Ölkənin ən yaxşı futbolçusu silahlı hücumda öldürüldü

Ölkənin ən yaxşı futbolçusu silahlı hücumda öldürüldüUqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, "Daily Monitor" qəzetinin məlumatına görə, 27 yaşlı futbolçu ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, ertəsi gün səhər saatlarında vəfat edib.

Devid Ovori Uqanda futbolunun aparıcı oyunçularından biri hesab olunurdu. Müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edən futbolçu 2024-cü ildə "Villa" klubunun Uqanda çempionu olmasında həlledici rol oynayıb. Həmin çempionluq klubun son 20 ildə qazandığı ilk titul olub.

2026-cı ilin may ayında isə Ovori Uqanda Kubokunun ən yaxşı müdafiəçisi seçilmişdi ki, bu da onun yüksək oyun səviyyəsinin göstəricisi sayılırdı.

Futbolçu yalnız Uqandada deyil, xaricdə də çıxış edib. O, müxtəlif illərdə İspaniyanın "Velez" və İsveçin "Utsiktens" klublarının formasını geyinib.

Ovori "Villa"nın heyətində son oyununu faciədən cəmi üç gün əvvəl - avqustun 1-də keçirib.

Yerli KİV-lərin, o cümlədən "Daily Monitor" nəşrinin yazdığına görə, hücumun küçə quldurluğu və ya cinayətkar qruplar arasındakı qarşıdurma ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Lakin hadisənin dəqiq motivi hələ müəyyən edilməyib.

Kampala polisi faktla bağlı araşdırmaya başlayıb. Araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 680   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 191
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 62
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 0
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 219
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 314
.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 436
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 197
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 316
.