Avstraliya qlobal fəlakət zamanı Yer kürəsinin ən təhlükəsiz yeri hesab edilib

Avstraliya qlobal fəlakət zamanı Yer kürəsinin ən təhlükəsiz yeri hesab edilibAvstraliya qlobal fəlakət baş verəcəyi təqdirdə Yer kürəsində yaşamaq üçün ən təhlükəsiz ölkə hesab edilib.

BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Almaniyadakı Hagen Universitetinin doktoru Florian Ulrich Jähn-in rəhbərlik etdiyi tədqiqatçılar qrupu qlobal fəlakətlərlə bağlı yüzlərlə elmi məqaləni təhlil edib. Araşdırma çərçivəsində asteroid toqquşmaları, vulkan püskürmələri, nüvə müharibəsi və bioloji təhdidlər də daxil olmaqla müxtəlif fəlakət ssenariləri nəzərdən keçirilib.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, inkişaf etmiş sənaye və kənd təsərrüfatına malik, potensial münaqişə zonalarından uzaqda yerləşən varlı və demokratik ada dövlətləri qlobal miqyaslı fəlakətlər zamanı sağ qalmaq üçün daha əlverişli imkanlara sahibdir.

Bu baxımdan Avstraliyanın coğrafi mövqeyi, inkişaf etmiş iqtisadiyyatı, kənd təsərrüfatı potensialı və enerji resurslarına çıxışı ölkəni mümkün qlobal fəlakətlər qarşısında daha dayanıqlı dövlətlərdən birinə çevirir.

Araşdırmanın nəticələri "Global Challenges" jurnalında dərc olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 692   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 90
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 187
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 191
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 196
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 192
.