"İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir"

"İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir"İlk növbədə bildirmək istəyirəm ki, haqqımda yayılan materiallarda istifadə olunan bəzi şəkillər fotomontaj yolu ilə hazırlanıb, görüntülər manipulyasiya edilib və ictimai rəyi məqsədli şəkildə yanlış istiqamətə yönəltməyə xidmət edir. Fikir ayrılığı və tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Ancaq saxta vizual materiallardan istifadə nə peşəkar jurnalistika prinsiplərinə, nə etik normalara, nə də insan ləyaqətinə hörmət anlayışına uyğun gəlir".

D.Seliverstov bildirib ki, yayılan materiallarda irəli sürülən iddiaların mühüm hissəsi həqiqəti əks etdirmir:

"Yayılan yazılarda səsləndirilən iddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir. Müxtəlif dövrlərə aid hadisələr təhrif olunur, faktlar kontekstdən çıxarılır və əsassız mülahizələr həqiqət kimi təqdim edilir. Bütün bunlar cəmiyyətdə yanlış rəy formalaşdırmağa yönəlmiş məqsədli kampaniya təsiri bağışlayır.

Atalarımız təsadüfən deməyiblər: "Bar verən ağacı daşlayarlar." Tarix boyu cəmiyyət üçün çalışan, yeniliklər edən, inkişaf yolunu seçən və insanların etimadını qazanan şəxslər müxtəlif qarayaxma kampaniyalarının hədəfi olublar. Mən də bunu şəxsi faciə deyil, ictimai fəaliyyətin bəzən qaçılmaz reallığı kimi qəbul edirəm.

Gənc yaşlarımdan etibarən insanlara faydalı olmağa çalışmışam. Həyatım boyu əldə etdiyim bütün nailiyyətlər uzun illərin zəhməti, əziyyəti və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mənə heç nə hazır şəkildə təqdim edilməyib. Qazandığım hər uğurun arxasında böyük əmək, səbir və məsuliyyət dayanır."

Hüquq müdafiəçisi qeyd edib ki, onun üçün ən böyük sərvət insanların etimadıdır:

"Mənim üçün ən böyük sərvət insanların etimadıdır. Bu etimadı qazanmaq illər tələb edir, onu itirmək isə bir anlıq məsələ ola bilər. Məhz buna görə də bu gün ölkənin müxtəlif bölgələrindən, müxtəlif peşə sahiblərindən və sadə vətəndaşlardan aldığım dəstək mesajlarını həyatımın ən böyük mənəvi dəyəri hesab edirəm.

İmkanım daxilində hər zaman ehtiyacı olan insanların yanında olmağa çalışmışam. Ailələrə, gənclərə, xəstələrə, şəhid ailələrinə və sosial həssas təbəqədən olan insanlara dəstək göstərmişəm. Bunu heç vaxt reklam və ya şəxsi maraq naminə etməmişəm. Çünki mənim üçün xeyriyyə nümayiş vasitəsi deyil, vicdan və mənəvi borc məsələsidir.

Məni yaxından tanıyan hər kəs yaxşı bilir ki, mən dövlətinə sadiq, dövlətçiliyi ali dəyər hesab edən və Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan bir insanam. Azərbaycan Respublikasının dövlətçiliyi mənim üçün müqəddəs anlayışdır. Harada olmağımdan asılı olmayaraq, dövlətimin nüfuzunun qorunması və ölkəmin maraqlarının müdafiəsi üçün çalışmışam və bundan sonra da eyni prinsipə sadiq qalacağam.

Son dəqiqələrdə yayılan yazıların arxasında hansı məqsədlərin dayandığını, bunun niyə məhz indi edildiyini və hansı maraqlara xidmət etdiyini anlayıram. Bu barədə kifayət qədər məlumata malikəm. Lakin hazırkı mərhələdə həmin məsələləri ictimai şəkildə açıqlamağı məqsədəuyğun hesab etmirəm. Hər həqiqətin öz zamanı var və gec-tez hər şey öz yerini tapır."

D.Seliverstov bildirib ki, bu, onun ilk dəfə qarşılaşdığı vəziyyət deyil və məsələyə hüquqi müstəvidə yanaşacaq:

"Bu, həyatımda ilk belə hadisə deyil. Mən dəfələrlə oxşar qarayaxma kampaniyaları ilə qarşılaşmışam. Hər dəfə nüfuzuma xələl gətirməyə cəhd göstərilib. Lakin zaman keçdikcə həqiqətlər üzə çıxıb və cəmiyyət kimin haqlı olduğunu özü müəyyən edib.

Mən emosiyalarla deyil, qanunun aliliyinə əsaslanaraq hərəkət edirəm. Buna görə də yayılan məlumatlara cavabım sosial şəbəkələrdə təhqir və ya qarşılıqlı ittiham olmayacaq. Mən hüquqi dövlətə, ədalətə və qanunun aliliyinə inanıram.

Hazırda aidiyyəti dövlət orqanlarına qanunvericiliyin tələblərinə uyğun müraciətlər hazırlanır. Yayılan məlumatların, istifadə olunan şəkillərin və irəli sürülən iddiaların hüquqi qiymət alması üçün bütün qanuni vasitələrdən istifadə olunacaq. Əminəm ki, aparılacaq obyektiv araşdırmalar nəticəsində həqiqət tam şəkildə üzə çıxacaq və hüquqi qiymət veriləcək.

Heç kimə qarşı nifrət hissi daşımıram. Çünki bilirəm ki, böhtan müvəqqətidir, həqiqət isə əbədidir. Tarix dəfələrlə sübut edib ki, insanların vicdanı ən ədalətli hakimdir.

Bu çətin məqamda mənə dəstək göstərən bütün vətəndaşlara, dostlarıma, həmkarlarıma və məni tanıyan hər kəsə səmimi təşəkkürümü bildirirəm. Sizin etimadınız mənim üçün ən böyük mükafatdır. Bu etimada layiq olmaq üçün bundan sonra da fəaliyyətimi eyni məsuliyyət, dürüstlük və prinsipiallıqla davam etdirəcəyəm.

İnanıram ki, ədalət öz sözünü deyəcək, həqiqət qalib gələcək və cəmiyyət hər şeyi olduğu kimi görəcək."

"İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir""İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir""İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir""İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir""İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 191
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 62
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 0
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 219
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 314
.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 436
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 197
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 316
.