"Azərbaycanda alim və tədqiqatçı peşələrinə ciddi zərbə vurulub"-AÇIQLAMA

"Azərbaycanda alim və tədqiqatçı peşələrinə ciddi zərbə vurulub"-AÇIQLAMA"Təəssüf ki, uzun illər ərzində formalaşan sosial-iqtisadi reallıqlar müəllim, alim və tədqiqatçı peşələrinin nüfuzuna ciddi zərbə vurub. Elm və təhsillə məşğul olan insanların əməkhaqqı uzun müddət layiqli həyat səviyyəsini təmin etmədiyindən gənclərdə akademik karyeraya maraq xeyli azalıb. Cəmiyyətdə müəllim obrazı idealist, lakin maddi çətinliklər içində yaşayan insan kimi formalaşıb".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, müasir gənclər daha praqmatik düşünür. Onlar təhsilə sərf etdikləri vaxtın və vəsaitin qısa müddətdə nəticə verməsini istəyirlər. Magistratura proqramlarının bir çoxunda isə bakalavr səviyyəsində öyrədilən nəzəri biliklər təkrarlanır, əmək bazarında tələb olunan praktik bacarıqlar kifayət qədər inkişaf etdirilmir:

"Bu gün işəgötürənlər magistr diplomundan daha çox praktiki təcrübəyə, peşə bacarıqlarına və beynəlxalq sertifikatlara üstünlük verirlər. Buna görə də bir çox məzun iki il magistraturada oxumaqdansa, iş həyatına başlayaraq təcrübə qazanmağı daha məqsədəuyğun hesab edir.

Boş qalan magistratura yerlərinin əksəriyyətinin ödənişli olması da təsadüfi deyil. Yüksək təhsil haqları, işləyən tələbələr üçün əlverişli dərs qrafikinin olmaması və bir çox məzunun ailə büdcəsinə dəstək vermək məcburiyyətində qalması bu pilləyə marağı daha da azaldır.

Əvvəllər bəzi gənclər üçün magistratura hərbi xidmətdən möhlət almaq vasitəsi idisə, qanunvericilikdəki dəyişikliklər və gənclərin yanaşmasının fərqlənməsi bu motivasiyanı da zəiflədib.

Nəticədə, akademik mühit gənclərə nə yüksək sosial status, nə də layiqli gəlir vəd edir. Magistratura əmək bazarının tələblərinə uyğunlaşdırılmasa, nəzəri bilikdən çox tədqiqat, innovasiya və praktik bacarıqlara yönəlməsə, boş qalan yerlərin sayı artmağa davam edəcək və bu təhsil pilləsi getdikcə formal xarakter daşıyacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 640   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üç il sonra: 23 saatda dəyişən Qarabağ reallığı

Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat ərzində başa çatan əməliyyat nəticəsində Azərbaycan Qarabağ üzərində suverenliyini və konstitusiya quruluşunu tam bərp

21.09.2026 183
.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21.09.2026 128
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21.09.2026 236
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21.09.2026 187
.

Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisi

Bu yazımı "Fərqlilər" adlandırmağım səbəbsiz deyil. Çünki orduda həm hərbçilər var, həm də döyüşçülər. Mənim bu dəfə "fərqlilər" adlandırdığım qəhrəmanlar könüllü döyüşçülərdir. O könüllülər ki, ürəkləri hər zaman Azərbaycan xalqı ilə bir döyünür. Onları yetişdirən bir amal, bir məqsə

21.09.2026 195
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21.09.2026 253
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21.09.2026 272
.

Yeniyetmənin "Roblox"a görə intiharı parlamentdə müzakirə edildi

Milli Məclisdə Xətai rayonunda yeniyetmənin oyun platformasına görə intiharı məsələsi müzakirə edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc danışıb. "Bildiyiniz kimi, bir neçə gün öncə Xətaid

21.09.2026 199
.

Deputat 13 saat tualetdə qaldı - Qeyri-adi fövqəladə vəziyyət

Belçikada qəribə və eyni zamanda təhlükəli hadisə baş verib. Flamand Parlamentinin deputatı Frederik Erens qanunverici orqanın tualetində təxminən 13 saat bağlı qapı arxasında qalıb. xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı deputat iş gününün sonunda evə getməzdən əvvəl tualetə daxil olub. Laki

21.09.2026 189
.