Bakı-Daşkənd xətti: Azərbaycan və Özbəkistanı birləşdirən yeni geoiqtisadi reallıq

Bakı-Daşkənd xətti: Azərbaycan və Özbəkistanı birləşdirən yeni geoiqtisadi reallıqAzərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri indiki mərhələdə xüsusi diqqət çəkir. Səfərin kifayət qədər geniş gündəmlə müşayiət olunması onun həm ikitərəfli münasibətlər, həm də daha geniş regional proseslər baxımından əhəmiyyətini göstərir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, yeni sənədlərin imzalanması, "Yeni Daşkənd" layihəsi ilə tanışlıq və Buxaraya səfər proqramın əsas istiqamətlərindəndir. Bu baxımdan səfərin gündəliyi belə onun sıradan diplomatik səfər olmadığını, Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə keçidi baxımından mühüm siyasi məzmun daşıdığını göstərir:

"Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasında bu gün formalaşan yaxınlığın arxasında həm siyasi iradə, həm də tarixi-mədəni bağlılıq dayanır. Azərbaycan və özbək xalqları arasında mövcud olan ortaq dəyərlər, dil və mədəniyyət yaxınlığı münasibətlərin ictimai əsaslarını formalaşdırır. Lakin son illərdə bu münasibətləri fərqləndirən əsas məqam tarixi və mədəni yaxınlığın konkret dövlətlərarası mexanizmlərlə tamamlanmasıdır.

İki ölkə arasında əməkdaşlığın müasir siyasi əsaslarının formalaşmasında ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri xüsusi əhəmiyyət daşıyır. Məhz həmin səfər zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi-siyasi baza formalaşdıran sənədlər imzalanıb.

Prezident İlham Əliyev də Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət prioritetlərinin davam etdirilməsinə xüsusi önəm verir. Azərbaycan-Özbəkistan münasibətləri də bu baxımdan istisna deyil. Bu gün həmin siyasi xətt daha geniş miqyas alıb və nəticədə iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəlib.

Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafından danışarkən iki dövlət başçısı arasında formalaşmış qarşılıqlı etimadı da xüsusi qeyd etmək lazımdır. Son illərdə liderlər arasında intensiv təmaslar münasibətlərin institusional əsaslarının möhkəmlənməsinə ciddi təsir göstərib. Son beş ildə Prezident İlham Əliyevin Özbəkistana iki dövlət və dörd işgüzar səfər etməsi, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycana iki dövlət və yeddi işgüzar səfər həyata keçirməsi əlaqələrin intensivliyini göstərən mühüm göstəricilərdir.

Budəfəki səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasının gözlənilməsi isə münasibətlərə əlavə siyasi məzmun qazandırır. Belə bir sənəd iki ölkə arasında mövcud siyasi münasibətlərin və müttəfiqlik əlaqələrinin gələcək nəsillər üçün də davamlı siyasi çərçivəyə salınması baxımından tarixi əhəmiyyət daşıya bilər.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə sürətlə dərinləşməsi də məhz bu kontekstdə diqqət çəkir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı ölkəmizin regiondakı siyasi və iqtisadi çəkisinin artmasının göstəricilərindən biridir. Əvvəllər beş Mərkəzi Asiya dövlətinin iştirakı ilə formalaşan regional dialoq platformasının Azərbaycanın iştirakı ilə genişlənməsi Bakının artıq Mərkəzi Asiya proseslərinə kənardan baxan tərəf olmadığını göstərir.

Bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətini daha da artırır. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən böyük əhalisinə və mühüm iqtisadi potensiala malik ölkələrindən biridir. Azərbaycan isə Cənubi Qafqazın nəqliyyat və enerji imkanlarını Mərkəzi Asiyanın resursları və bazarları ilə birləşdirən əsas platformalardan biridir. Başqa sözlə, iki ölkənin coğrafi məsafəsi onların siyasi və iqtisadi maraqlarının yaxınlaşmasına mane olmur. Əksinə, mövcud geoiqtisadi reallıqlar Bakı ilə Daşkəndi daha sıx əməkdaşlığa sövq edir.

İki ölkənin yaxınlaşmasının digər mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatıdır. Bakı və Daşkənd təşkilatın siyasi və iqtisadi imkanlarının genişləndirilməsində maraqlıdır. Təşkilat çərçivəsində nəqliyyat əlaqələrinin gücləndirilməsi, ticarət və investisiya imkanlarının artırılması, türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi Azərbaycan və Özbəkistanın maraqlarının ciddi şəkildə üst-üstə düşdüyü istiqamətlərdəndir.

Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinə yalnız ikitərəfli əlaqələr və ya sırf siyasi münasibətlər prizmasından yanaşmaq kifayət deyil. Bu münasibətlər Xəzər dənizini Mərkəzi Asiyaya, Mərkəzi Asiyanı Cənubi Qafqaza, Cənubi Qafqazı isə Avropa bazarlarına bağlayan daha böyük geosiyasi və iqtisadi mənzərənin mühüm hissəsinə çevrilir.

İqtisadi göstəricilər də münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafını göstərir. 2026-cı ilin ilk beş ayında da artımın davam etməsi bu tendensiyanın təsadüfi olmadığını ortaya qoyur.

