9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.
Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.
Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib.
Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. 2009-cu ilin noyabrında 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Fərəhləndirici haldır ki, artıq Azərbaycan Bayrağı işğaldan azad olunan torpaqlarımızda dalğalanmaqdadır. Təsadüfi deyil ki, 2020-ci il noyabrın 8-dən etibarən bayrağımız Şuşa şəhərində dalğalanır. Nəhayət ki, 2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli - mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir".
Ağarəhim Baxışov
Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 118 Tarix: 06 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 315 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
05.11.2026 385 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 140 Bayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 71 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
05.11.2026 319 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 62 Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"
05.11.2026 317 Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 350 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 345