Toyunda əri öldürüldü, özü dağlara qaçdı - Reyqana həsr olunduğu düşünülən mahnı haqqında bilinməyənlər

Toyunda əri öldürüldü, özü dağlara qaçdı - Reyqana həsr olunduğu düşünülən mahnı haqqında bilinməyənlərAzərbaycan musiqisində elə əsərlər var ki, illər keçsə də, dəyərini itirmir. Onlar nəinki bir dövrün simvoluna çevrilir, hətta nəsildən-nəslə ötürülərək xalqın yaddaşında yaşayır.

Lent.az-ın yeni "Mahnıların tarixçəsi" rubrikasında bu dəfə haqqında bəhs edəcəyi "Dağlar qızı Reyhan" da məhz belə mahnılardandır.

Tələt Eyyubovun şeiri, Fikrət Əmirovun bəstəsi

Mahnının tarixçəsinə nəzər saldıqda məlum olur ki, bu əsərin yaranması bir neçə mərhələdən keçib. 1950-ci illərin sonlarında şair Tələt Eyyubov "Dağlar qızı Reyhan" şeirini yazıb. Dağ qızının saflığını, gözəlliyini, məğrurluğunu və Azərbaycan təbiətinin gözəlliklərini tərənnüm edən bu şeir qısa müddətdə ədəbi mühitdə maraq doğurub.

Şeirin yazılmasından çox keçmir ki, o, görkəmli bəstəkar Fikrət Əmirovun diqqətini çəkir. O, 1959-cu ildə şeirə musiqi bəstələyir. Həmin dövrdə Azərbaycan musiqisində milli ruhu müasir üslubla birləşdirən əsərlər az idi və "Dağlar qızı Reyhan" qısa zamanda bu boşluğu dolduran mahnılardan birinə çevrilir.

Ancaq maraqlıdır ki, Fikrət Əmirovun əsərləri ilə bağlı bəzi kataloqlarda və sonrakı araşdırmalarda söz müəllifi "bir versiyaya görə Tələt Eyyubov" kimi qeyd olunur. Yəni musiqinin müəllifi barədə heç bir mübahisə olmasa da, sözlərin müəllifliyi ilə bağlı illərdir müxtəlif fikirlər mövcuddur.

Rəşid Behbudovla başlayan tarixçə

Mahnını 1960-cı ildə ilk dəfə böyük səhnədə Rəşid Behbudov ifa edir. Onun gur və özünəməxsus səsi mahnıya xüsusi rəng qatır. Radio dalğalarında tez-tez səslənən nəğmə qısa müddətdə dinləyicilərin sevimlisinə çevrilir və Azərbaycanın hüdudlarını aşaraq keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında da tanınmağa başlayır.

Bir neçə il sonra Flora Kərimova bu əsəri repertuarına daxil edən ilk qadın ifaçı olur. Ardınca Zeynəb Xanlarova mahnını özünəməxsus üslubda təqdim edir və bu ifa illər keçsə də, ən çox dinlənilən versiyalardan biri kimi yadda qalır. Sonralar onlarca müğənni bu mahnını oxusa da, dinləyicilər üçün ən yaddaqalan ifalar məhz bu sənətçilərə məxsus olur.

Toyu yasa çevirilən Reyhan

Mahnının yaranması ilə bağlı ən məşhur rəvayət bizi 1918-ci ilin qanlı hadisələrinə aparır. Deyilənə görə, Quba bölgəsində keçirilən toy məclislərindən birinə silahlı daşnak dəstələri hücum edir. Hücum zamanı bəy öldürülür, gəlin Reyhan isə dağlara qaçaraq canını qurtara bilir. Lakin o, bununla kifayətlənmir.

Rəvayətə görə, Reyhan ətrafına silahlı insanlar toplayır, öz dəstəsini yaradır və bölgədə daşnaklara qarşı mübarizə aparmağa başlayır. Onun cəsarəti haqqında söz-söhbətlər qısa müddətdə bütün ətrafa yayılır. Lakin Reyhan sonradan sovet hakimiyyəti tərəfindən həbs olunur. Hətta güllələnməli olduğu deyilsə də, son anda xilas edilir və başqa ad altında ömrünün sonunadək gizli yaşayır.

Dağlar qızı Reyhandan Ronald Reyqana

1989-cu ildə Zeynəb Xanlarova ABŞ-da konsert proqramı ilə çıxış edərkən "Dağlar qızı Reyhan"ı da ifa edib. Maraqlısı odur ki, tamaşaçıların bir hissəsi mahnıda təkrarlanan "Reyhan" sözünü o dövrün ABŞ prezidenti Ronald Reyqanın soyadı - "Reagan" kimi eşidib. Hətta mahnının ona həsr olunduğunu düşünənlər də olub. Sonradan əsərin Azərbaycan mahnısı olduğu izah edilib.

Rəvayətdən filmə

Mahnının populyarlığı təkcə Azərbaycanla məhdudlaşmayıb. 1960-cı illərin sonlarında Türkiyədə "Reyhan - Dağlar Kızı" adlı film çəkilib və mahnı filmdə də səsləndirilib. Bu ekran işi sayəsində mahnı Türkiyədə də tanınıb. Mənbələrdə filmin çəkildiyi il kimi həm 1968, həm də 1969 göstərilir.

Mahnı ilə başlayan ömürlər

"Dağlar qızı Reyhan" haqqında danışılan maraqlı məqamlardan biri də bu əsərin bir insanın taleyinə təsir göstərməsi ilə bağlıdır. Geoloq Reyhan Reynaldi öz xatirələrində maraqlı bir faktı bölüşür. Onun sözlərinə görə, ailəsi əvvəlcə ona başqa ad verməyi planlaşdırsa da, atası Tələt Eyyubovun "Dağlar qızı Reyhan" şeirini çox sevdiyi üçün fikrini dəyişir və qızına Reyhan adını qoyur. Beləliklə, o, adını məşhur şeirdən alan uşaqlardan birinə çevrilir.

Reyhan Reynaldi yazır ki, böyüdükcə adı ilə mahnı arasında əlaqə daha da güclənib. Harada özünü təqdim edirdisə, insanlar ilk olaraq "Dağlar qızı Reyhan" mahnısını xatırlayırdılar. Onun sözlərinə görə, bu əsər uşaqlıqdan həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Hətta o dönəmlərdə çoxu övladına məhz Reyna adı verirmiş.

Mahnı bu gün də sevilərək dinlənilir və bir çox müğənni oxuyur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 893   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 191
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 62
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 0
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 219
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 314
.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 436
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 197
.

Putinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi

Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar

13.11.2026 316
.