sərt cəzalar tətbiq olunmalıdırmı?
İtaliyada femisidə ömürlük həbs: Azərbaycanda qadın qətlləri üçün qanun sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda məişət zorakılığı və qadınlara qarşı törədilən cinayətlərlə bağlı hüquqi çərçivənin, eləcə də cəzalandırma praktikasının yenidən dəyərləndirilməsinə ehtiyac olduğu aydındır. Onun sözlərinə görə, bir çox xarici ölkələrin təcrübəsinə baxsaq, qadına qarşı zorakılıq və cinayətlər ayrıca ağırlaşdırıcı hal kimi qiymətləndirilir, xüsusi maddələrlə təsnifatlaşdırılır və nəticədə daha ağır, hətta ömürlük azadlıqdan məhrum etmə kimi cəzalar tətbiq olunur: "Bizdə də bu cür cinayətlərə görə sanksiyaların sərtləşdirilməsi və xüsusi hüquqi mexanizmlərin yaradılması presedent olaraq mühüm çəkindirici rol oynaya bilər. Cinayət Məcəlləsindəki cəzaların artırılması ilə yanaşı, ən vacib məqamlardan biri önləyici tədbirlərin və mühafizə orderlərinin işləkliyidir. Qadın ilk zorakılıq siqnalı verəndə, yəni polisə müraciət edəndə formal ifadə alınıb tərəflərin barışdırılmasına çalışılması əvəzinə, zərərçəkənin təhlükəsizliyi dərhal təmin olunmalı, təzyiq göstərən şəxsə qarşı qəti və qabaqlayıcı addımlar atılmalıdır.

Eyni zamanda, bu sahədə şəffaf və müstəqil statistikanın aparılması problemlərin real miqyasını görmək və daha dəqiq dövlət siyasəti formalaşdırmaq üçün zəruridir. Qanunvericiliyin yenilənməsi, cəzaların sərtləşdirilməsi və hüquq-mühafizə orqanlarının bu məsələyə baxış bucağının dəyişməsi məişət zorakılığının qarşısının alınmasında həlledici addım ola bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1055   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 90
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 187
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 191
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 196
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 192
.