Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı

Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladıAlimlər planetin ən uzunömürlü canlılarını müəyyənləşdirib və onların uzun yaşamasının sirrini izah ediblər.

Lent.az xəbər verir ki, insanlar arasında qeydə alınmış ən yüksək ömür göstəricisi 122 il olsa da, bəzi heyvanlar yüzlərlə, hətta minlərlə il yaşaya bilir. Bəzi canlılar isə potensial olaraq ölümsüz hesab olunur. Uzunömürlü canlıların əksəriyyəti okeanın dərinliklərində məskunlaşıb. Buradakı xüsusi şərait onların qocalma prosesini xeyli ləngidir. Tədqiqatçıların sözlərinə görə, ömür uzunluğuna görə rekordçu canlıların böyük hissəsi soyuq və dərin okean sularında yaşayır. Aşağı temperatur, yavaş maddələr mübadiləsi, zəif işıq və yırtıcıların azlığı onların daha gec qocalmasına şərait yaradır. Məhz buna görə də siyahıda dəniz və okean dərinliklərində yaşayan canlılar üstünlük təşkil edir.

Ən uzunömürlü heyvanlar hansılardır?

Ən uzun yaşayan canlılar arasında bunlar yer alıb:

Seyşel nəhəng tısbağası - 190 ildən çox;

qırmızı dəniz kirpisi - təxminən 200 il;

Qrenlandiya balinası - 200 ildən çox;

"Rougheye Rockfish" növündən olan dəniz xanısı - 200 ildən çox;

Qrenlandiya köpəkbalığı - 400-500 il;

okean kvohoqu adlanan molyusk - 500 ildən çox;

qara mərcan - 4 min ilədək;

şüşə süngər - 15 min ilədək.

Alimlərin xüsusi diqqətini tez-tez "ölümsüz meduza" adlandırılan "Turritopsis dohrnii" növü çəkib. Bu meduza stresslə üzləşdikdə, yaralandıqda və ya qocaldıqda onun orqanizmi inkişafın ilkin mərhələsinə polip vəziyyətinə qayıda bilir. Əlverişli şəraitdə bu proses qeyri-məhdud sayda təkrarlana bilər. Bioloji baxımdan ölümsüz hesab edilən digər canlı isə hidradır. Bu kiçik şirin su canlısının hüceyrələri daim yeniləndiyi üçün orqanizm demək olar ki, qocalmır.

Ən qeyri-adi uzunömürlü canlılardan biri də Qrenlandiya köpəkbalığıdır.

Alimlərin hesablamalarına görə, bu köpəkbalığı təxminən 500 il yaşaya bilir. Dişilər isə yalnız 150 yaşında cinsi yetkinliyə çatır. Bundan əlavə, bu növün hamiləlik müddətinin 8 ildən 18 ilədək davam etdiyi bildirilir. Bu, onurğalı heyvanlar arasında ən uzun hamiləlik müddətlərindən biri hesab olunur. Tədqiqatçılar ümid edirlər ki, planetin bu unikal canlıları haqqında əldə olunan məlumatlar gələcəkdə xəstəliklərin müalicəsi və insanların aktiv ömrünün uzadılması üçün yeni üsulların hazırlanmasına kömək edəcək. Xatırladaq ki, tropik bölgələrdə narıncı dodaqları olan və qurbağa kimi səs çıxaran yeni heyvan növü də aşkarlanıb. Təxminən 20 il davam edən araşdırma yerli sakinlərin "Likvelli" adlandırdığı bu canlının unikal növ olduğunu təsdiqləyib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 462   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Son Xəbərlər