Təmayüllü tədris modeli universitetə qəbul nəticələrini dəyişəcəkmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Bakı məktəblərində tətbiqinə başlanılan yeni təmayüllü ixtisaslaşmış tədris modeli təhsil sahəsində mühüm yeniliklərdən biri hesab olunur. Modelin əsas məqsədi şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənləri daha dərindən mənimsəməsini təmin etmək, onları ali təhsil müəssisələrinə qəbul prosesinə məktəb daxilində daha sistemli şəkildə hazırlamaqdır. Yeni yanaşmanın əlavə hazırlıq kurslarına ehtiyacı azaldacağı və qəbul nəticələrinə müsbət təsir göstərə biləcəyi bildirilir.
Bəs bu model həqiqətən də universitetlərə qəbul göstəricilərini yüksəldəcəkmi? Təmayül üzrə dərinləşdirilmiş tədris şagirdlərin imtahan nəticələrinə necə təsir edəcək, yoxsa uğur yenə də fərdi hazırlıqdan asılı olacaq?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, Bakı məktəblərində təmayülləşmə modelinin artıq "geniş yayıldığını" iddia etmək tezdir. Onun sözlərinə görə, bu, hələ ilk addımlarını atan, təcrübədən keçirilən və tətbiqi yenicə nəzərdə tutulan bir yanaşmadır: "Daxil edilən hər bir təhsil novasiyasının real nəticəsini görmək üçün zamana, müşahidələrə və sistemli təhlillərə ehtiyac var. Üstəlik, təhsil tariximizdə belə təcrübələr artıq yaşanıb. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl də X və XI siniflərdə təmayül siniflərinin yaradılması prosesinə başlanılmışdı. İlk vaxtlar həmin siniflərə yalnız təmayül fənlərindən qiymətləri "4" və "5" olan, həqiqətən oxumaq həvəsi olan şagirdlər seçilirdi və proses çox ümidverici görünürdü. Lakin sonradan qəbul meyarlarının zəiflədilməsi, hətta təmayül fənnindən "2" alan şagirdlərin də bu siniflərə doldurulması həmin gözəl təşəbbüsü mahiyyətcə sıradan çıxardı və etibardan saldı.
Məhz bu acı təcrübə fonunda yeni modelə də müəyyən şübhə və ehtiyatla yanaşmaq tamamilə təbii və əsaslıdır. Yeni tətbiq olunacaq modelin universitetə qəbul nəticələrinə real təsirini dəyərləndirərkən iki ehtimalı nəzərə almaq lazımdır:
• Məqsədyönlü diqqət və vaxta qənaət: Təmayül modeli şagirdə 10-12 fənn arasında parçalanmadan, yalnız seçdiyi ixtisas qrupuna uyğun ana fənlərə fokuslanmaq imkanı verir. Potensialın tək nöqtəyə yönəldilməsi bilik dərinliyini artıra bilər.
• Psixoloji rahatlıq: Şagird gələcək peşəsi üçün vacib saymadığı yükdən azad olduqda, təhsilə olan daxili həvəsi və məsuliyyəti artırır.
Əgər bu yeni model də keçmişdəki səhvləri təkrar edəcəksə - yəni zamanla seçim meyarları şəffaflığını itirəcəksə, sırf kəmiyyət göstəricisi və ya formal bir hesabat xatirinə təmayül siniflərinə səviyyəsindən asılı olmayaraq hər kəs qəbul olunacaqsa - nəticə yenə gözləniləndən uzaq olacaq. Təmayül adlanıb daxilində eyni bərabərsizliyi saxlayan sinif heç bir keyfiyyət dəyişikliyi gətirə bilməz.
İxtisaslaşmış tədris modeli ideya olaraq qəbul nəticələrinə müsbət təkan vermək potensialına malikdir. Lakin bu modelin uğuru yalnız kağız üzərindəki layihədən deyil, idarəçilərin keçmiş səhvlərdən dərs çıxarıb-çıxarmamasından, prinsiplərə nə dərəcədə sadiq qalmasından asılı olacaq. Modelin real bəhrəsini və ya növbəti məyusluq olub-olmayacağını yalnız zaman və ilk məzunların göstəriciləri aydınlaşdıracaq".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 31 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250