ABŞ İrana yeni sanksiyalar tətbiq edir: Nəticə verməsə, Vaşinqton yenidən zərbə endirəcək?

ABŞ İrana yeni sanksiyalar tətbiq edir: Nəticə verməsə, Vaşinqton yenidən zərbə endirəcək?ABŞ-İran qarşıdurmasında yeni mərhələ başlayır: Vaşinqton bu gün Tehrana qarşı yeni və daha sərt sanksiyalar paketini açıqlamağa hazırlaşır. ABŞ rəsmiləri yeni tədbirlərin İranın iqtisadi əlaqələrini daha da məhdudlaşdırmaq və ölkənin xarici maliyyə imkanlarını zəiflətmək məqsədi daşıdığını bildirirlər. Tehran isə Vaşinqtonun bu addımını rədd edir və yeni sanksiyaların nəticə verməyəcəyini açıqlayıb. Belə bir vəziyyətdə əsas sual budur: ABŞ-ın yeni iqtisadi təzyiqi İranı geri addım atmağa məcbur edə biləcəkmi? Əgər sanksiyalar gözlənilən nəticəni verməsə, Vaşinqton yenidən hərbi əməliyyatlara əl ata bilərmi?

ABŞ-la İsrailin İrana qarşı mümkün yeni birgə zərbələri regionda müharibəni yenidən genişmiqyaslı qarşıdurmaya çevirə bilərmi? Hazırda bu sualların fonunda Hörmüz boğazındakı vəziyyət, İranın neft ixracı və Vaşinqton-Tehran arasında diplomatik təmasların taleyi xüsusi diqqət çəkir.
ABŞ İrana yeni sanksiyalar tətbiq edir: Nəticə verməsə, Vaşinqton yenidən zərbə endirəcək?Mövzu ilə bağlı beynəlxalq ekspert, Azərbaycan Jewish Media-nın İsraildəki Büro rəhbəri İqor Roytapel BiG.AZ-a açıqlamasında bildirdi ki, İran Trampın sanksiyaları və yeni müharibə arasında: İsrail nə üçün əsas faktor olaraq qalır

Yaxın Şərq yenidən iqtisadi təzyiqin hər an miqyaslı hərbi eskalasiyaya çevrilə biləcəyi kritik bir mərhələyə qədəm qoyub. Donald Trampın addımlarını klassik siyasi modellərlə proqnozlaşdırmaq cəhdləri nadir hallarda nəticə verir: onun qərarları mövcud konyunkturadan və taktik mənfəətdən asılı olaraq dəyişir. Lakin formalaşmış amillərin təhlili hadisələrin ən ehtimal olunan inkişaf ssenarilərini müəyyən etməyə imkan verir.

Tramp faktoru: İqtisadiyyat yeni müharibəyə qarşı

Mövcud mərhələdə Vaşinqton diqqəti maksimum dərəcədə sərt iqtisadi təzyiqə yönəldir. Tramp administrasiyası Tehranı nüvə proqramı və Hörmüz boğazında daşımaların təhlükəsizliyi üzrə mövqeyinə yenidən baxmağa məcbur etmək məqsədilə İrana və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyalar paketi hazırlayır.
Ağ ev üçün bu, aralıq seçkilər ərəfəsində strateji bir seçimdir. Yaxın Şərqdə uzanan müharibə inflyasiya və yanacağın bahalaşması fonunda ciddi siyasi risklər daşıyır. Nəticəni iqtisadi məcburetmə yolu ilə nümayiş etdirmək Tramp üçün qeyri-müəyyən nəticəsi olan müharibəyə cəlb olunmaqdan müqayisəolunmaz dərəcədə əlverişlidir.
Müvafiq olaraq, yaxın gələcək üçün baza ssenarisi təcridin gücləndirilməsi və genişmiqyaslı hərbi əməliyyatlara dərhal keçmədən güc nümayişidir.

