Su altında sirli ildırım çaxdı: alimlər bunun nə olduğunu bilmirlər
Sakit okeanda əsrlərdir müşahidə edilən sirli işıq parıltıları alimləri düşünməyə davam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "te lapa" ("işıq parıltısı") adlandırılan bu hadisə dənizin dərinliyində qəfil yaranan, şimşəyə bənzəyən işıq zolaqları şəklində görünür və bir az sonra yoxa çıxır.
Qədim polineziyalı dənizçilərin bu sirli parıltılardan naviqasiya məqsədilə istifadə etdiyi bildirilir. Onların sözlərinə görə, bu işıqlar çox vaxt ən yaxın quru istiqamətində görünür və gecə, eləcə də buludlu havalarda adaların yerini müəyyən etməyə kömək edirdi.
Alimlər artıq on illərdir fenomeni araşdırsalar da, onun yaranma səbəbi barədə ortaq fikir formalaşmayıb. Əsas ehtimallardan biri te lapa fenomeninin Sakit okeandakı "Od halqası" adlanan tektonik zonadakı geoloji proseslərlə əlaqəli olmasıdır. Tədqiqatçılar hesab edirlər ki, sualtı vulkanlar və hidrotermal mənbələrin yaxınlığında güclü elektrik boşalmaları yarana bilər. Dəniz suyu elektriki yaxşı keçirsə də, qaz qabarcıqları, temperatur fərqləri və müxtəlif minerallar elektrik yükünü qısa müddət ərzində toplayaraq sonradan parlaq işıq şəklində buraxa bilər.
Başqa bir nəzəriyyəyə görə isə bu sirli işıqlar biolüminessensiyaya malik mikroorqanizmlərdən qaynaqlanır. Bəzi mikroskopik yosunlar mexaniki təsir zamanı işıq saçır. Laboratoriya şəraitində alimlər te lapa təsvirlərinə bənzər işıq zolaqları əldə edə biliblər. Lakin hələlik məhz bu orqanizmlərin okeanda müşahidə olunan sirli parıltılara səbəb olduğunu təsdiqləyən sübut yoxdur.
Tədqiqatçılar eyni zamanda bir neçə məşhur ehtimalı da istisna ediblər. Məlum olub ki, bu parıltılar nə ulduzların və peyklərin su üzərində əksi, nə də Müqəddəs Elmo işıqları kimi atmosfer elektrik hadisələri ilə əlaqəlidir. Müasir texnologiyalara baxmayaraq, te lapa fenomeninin mənşəyi hələ də okeanın ən maraqlı və sirli hadisələrindən biri hesab olunur. Alimlər hesab edirlər ki, bu sirrin tam açılması üçün daha həssas müşahidə cihazlarına və yeni elmi araşdırmalara ehtiyac var.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 525 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942