David Seliverstova Çingiz Qənizadəyə CAVAB: "Hüquqi müzakirələr qanun üzərində qurulmalıdır"

David Seliverstova Çingiz Qənizadəyə CAVAB: "Hüquqi müzakirələr qanun üzərində qurulmalıdır"Hörmətli Çingiz Qənizadə!

Siz uzun illərdir hüquq müdafiəçisi kimi çıxış edir, ictimaiyyət qarşısında hüququn aliliyini, qanunçuluğu və Konstitusiyanın prinsiplərini müdafiə etdiyinizi bəyan edirsiniz. Məhz buna görə də cəmiyyət sizdən hər bir məsələyə hüquqi meyarlarla yanaşmağı gözləyir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin maliyyə sistemində aşkar edilmiş qanun pozuntuları və dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə bağlı aparılmış istintaq və məhkəmə prosesləri ölkədə ən mühüm hüquqi işlərdən biri olmuşdur. Bu iş üzrə istintaq aparılmış, məhkəmələr tərəfindən qərarlar qəbul edilmiş və qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmişdir.

Dövlət büdcəsi sadəcə maliyyə vəsaiti deyil. Bu, Azərbaycan vətəndaşının ödədiyi verginin, şəhid ailələrinin sosial təminatının, qazilərin hüquqlarının, ordunun təminatının və dövlət təhlükəsizliyinin maliyyə əsasını təşkil edir. Bu səbəbdən dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə qərarları cəmiyyət tərəfindən xüsusi həssaslıqla qarşılanır.

Hüquqi dövlətin əsas prinsipi ondan ibarətdir ki, hər kəsin müdafiə hüququ vardır. Lakin eyni zamanda hüquq müdafiəçisinin ictimai mövqeyi qanunun aliliyinə, məhkəmə qərarlarına və dövlət maraqlarına hörmət prinsipi üzərində qurulmalıdır. Hüquq müdafiəçisi ilk növbədə hüququn özünü müdafiə etməlidir.

Mən hesab edirəm ki, hüquqi müzakirələr şəxslər üzərində deyil, qanun üzərində qurulmalıdır. Dövlətə vurulmuş ziyanın aradan qaldırılması, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası və ictimai etimadın qorunması hüquqi dövlətin əsas sütunlarıdır.

Qanuna hörmət etmək dövlətə hörmət etməkdir. Dövlətçiliyi qorumaq isə yalnız sözlə deyil, hüququn aliliyinə ardıcıl sadiqliklə mümkündür. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digər vəzifəli şəxslərə qarşı dövlət büdcəsi vəsaitlərinin xüsusilə külli miqdarda mənimsənilməsi ilə bağlı ittihamlar irəli sürülmüşdür.

Mən hesab edirəm ki, dövlət büdcəsinin mənimsənilməsi ilə bağlı məhkəmə tərəfindən baxılmış və hüquqi qiymət verilmiş işlərə münasibətdə mənim qanuna əsaslanan mövqeyimə maneə yaratmaq cəhdləri qəbuledilməzdir.
Mənim mövqeyim şəxslərə qarşı deyil, hüququn aliliyinin tərəfindədir. Əgər dövlət büdcəsinə külli miqdarda zərər vurulduğu məhkəmə tərəfindən müəyyən edilibsə, həmin zərərin tam həcmdə dövlətə qaytarılması hüquqi dövlət prinsipinin vacib tələblərindən biridir.

Mən hesab edirəm ki, dövlət büdcəsinə vurulmuş ziyanın bir qəpiyi belə cəmiyyət üçün əhəmiyyətlidir. Çünki həmin vəsait Azərbaycan vətəndaşının vergisi, şəhid ailələrinin sosial təminatı, qazilərin hüquqları, ordunun ehtiyacları və dövlətimizin təhlükəsizliyi üçün nəzərdə tutulmuş xalqın sərvətidir.
Buna görə də dövlətə vurulmuş zərərin tam ödənilməsi və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının tam icrası hüququn aliliyinin və ictimai ədalətin əsas tələblərindən biridir.

Ədalətin olduğu yerdə dövlət güclü, qanunun olduğu yerdə millət məğrur olar.

Tanrı Azərbaycanı qorusun. Tanrı Azərbaycan Respublikasının Prezidentini qorusun. Yaşasın Azərbaycan!

David Seliverstova
Yəhudi İcmasının "Magen David Group"MMC-nin təsisçisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 191
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 62
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 0
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 219
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 314
.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 436
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 197
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 316
.