İranın dözümlülük həddi və çəkindirmə məntiqi

Tehranın vəziyyəti mürəkkəb olaraq qalır: milli valyuta dəyərdən düşür, neft sektoru təzyiq altındadır, Hörmüz boğazı vasitəsilə logistika isə çətinləşib. Buna baxmayaraq, İran rəhbərliyi sanksiyalara uyğunlaşmaqda çoxillik təcrübəyə malikdir. Əsas sual yeni iqtisadi təzyiqin ölkə daxilində siyasi sabitliyə təsir edib-etməyəcəyidir.
Eyni zamanda İran son dərəcə ehtiyatlı hərəkət etməyə çalışır. Məntiqi bir sual yaranır: nə üçün Tehran hazırda İsrailə birbaşa zərbələr endirməkdən çəkinir?
Cavab sərt hərbi praqmatizmdə yatır. İran anlayır ki, İsrail ərazisinə hücum Vaşinqtonun iqtisadi sanksiyalara söykənən mövcud taktikasını dərhal pozacaq və tammiqyaslı hərbi cavaba səbəb olacaq. Tehran özü üçün kritik dərəcədə təhlükəli cəbhə açmamaq üçün birbaşa eskalasiyadan yayınaraq nöqtəvi və dolayısı təzyiqə üstünlük verir.

İsrail faktoru və strateji hesablanma

İsrail ilə qarşılıqlı təsir İran üçün əsas çəkindirici səddi formalaşdırır. İsrail ordusu həm müdafiədə, həm də hücum əməliyyatlarında yüksək effektivlik nümayiş etdirib. ABŞ və İsrailin İranın hərbi infrastrukturuna qarşı birgə addımları Tehrana göstərdi ki, İsrail ilə birbaşa eskalasiyanın bədəli fəlakətli dərəcədə yüksək olacaq.
Əgər İran İsrail rəhbərliyinin birbaşa strateji təhlükə kimi qiymətləndirəcəyi potensialı (ilk növbədə raket və ya nüvə sahəsində) bərpa etməyə başlasa, Vaşinqtonun mövcud xəttindən asılı olmayaraq, İsrailin müstəqil zərbə endirmək ehtimalı yüksək olaraq qalacaq.

Eskalasiyanın Cənubi Qafqaza və Azərbaycana təsiri

İran ətrafındakı istənilən gərginlik dalğası Cənubi Qafqaz regionuna birbaşa təsir göstərir. Azərbaycan üçün cənub sərhədlərindəki qeyri-sabitlik bir neçə həssas istiqamət yaradır:

Logistika və nəqliyyat: Regionu Yaxın Şərq və Fars körfəzi ilə birləşdirən quru və ticarət marşrutlarının fəaliyyətində ehtimal olunan fasilələr.

Enerji bazarları: Neft və qaz qiymətlərinin tərəddüdü regionun iqtisadi dinamikasına birbaşa təsir edir.

Regional təhlükəsizlik: Dövlət sərhədlərinin yaxınlığında qumanitar və hərbi təzyiqin artması riski Bakıdan çevik diplomatik balansın saxlanılmasını və təhlükəsizlik orqanlarının yüksək hazırılıq səviyyəsini tələb edir.

Yaxın ayların əsas intriqası yaxınmüddətli perspektivdə en ehtimal olunan ssenari sərt sanksiyaların, güc nümayişinin və İranı zəiflədilmiş mövqedən danışıqlar masasına əyləşdirmək cəhdlərinin kombinasiyasıdır. Lakin Trampın qeyri-müəyyənliyi hərbi variantı da açıq saxlayır. Yaxın zamanların əsas sualı təkcə ABŞ və ya İsrailin yeni zərbə endirib-endirməyəcəyi deyil, İranın iqtisadi tükənmə ilə strateji güzəştlərə getmək zərurəti arasındakı balansı nə qədər saxlayacağıdır.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1252   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.