Fillər yer vasitəsilə ünsiyyət qura bilir: Çox uzaqdan bir-birini eşidirlər

Fillər yer vasitəsilə ünsiyyət qura bilir: Çox uzaqdan bir-birini eşidirlərFillər bir-birinə siqnalları təkcə hava vasitəsilə deyil, həm də torpaq üzərindən ötürə bilir. Yeni araşdırma göstərib ki, onların qulaq quruluşu və eşitmə kanallarının xüsusiyyətləri bu titrəyişləri kilometrlərlə uzaq məsafədən qəbul etməyə imkan verir.

Lent.az fillərlə bağlı maraqlı məlumatları təqdim edir:

Fillər yalnız məşhur boru səsinə bənzər çağırışlar və dərin uğultular çıxarmırlar. Onlar həmçinin torpaqda titrəyiş yaradan aşağı tezlikli - infrazəs siqnalları da yayırlar. Digər fillər bu seysmik dalğaları bir neçə kilometr uzaqlıqdan qəbul edə bilir. Titrəyişlər ayaqlar və pəncələr vasitəsilə kəllə sümüyünə, daha sonra isə daxili qulağa ötürülür. Beləliklə, fillər sözün əsl mənasında bütün bədənləri ilə "eşidirlər". Alimlər bu xüsusiyyət haqqında əvvəllər də məlumatlı olsalar da, onun dəqiq mexanizmi tam aydın deyildi. Yeni tədqiqat göstərib ki, burada əsas rolu orta qulağın böyük ölçüsü və fillərin eşitmə kanallarını istədikləri zaman bağlama bacarığı oynayır. Tədqiqatın aparıcı müəllifi, Harvard Tibb Məktəbinin otolarinqologiya kafedrasının dosenti Sunil Puriya bildirib ki, insanlarda qulaq kanalının bağlanması - məsələn, qulaqdaxili qulaqlıqdan istifadə zamanı addım səsləri və ya çeynəmə kimi bədənin yaratdığı səsləri daha güclü hiss etməyə səbəb olur. Onun sözlərinə görə, fillər də eyni prinsipdən istifadə edərək torpaq vasitəsilə yayılan titrəyişləri daha yaxşı qəbul edirlər. Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar ölmüş fillərin və donor insanların gicgah sümüklərini araşdırıblar. Məhz bu nahiyədə orta və daxili qulaq yerləşir. Nümunələr bədən vasitəsilə yayılan səsi təqlid edən titrəyişlərə məruz qoyulub, lazer vasitəsilə isə orta qulağın sümükcüklərinin aşağı və yüksək tezliklərə reaksiyası ölçülüb. Təcrübə zamanı eşitmə kanalları xüsusi yumşaq tıxaclarla tam bağlanıb. Nəticələr insanlar və fillər arasında ciddi fərqlərin olduğunu göstərib. Fillərin orta qulaq sümükcükləri ən yaxşı şəkildə təxminən 400 hers tezliyinə reaksiya verib. İnsanlarda isə ən yüksək həssaslıq təxminən 1,2 kilohers səviyyəsində müşahidə olunub. Bundan başqa, aşağı tezliklərdə orta qulağın sümükcüklərindən biri olan üzəngi sümüyü fillərdə insanlarla müqayisədə üç-dörd dəfə daha fəal hərəkət edib. Tədqiqatçılar vurğulayırlar ki, daha böyük hərəkətlilik mütləq daha yaxşı eşitmə demək deyil. Lakin bu xüsusiyyət daxili qulağın ilbizinə daha çox titrəyiş ötürülməsinə imkan yaradır. İlbiz isə mexaniki titrəyişləri beyinə ötürülən sinir impulslarına çevirən əsas strukturdur. Alimlər həmçinin fillərin anatomik xüsusiyyətlərinə də diqqət çəkiblər. Onların orta qulaq sümükcükləri insanınkından təxminən 9 dəfə ağır, qulaq pərdəsi isə 7 dəfə böyükdür. Məhz bu xüsusiyyətlər aşağı tezlikli səslərin daxili qulağa daha səmərəli ötürülməsini təmin edir. Araşdırma müəllifləri hesab edirlər ki, fillər eşitmə kanalını bağlayan əzələni öz istəkləri ilə yığa bilirlər. Bu isə infrazəs siqnallarını qəbul edərkən sümük keçiriciliyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Onların hesablamalarına görə, ən aşağı tezliklərdə bu xüsusiyyət fillərin sümük vasitəsilə eşitmə qabiliyyətini 30 dəfəyədək artırmaq potensialına malikdir. Bununla belə, alimlər bildirirlər ki, tədqiqatın müəyyən məhdudiyyətləri də var. Toxuma nümunələrinin əldə edilməsi və hazırlanmasının çətinliyi səbəbindən araşdırmada istifadə olunan materialın sayı az olub. Bundan əlavə, toxumaların qorunma vəziyyəti də nəticələrə müəyyən təsir göstərə bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 428   Tarix: 26 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Son Xəbərlər