Məşhur müğənni Rusiyaya qarşı döyüşməyə hazırdır
Latviyalı müğənni Layma Vaykule Rusiya ilə Latviya arasında mümkün hərbi münaqişə baş verəcəyi təqdirdə silaha sarılmağa hazır olduğunu bildirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, müsahibə zamanı jurnalistlər Vaykuledən "Rusiya Latviyaya hücum etsə, nə edərdiniz?" sualını ünvanlayıblar. Müğənni buna "Avtomat götürərəm", cavabını verib.
Bununla yanaşı, o, münaqişənin baş verməyəcəyinə inandığını da vurğulayıb. Vaykule özünü optimist adlandıraraq hər zaman hadisələrə müsbət yanaşdığını söyləyib.
Müğənninin sözlərinə ilk reaksiya verənlərdən biri musiqi prodüseri İosif Priqojin olub. O, bildirib ki, Vaykule əvvəllər siyasi mövqeyi ilə seçilməyib və bu açıqlama onun üçün gözlənilməz olub.
Priqojin deyib ki, Vaykule hər zaman nümunə göstərilən, zövqlü və hörmət edilən sənətçi olub, lakin son açıqlaması ilə razılaşmır. Onun sözlərinə görə, insanların böyük əksəriyyəti müharibə deyil, sülh istəyir. Prodüser həmçinin qeyd edib ki, Vaykule bu gün Latviyanı təmsil etsə də, geniş şöhrəti hələ Sovet İttifaqı dövründə qazanıb.
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev də müğənninin fikirlərini tənqid edib. O bildirib ki, bəzi tanınmış mədəniyyət nümayəndələri Rusiyanı tərk etdikdən sonra daha sərt siyasi bəyanatlar səsləndirməyə başlayırlar. Deputatın sözlərinə görə, əvvəllər sevgi və xoşbəxtlik haqqında mahnılar oxuyan sənətçilərin sonrakı çıxışları tamamilə fərqli məzmun daşıyır.
Bu açıqlamaların fonunda Vaykuleyə məxsus Yurmala şəhərindəki malikanənin satışı ilə bağlı yeni məlumatlar da yayılıb. Mash "Telegram" kanalının iddiasına görə, təxminən 500 kvadratmetrlik ev uzun illərdir satışdadır. Əvvəlcə 5 milyon avroya qiymətləndirilən malikanənin qiyməti sonradan 4,8 milyon avroya endirilib. Bildirilir ki, danışıqlar zamanı qiymətin 4 milyon avroya qədər düşməsi, təcili satış halında isə əlavə endirim edilməsi mümkündür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 675 Tarix: 06 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorlu
11:53 191 Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
12:50 161 Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
15:20 174 Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir
20:00 100 Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
11:31 197 Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
13:50 155 Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy
16:10 136 Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
10:45 183 Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
17:40 146