Müəllim maaşları dəyişir? - Şagird nəticələrinə görə ödəniş təklifi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Müəllim maaşları dəyişir? - Şagird nəticələrinə görə ödəniş təklifi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda müəllimlərin əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşma müzakirə mövzusuna çevrilib. Hazırda müəllimlərin maaşına təsir edən əsas amillər sırasında dərs yükü və sertifikasiya nəticələri yer alsa da, gələcəkdə şagirdlərin akademik göstəricilərinin də müəllimin əməkhaqqının müəyyənləşdirilməsində nəzərə alınması təklif edilir. Bu yanaşmanın tərəfdarları hesab edir ki, müəllimin fəaliyyətinin əsas nəticələrindən biri onun şagirdlərinin əldə etdiyi nailiyyətlərdir.

Digər tərəfdən, belə bir sistemin tətbiqi zamanı şagirdin sosial vəziyyəti, məktəbin imkanları və digər amillərin də nəzərə alınmasının vacibliyi vurğulanır. Dünyanın bəzi ölkələrində müəllim fəaliyyətinin nəticələrinə əsaslanan bonus və əlavə ödəniş modelləri tətbiq olunsa da, müəllim maaşının birbaşa şagird nəticələrinə bağlanması geniş yayılmış praktika deyil.
Müəllim maaşları dəyişir? - Şagird nəticələrinə görə ödəniş təklifi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, müəllimin əsas maaşını şagirdin nəticəsinə bağlamaq düzgün deyil. Onun sözlərinə görə, oxumayan, dərsə maraq göstərməyən, ailəsindən təhsil dəstəyi almayan və ya müxtəlif səbəblərdən zəif nəticə göstərən şagirdə görə müəllimi maddi cəzalandırmaq ədalətli deyil: "Müəllim şagirdi öyrədə bilər, istiqamətləndirə bilər, motivasiya edə bilər, amma uşağın yerinə oxuya bilməz. Əgər belə sistem tətbiq olunsa, paradoksal vəziyyət yaranar: müəllim zəif şagirdlərin olduğu məktəbdə işləmək istəməyəcək, hamı yüksək nəticə göstərən şagirdlərin toplandığı məktəblərə can atacaq. Halbuki ən çox müəllim əməyinə ehtiyac məhz zəif nəticə göstərən uşaqlardadır.

Şagird nəticəsinə görə əlavə bonus sistemi müəyyən şərtlərlə mümkündür, amma bu, müəllimin maaşının əsas hissəsini müəyyənləşdirməməlidir.
Bu yanaşmanı xüsusi məktəblərdə və ya şagird seçimi ilə formalaşan təhsil müəssisələrində sınaqdan keçirmək daha məntiqli ola bilər. Çünki orada qəbul şərtləri, şagird kontingenti və təhsil mühiti daha nəzarətolunan olur.

Adi dövlət məktəbində isə müəllimin maaşını uşağın qiymətinə bağlamaq məncə təhsildə ədaləti artırmaz, əksinə, sosial bərabərsizliyi daha da dərinləşdirə bilər.
Qısası: müəllim şagirdin nəticəsinə görə mükafatlandırıla bilər, amma şagirdin nəticəsinə görə cəzalandırılmamalıdır. Maaş isə ilk növbədə müəllimin əməyinin və peşəkarlığının qarşılığıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.