Türkiyədə hakimiyyət bölgüsü dəyişə bilər: Yarı-prezident sistemi nə vəd edir?

Türkiyədə hakimiyyət bölgüsü dəyişə bilər: Yarı-prezident sistemi nə vəd edir?Türkiyənin "Ekonomim" qəzeti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ölkədə yarı-prezident idarəetmə formasına keçid imkanını müzakirə etdiyini iddia edib.

Məlumata görə, islahatlar çərçivəsində təkmandatlı seçki sisteminə keçid də nəzərdən keçirilir. Bildirilir ki, bu məsələ Türkiyə Demokratiya Fondunun nümayəndələrinin Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi son görüşdə gündəmə gətirilib. Rəsmi Ankara xəbəri hələlik şərh etməyib.

Mövzi ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Türkiyə 2018-ci ildən prezident idarəetmə sistemi ilə idarə olunur. Lakin son illərdə iqtisadi çətinliklər, türk lirəsinin dəyər itirməsi və inflyasiya hakimiyyətə yönələn tənqidləri artırıb. Bu səbəbdən yarı-prezident modelinə keçid ehtimalı müzakirə mövzusuna çevrilib:

"Yarı-prezident sistemi prezident və parlament idarəetmə modellərinin sintezidir. Prezident xalq tərəfindən seçilir və dövlət başçısı olaraq mühüm səlahiyyətlərə malik olur. Gündəlik hökumət fəaliyyətini isə parlamentin dəstəyi ilə formalaşan baş nazir və Nazirlər Kabineti həyata keçirir. Beləliklə, icra hakimiyyəti prezident və hökumət arasında bölüşdürülür.

Bu model Ərdoğana bir neçə üstünlük verə bilər. İlk növbədə, iqtisadi və sosial problemlərə görə siyasi məsuliyyətin bir hissəsi hökumətin üzərinə keçər. Digər tərəfdən, təkmandatlı seçki sistemi tətbiq olunarsa, AKP və müttəfiqlərinin parlamentdə daha sabit çoxluq əldə etməsi mümkündür. Bu isə prezident, hökumət və parlament arasında koordinasiyanı gücləndirə bilər.

Bundan əlavə, yarı-prezident modeli həm prezident institutunun güclü qalmasına, həm də AKP-nin uzunmüddətli siyasi mövqeyini qorumasına xidmət edən mexanizm kimi qiymətləndirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 736   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.