Valideyn övladının istedadını necə müəyyən edə bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Valideyn övladının istedadını necə müəyyən edə bilər? - PSİXOLOQDAN AÇIQLAMAHər bir valideyn övladının gələcəkdə uğurlu və xoşbəxt olmasını istəyir. Lakin uşağın hansı sahəyə marağının və bacarığının olduğunu müəyyən etmək həmişə asan olmur. Bəzən valideynlər öz istəklərini övladlarına qəbul etdirməyə çalışır, bu isə uşağın potensialını tam üzə çıxarmasına mane ola bilər.

Uşağın gündəlik davranışları, oyun seçimi, asudə vaxtını necə keçirməsi və hansı fəaliyyətlərdən zövq alması onun maraq dairəsi haqqında mühüm ipucları verə bilər. Bəs valideyn övladının hansı sahəyə daha çox maraq göstərdiyini necə müəyyən edə bilər və bu prosesdə nələrə diqqət yetirməlidir?

Mövzu ilə bağlı psixoloq Aytəkin Muradova BiG.AZ-a açıqlamasında bildirdi ki, uşağın maraqlarını kəşf etmək üçün ona seçim imkanı verilməlidir. Onun sözlərinə görə, hər bir uşağın maraq və qabiliyyəti fərqli olduğu üçün valideynlər övladlarını başqaları ilə müqayisə etməməlidirlər: "Uşağın hansı sahəyə marağının olduğunu anlamaq üçün ilk növbədə onu diqqətlə müşahidə etmək lazımdır. Uşaq boş vaxtını necə keçirir, hansı oyunlara üstünlük verir, hansı fəaliyyət zamanı daha həvəslə iştirak edir - bütün bunlar onun maraq dairəsini göstərən mühüm əlamətlərdir. Valideyn övladını müəyyən peşəyə və ya fəaliyyətə məcbur etmək əvəzinə, ona müxtəlif sahələri sınamaq imkanı yaratmalıdır. Rəsm, musiqi, idman, şahmat, robototexnika və ya digər dərnəklərdə iştirak etməsi uşağın özünü tanımasına kömək edir. Valideynlərin ən böyük səhvlərindən biri uşağın uğurlarını digər uşaqlarla müqayisə etməkdir.

Bu cür müqayisələr uşağın özünəinamını zəiflədə və marağını itirməsinə səbəb ola bilər. Ən düzgün yanaşma onun güclü tərəflərini dəstəkləmək, uğursuzluqlarına görə qınamamaq və seçimlərinə hörmətlə yanaşmaqdır. Uşaq özünü təhlükəsiz və dəstəkləndiyini hiss etdikdə potensialını daha rahat ortaya qoya bilir. Uşağın maraqları yaş artdıqca dəyişə bilər və bu, tamamilə normal prosesdir. Buna görə də valideynlər övladlarına seçimlərini yenidən nəzərdən keçirmək imkanı verməli, onları yalnız bir istiqamətə yönləndirməyə çalışmamalıdırlar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 106   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransa media tənzimləyicisi CNews-a immiqrasiya və mədəniyyətlə bağlı efirdəki çıxışlarına görə 200.000 avro cərimə tətbiq edib

Fransa media tənzimləyicisi Arcom çərşənbə günü müsəlmanlar və immiqrantların nəsilləri haqqında yazdıqları şərhlərə görə C News-a 200.00 avro cərimə tətbiq etdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, C News sözçüsü qərardan apelyasiya şikayəti verəcəyini bildirib. C News, fransız milyarde

11:09 164
.

Azərbaycanda susuzluqdan ən çox şikayətlənən rayonlar (SİYAHI)

Yay aylarında suvarma suyu ilə bağlı fermerlərdən daxil olan müraciətlər və ən çox şikayət edilən rayonların siyahısı açıqlanıb. Məsələ ilə bağlı -a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, cari ilin iyun v

10:43 281
.

Çörək BAHALAŞACAQ?

Qlobal buğda bazarında qiymətlər artımı davam edir. "Bloomberg" agentliyinin məlumatına görə, Qara dəniz regionunda hərbi gərginliyin dərinləşməsi və məhsul perspektivlərinin pisləşməsi fonunda buğda fyuçersləri ardıcıl ikinci ticarət sessiyasında bahalaşıb. Çikaqo Əmtəə Birjasında (CBOT) ə

29.07.2026 227
.

Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi geri çağırılıb

Qalib Malik oğlu İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. BİG.AZ -a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, Q.İsrafilov 2021-ci il iyulu

29.07.2026 231
.

17 yaşlı Nurlanın meyiti tapıldı

İyulun 28-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetm

14:42 145
.

BİG.AZ-ın yazısına AQTA-dan REAKSİYA

Bir müddət bundan əvvəl Avropa ölkələrində market vitrinlərində qida məhsullarının "təbii" və "qeyri-təbii" olmaqla iki qrupa ayrılması təcrübəsinin Azərbaycanda da tətbiq olunmasının mümkünlüyü ilə bağlı yazı dərc etmişdik. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini

14:50 139
.

Avstriyada 14 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq

Avstriya hökuməti internetdə uşaqların müdafiəsi sahəsində islahatları təsdiqləyib. Bu islahatlar 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini və böyüklər üçün saytlara daxil olarkən yaşın məcburi yoxlanılmasını nəzərdə tutur. "Report" "Der Spiegel"

29.07.2026 239
.

Alanyada yanğın 17 saatdır davam edir

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda başlayan meşə yanğını 17 saatdır davam edir. BİG.AZ Habertürk-ə istinadən xəbər verir ki, güclü külək alovun geniş əraziyə yayılmasına səbəb olduğundan yanğının söndürülməsi istiqamətində işlər çətinləşib. Təhlükənin artması səbəbindən yanğına yaxın ərazilərd

15:03 119
.

Yaponiyada güclü zəlzələnin qurbanlarının sayı artdı - 34 nəfər ölüb

Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələnin qurbanlarının sayı 34 nəfərə yüksəlib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, həyatını itirənlərdən səkkizi Yatsuşiro şəhərində yerləşən "Nippo

12:57 157
.

TOP MP3