Azərbaycan məhsullarının ixracı üçün yeni dəstək: Dövlət nəqliyyat xərclərinin 70%-ni ödəyəcək - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan məhsullarının ixracı üçün yeni dəstək: Dövlət nəqliyyat xərclərinin 70%-ni ödəyəcək - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycan qeyri-neft-qaz ixracının artırılması istiqamətində yeni dəstək mexanizmini işə salır. Sentyabrın 1-dən etibarən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin müəyyən hissəsi dövlət tərəfindən kompensasiya olunacaq. Prezident İlham Əliyevin iyunun 9-da imzaladığı fərmana əsasən, daşınma dəmir yolu, hava, dəniz və Azərbaycanda qeydiyyatda olan avtomobil nəqliyyatı ilə həyata keçirildikdə faktiki nəqliyyat xərclərinin 70 faizədək hissəsi nəzərə alınacaq. Xarici qeydiyyatlı avtomobillərlə daşınmada isə bu göstərici 50 faiz təşkil edəcək. Yeni mexanizmin 2036-cı ilədək tətbiqi nəzərdə tutulur. Dövlətin bu addımı yerli məhsulların xarici bazarlara çıxarılması zamanı sahibkarların üzləşdiyi yüksək logistika xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına hesablanıb. İqtisadçılar hesab edirlər ki, nəqliyyat xərclərinin subsidiyalaşdırılması xüsusilə uzaq bazarlara çıxış imkanlarını genişləndirə bilər, lakin ixracın davamlı artımı üçün yalnız logistika dəstəyi kifayət etmir.

Bəs yeni mexanizm Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini nə qədər artıracaq? Dövlətin logistika xərclərinin bir hissəsini üzərinə götürməsi qeyri-neft ixracının həcmini əhəmiyyətli dərəcədə artıra bilərmi?
Azərbaycan məhsullarının ixracı üçün yeni dəstək: Dövlət nəqliyyat xərclərinin 70%-ni ödəyəcək - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu qərar Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini müəyyən qədər ciddi şəkildə artıra bilər. Çünki qeyri-neft məhsullarının ixracında əsas problemlərdən biri yalnız məhsulun qiyməti deyil, onun daşınma və logistika xərcləridir. Onun sözlərinə görə, xüsusilə uzaq bazarlara çıxış zamanı nəqliyyat xərcləri məhsulun son qiymətini əhəmiyyətli dərəcədə artırır: "Dövlətin bu xərclərin bir hissəsini qarşılaması Azərbaycan məhsullarının xarici alıcı üçün daha münasib qiymətə təklif edilməsinə imkan verəcək. Bu, xüsusilə kənd təsərrüfatı, qida sənayesi, kimya, yüngül sənaye və digər qeyri-neft sahələrində ixracatçılara üstünlük qazandıra bilər. Eyni zamanda şirkətlər yeni bazarlara daxil olmaq və mövcud bazarlarda satışlarını artırmaq üçün daha geniş imkan əldə edəcəklər.

Lakin subsidiyanın özü ixracın kəskin artmasına zəmanət vermir. Məhsulların keyfiyyəti, sertifikatlaşdırılması, brendinqi, istehsalın həcmi və xarici bazarlardakı tələblərə uyğunluğu da vacibdir. Əgər nəqliyyat dəstəyi bu amillərlə paralel şəkildə tətbiq olunarsa, 2036-cı ilədək davam edəcək mexanizm Azərbaycanın qeyri-neft ixracının coğrafiyasını genişləndirə və ixracatçıların uzunmüddətli rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.