Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılıb. Qəzet və saytlar xəbərlərlə yanaşı, analitik yazılara və reportaja da yer veriblər.

BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, "Gazeta.uz" iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinin iqtisadi inkişaf perspektivi vəd etdiyini yazıb. Özbəkistan ilə Azərbaycanın iqtisadi potensialı bütün sahələr üzrə səmərəli əlaqələr qurmağa və inkişaf etdirməyə imkan verir.

"Uza.uz" saytı rəsmi xəbərlərlə yanaşı redaksiya şərhində vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Hazırda iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətlə inkişaf edir və bu nailiyyətin əldə olunmasında iki dövlətin prezidentlərinin mühüm rolu var.

"Kun.uz news" hələ səfərdən öncə dərc etdiyi materialda vurğulayıb ki, rəsmi Daşkənd ilə rəsmi Bakı Avrasiya regionunda enerji, nəqliyyat, tranzit sahələrində sıx əməkdaşlıq edən və bu əməkdaşlıq əlaqələrini gələcəyə aparmaq imkanına malik olan dövlətlərdir.

"Novo24.uz" saytı da Azərbaycan Prezidentinin səfərini geniş işıqlandırıb. Bu sayt səfərdən əvvəl dərc edilmiş məqalədə diqqətə çatdırıb ki, özbək və Azərbaycan xalqları oxşar mədəniyyətə, dinə və mili-mənəvi dəyərlərə malikdirlər. Bu dəyərlər hər iki dövlətin yaxın əlaqələr quraraq strateji müttəfiq kimi çıxış etmələrini şərtləndirir.

"Upl.uz" yazır ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev son 5 ildə 15 qarşılıqlı səfər həyata keçiriblər. Bu səfərlər və aparılan danışıqlar iqtisadi əməkdaşlığı tərəflər üçün faydalı vəziyyətə gətirib və 2025-ci ildə ticarət dövriyyəsi 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin ilk 5 ayında isə 33 faiz artım qeydə alınıb.

"Yuz.uz" internet resursunun materiallarında vurğulanıb ki, Azərbaycan Prezidentinin səfəri zamanı bir sıra birgə layihələrin həyata keçirilməsi müzakirə olunur və bu layihələr beynəlxalq xarakter daşıyır.

"Uznews.uz" saytı isə qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Miziyoyev ikitərəfli əlaqələrin inkişafına ciddi diqqət ayırırlar. Nəqliyyat-tranzit, energetika və mədəni-humanitar sahələrdə əldə olunan nailiyyətlər təsadüfi deyil. Beş yüz milyon dollar həcmində yaradılan birgə investisiya şirkətinin də fəaliyyəti uğurludur.

"Dunyo.info" saytı Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini tarixi hadisə adlandırıb, Prezident İlham Əliyevin möhtəşəm qarşılanma mərasimini yüksək qiymətləndirib.

"Daryo.uz" saytı vurğulayıb ki, Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədə nail olmaq üçün hər iki ölkənin potensialı var. İstər sənaye, istərsə də kənd təsərrüfatı sahələrində böyük imkanlara malik olan dost ölkələr dövriyyəni artıra bilərlər.

"Nuz.uz" informasiya agentliyi isə qeyd edib ki, regionda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təkcə Azərbaycan və Özbəkistana deyil, bütün Mərkəzi Asiya respublikaları üçün faydalı olacaq.

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTOAzərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 853   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.