500-600 manat maaşla evlənmək nə dərəcədə doğrudur? - SOSİOLOQDAN AÇIQLAMA

500-600 manat maaşla evlənmək nə dərəcədə doğrudur? - SOSİOLOQDAN AÇIQLAMASon illər Azərbaycanda yaşayış xərclərinin artması fonunda 500-600 manat əməkhaqqı alan gənclərin ailə qurması məsələsi tez-tez müzakirə olunur. Bir tərəfdən ailə qurmaq həyatın təbii mərhələsi hesab edilsə də, digər tərəfdən məhdud gəlirlə kirayə, kommunal ödənişlər, gündəlik tələbat və gələcəkdə uşağın saxlanılması kimi xərclərin qarşılanması ciddi çətinliklər yarada bilər.

Bəs aylıq 500-600 manat maaşla evlənmək nə dərəcədə real və düzgün qərardır? Maddi imkanlar ailə qurmaq üçün əsas meyar olmalıdır, yoxsa qarşılıqlı dəstək və planlı yanaşma bu çətinlikləri aradan qaldıra bilər?

Mövzu ilə bağlı sosioloq Davud Qocayev BiG.AZ-a açıqlamasında bildirdi ki, 500-600 manat gəlirlə ailə qurmaq bugünkü iqtisadi şəraitdə ciddi risklər yaradır. Onun sözlərinə görə, ailə yalnız emosional bağlılıq üzərində qurulmur, onun iqtisadi dayaqları da olmalıdır: "Hazırkı qiymətlər fonunda 500-600 manat əməkhaqqı kirayə, ərzaq, kommunal xərclər və digər gündəlik ehtiyacları tam qarşılamaq üçün kifayət etmir. Maddi sıxıntılar isə zaman keçdikcə ailədaxili gərginliklərin, mübahisələrin və psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan, belə gəlirlə evlənməyi düzgün hesab etmirəm.

Gənclər ilk növbədə sabit gəlir mənbəyi formalaşdırmağa, müəyyən maddi ehtiyat yaratmağa və gələcəklə bağlı planlarını dəqiqləşdirməyə çalışmalıdırlar. Əks halda, sevgi üzərində qurulan ailələr belə iqtisadi çətinliklərin təsiri ilə sarsıla bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üç il sonra: 23 saatda dəyişən Qarabağ reallığı

Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat ərzində başa çatan əməliyyat nəticəsində Azərbaycan Qarabağ üzərində suverenliyini və konstitusiya quruluşunu tam bərp

21.09.2026 183
.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21.09.2026 128
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21.09.2026 236
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21.09.2026 187
.

Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisi

Bu yazımı "Fərqlilər" adlandırmağım səbəbsiz deyil. Çünki orduda həm hərbçilər var, həm də döyüşçülər. Mənim bu dəfə "fərqlilər" adlandırdığım qəhrəmanlar könüllü döyüşçülərdir. O könüllülər ki, ürəkləri hər zaman Azərbaycan xalqı ilə bir döyünür. Onları yetişdirən bir amal, bir məqsə

21.09.2026 195
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21.09.2026 253
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21.09.2026 272
.

Yeniyetmənin "Roblox"a görə intiharı parlamentdə müzakirə edildi

Milli Məclisdə Xətai rayonunda yeniyetmənin oyun platformasına görə intiharı məsələsi müzakirə edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc danışıb. "Bildiyiniz kimi, bir neçə gün öncə Xətaid

21.09.2026 199
.

Deputat 13 saat tualetdə qaldı - Qeyri-adi fövqəladə vəziyyət

Belçikada qəribə və eyni zamanda təhlükəli hadisə baş verib. Flamand Parlamentinin deputatı Frederik Erens qanunverici orqanın tualetində təxminən 13 saat bağlı qapı arxasında qalıb. xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı deputat iş gününün sonunda evə getməzdən əvvəl tualetə daxil olub. Laki

21.09.2026 189
.