Sənaye kooperasiyası isə iqtisadi münasibətlərin daha dayanıqlı xarakter aldığını göstərən əsas istiqamətlərdəndir. Avtomobil istehsalı sahəsində "Azərmaş" ilə Özbəkistan şirkətləri arasında əməkdaşlıq çərçivəsində Chevrolet və Isuzu markalı avtomobillərin istehsalının həyata keçirilməsi iki ölkə arasında sənaye əməkdaşlığının real nəticələrindən biridir. Bu, münasibətlərin yalnız sənədlərin imzalanması ilə məhdudlaşmadığını, konkret istehsal layihələrinə çevrildiyini göstərir.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı investisiyaların institusional mexanizmlə dəstəklənməsi iqtisadi əlaqələrin daha sistemli mərhələyə keçməsinə imkan yaradır. Burada əsas məsələ mövcud investisiya potensialının yeni istehsal və biznes layihələrinə çevrilməsidir.

Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq isə Bakı-Daşkənd münasibətlərinin regional əhəmiyyətini daha aydın göstərir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcminin 1,4 milyon tona çatması mühüm göstəricidir. Azərbaycanın Xəzər üzərindən Qərbə çıxış imkanları, Özbəkistanın isə Mərkəzi Asiyanın daxilində mühüm iqtisadi və coğrafi mövqeyi iki ölkəni regional logistika zəncirinin mühüm həlqələrinə çevirir.

Burada Azərbaycanın Orta Dəhlizdəki mövqeyini xüsusilə qeyd etmək lazımdır. Özbəkistanın Avropa bazarlarına çıxışında Azərbaycan ərazisindən keçən marşrutların əhəmiyyəti getdikcə artır. Bu baxımdan nəqliyyat məsələsi artıq Bakı-Daşkənd münasibətlərində sırf iqtisadi əməkdaşlıq istiqaməti olmaqdan çıxaraq strateji məsələyə çevrilir.

Əslində, bu əməkdaşlığın məntiqi olduqca aydındır: Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və Avropa istiqamətində bağlantıları Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi və regional potensialı ilə tamamlanır. Tarixi və mədəni yaxınlıq isə bu iqtisadi və geosiyasi əməkdaşlığın siyasi və ictimai əsasını möhkəmləndirir.

Məhz buna görə Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafını yalnız iki ölkə arasındakı əlaqələrin perspektivi kimi qiymətləndirmək düzgün olmazdı. Bakı-Daşkənd xətti Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsi, Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi bağlantıların formalaşması baxımından daha geniş əhəmiyyət daşıyır.

Bu mənada Prezident İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri iki ölkə arasında mövcud münasibətlərin növbəti mərhələyə keçirilməsi baxımından mühüm siyasi hadisədir. Əgər qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, tranzit daşımalar və ticarət əlaqələri üzrə mövcud dinamika davam etdirilərsə, Azərbaycan-Özbəkistan tərəfdaşlığı yaxın illərdə təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Avrasiya məkanında formalaşan yeni geoiqtisadi düzənin mühüm elementlərindən birinə çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropada təbii qaz bahalaşır: Qiymətlər 800 dollardan yuxarı qalxdı

Martın 19-dan etibarən ilk dəfə Avropa birjalarında təbii qazın qiyməti 800 dollar həddini aşıb. "Trading Economics" platformasına istinadən xəbər verir ki, avqustun 21-də Niderlandın TTF mərkəzində sentyabr füçerslərinin dəyəri maksimum həddə 2.25% artaraq 1 MVt/saat üçün 66.77 avro təşki

23.08.2026 265
.

Türkiyədən Ukrayna ilə bağlı mühüm gözlənti

Türkiyə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin 2026-cı ilin sonuna qədər bərpa olunacağını gözləyir. Lakin bununla bağlı konkret tarix hələ müəyyənləşməyib. xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Ankar

10:53 126
.

İlham Əliyev: "Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir"

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanı

23.08.2026 199
.

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar. BİG.AZ AZƏRTAC-a istinadla xəbə

23.08.2026 299
.

Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciətə hazırlaşır

Ermənistan yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət prosesinə başlamaq niyyətindədir. xəbər verir ki, bu barədə -ın Telegram kanalında yayılan məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Ermənistan yaxın gələcəkdə Avropa İttifaqına üzvlük üçün müraciət prosesin

12:19 87
.

Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir. "Qafqazinfo" xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək. Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir. *. Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib. *

11:57 223
.

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə "Oxunguzar" incəsənət məkanında olublar. BİG.AZ AZƏRTAC-a istinadl

23.08.2026 322
.

Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 266,9 min ton şəkər və qənd istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı isə 6,5 % artaraq 5 mi

23.08.2026 190
.

Müəllim maaşları dəyişir? - Şagird nəticələrinə görə ödəniş təklifi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda müəllimlərin əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşma müzakirə mövzusuna çevrilib. Hazırda müəllimlərin maaşına təsir edən əsas amillər sırasında dərs yükü və sertifikasiya nəticələri yer alsa da, gələcəkdə şagirdlərin akademik göstəricilərinin də müəllimin əməkhaqqının müəyyənləşdirilməsind

10:13 137
.