"Azərbaycan-Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti Orta Dəhlizdir" - millət vəkili Pərvanə Vəliyeva

"Azərbaycan-Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti Orta Dəhlizdir" - millət vəkili Pərvanə Vəliyeva"2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərində siyasi müttəfiqlikdən vahid geoiqtisadi və regional əməkdaşlıq modelinə keçid ili kimi qiymətləndirilə bilər. Bu yeni mərhələnin əsas siyasi hadisəsi Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi oldu. Bu format iki ölkə arasında strateji qərarların əlaqələndirilməsi və müttəfiqliyin konkret layihələrlə möhkəmləndirilməsi baxımından mühüm institusional mexanizmə çevrilir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.
"Azərbaycan-Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti Orta Dəhlizdir" - millət vəkili Pərvanə VəliyevaOnun sözlərinə görə, 2025-ci ildə Azərbaycan-Özbəkistan ticarət dövriyyəsi 795 milyon ABŞ dollarına çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artıb: "2026-cı ilin ilk aylarında isə ticarət 33 faiz artaraq 144 milyon dollara yüksəlib. Bu rəqəmlər münasibətlərin iqtisadi ölçüsünün sürətlə genişləndiyini göstərir. Lakin yeni mərhələnin əsas xüsusiyyəti yalnız ticarətin artması deyil. Əməkdaşlıq qarşılıqlı investisiyalar və birgə istehsala keçir. 500 milyon dollar kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti sənaye, tekstil, kənd təsərrüfatı, tikinti materialları və logistika kimi sahələrdə birgə layihələrin əsas maliyyə mexanizmlərindən birinə çevrilir.

Bu baxımdan münasibətlərdə mühüm dəyişiklik baş verir: "almaq-satmaq" modelindən "birlikdə istehsal etmək və investisiya qoymaq" modelinə keçid müşahidə olunur.
Azərbaycan-Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti Orta Dəhlizdir. Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzi, Azərbaycan isə Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas tranzit ölkələrdən biridir.

2025-ci ildə tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona, 2026-cı ilin ilk yarısında isə daha 12,2 faiz artaraq 675 min tona çatıb. Münasibətlərin yeni mərhələsinin ən perspektivli istiqamətlərindən biri də yaşıl enerji əməkdaşlığıdır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji üzrə əməkdaşlıq Xəzər üzərindən Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə daha geniş bazarlara çıxarılması perspektivi yaradır. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə yalnız neft-qaz əməkdaşlığı ilə deyil, yaşıl elektrik enerjisinin istehsalı, ötürülməsi və ixracı ilə də xarakterizə oluna bilər.

Azərbaycan-Özbəkistan münasibətlərinin 2026-cı ildə yeni mərhələyə keçməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, Türk dünyasının və Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin gələcəyi baxımından da strateji əhəmiyyət daşıyır.

Əgər əvvəlki mərhələdə əsas məqsəd siyasi etimadın və hüquqi müttəfiqlik bazasının yaradılması idisə, yeni mərhələnin əsas hədəfi bu siyasi yaxınlığı ticarətə, investisiyaya, nəqliyyat dəhlizlərinə, regional layihələrə, humanitar əlaqələrə və real iqtisadi nəticələrə çevirməkdir. Ali Dövlətlərarası Şuranın 23 avqust 2026-cı ildə keçirilən üçüncü iclası da məhz bu istiqamətdə mühüm platformadır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.