YouTuber TIR-ın altında gizlənib ölkədən qaçmaq istədi

YouTuber TIR-ın altında gizlənib ölkədən qaçmaq istədiTürkiyədə barəsində ölkədən çıxış qadağası olan YouTuber Arif Kocabıyık qeyri-adi üsulla Bolqarıstana keçməyə çalışarkən saxlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kapıkule Sərhəd-Keçid Məntəqəsində baş verib.

Gömrük əməkdaşları Bolqarıstana getmək üçün sərhədə gələn TIR-da yoxlama apararkən qoşqunun altında iki nəfərin gizləndiyini müəyyən ediblər. Onlardan birinin "İlave TV"nin rəhbəri Arif Kocabıyık, digərinin isə İran vətəndaşı Shayan Peiman Samadi olduğu bildirilib.

Araşdırma zamanı Kocabıyık barəsində "Prezidenti təhqir etmə" ittihamı üzrə davam edən məhkəmə prosesi çərçivəsində ölkədən çıxış qadağasının olduğu müəyyənləşib.

Məlumata görə, Kocabıyık qadağaya baxmayaraq, TIR-ın qoşqusunun altında gizlənərək Bolqarıstana keçməyə cəhd edib.

Hadisədən sonra Arif Kocabıyık və TIR sürücüsü Muhterem Altıntaş saxlanılıb. Onların istintaq hərəkətlərindən sonra prokurorluğa göndəriləcəyi bildirilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Arif Kocabıyık "İlave TV" YouTube kanalında yayımlanan küçə müsahibələri ilə tanınıb. O, 2023-cü ildə İYİ Partiyadan Antalya üzrə deputatlığa namizəd olsa da, parlamentə seçilməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 446   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi

"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək"​. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış

10.09.2026 125
.

Manatın məzənnəsi niyə idarə olunur? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda üzən məzənnə rejiminə tam şəkildə keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının strukturu, ixrac gəlirlərinin mənbəyi, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu o deməkdir ki, məzənn

10.09.2026 205
.

2900 kilometr dərinlikdə təəccüblü kəşf: 6 yeni struktur aşkarlandı

Çinli alimlər son 35 ildə qeydə alınmış 2 milyondan çox zəlzələ məlumatını maşın öyrənməsi vasitəsilə araşdıraraq nüvə-mantiya sərhədində əvvəllər sənədləşdirilməmiş 6 böyük struktur aşkar ediblər. Bu strukturların nədən ibarət olduğu hələlik məlum deyil. Qaynarinfo xəbər verir ki, dünyanın yüzlərlə

10.09.2026 100
.

"Məkkə sazişi"nin ilk sınağı: Yəməndə hədəf husilər, əsas rəqib İran

Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar əldə edib. Bununla belə

10.09.2026 199
.

22 il dondurulmuş embrion sayəsində yeni uşaq doğdu

Yunanıstanın paytaxtı Afinada yaşayan 54 yaşlı qadın 22 il dondurulmuş vəziyyətdə saxlanılan embrionun köçürülməsindən sonra qız övladı dünyaya gətirib. xarici mediaya istinadla bildirir ki, bu, dünya praktikasında ən uzun müddət dondurulmuş embrionun uğurlu köçürülməsi hallardan biri hesab olunur. Embrio

10.09.2026 185
.

Məişət münaqişəsi qanlı faciəyə çevrildi - 4 uşaq öldü

ABŞ-ın Montana ştatında məişət münaqişəsi nəticəsində səkkiz nəfər, o cümlədən dörd uşaq həyatını itirib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Polisin məlumatına görə, faciə Billings şəhərindəki evlərdən birində baş verib. Hüquq-mühafizə orqanlarına silahlı insident barədə məluma

10.09.2026 206
.

Heyvanların dünyanı insanlardan fərqli görməsinin SƏBƏBİ

İnsanın gördüyü dünya ətraf mühitin mümkün görüntülərindən yalnız biridir. Heyvanlarda görmə qabiliyyəti gözün quruluşundan və onun necə işləməsindən birbaşa asılıdır. Əksər heyvanlar rəngləri seçə bilsə də, həşəratların, balıqların, quşların və məməlilərin görmə mexanizmləri bir-birindən ciddi şəkild

10.09.2026 183
.

Bu məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb. "Qafqazinfo"

10.09.2026 214
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10.09.2026 243
.