55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?

55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib.

Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədəki Amerika Universitetinin farmakoloqu Şayma İbrahimin rəhbərlik etdiyi tədqiqat qrupu son 55 il ərzində dərc olunmuş, uzunömürlülərə və 110 yaşdan yuxarı yaşayan insanlara həsr edilmiş 124 elmi araşdırmanı təhlil edib.

Alimlər belə nəticəyə gəliblər ki, "möcüzəvi uzunömürlülük formulu" mövcud deyil. Onların fikrincə, 100 ildən artıq ömür sürmək genetika, həyat tərzi, sağlamlıq vəziyyəti, sosial mühit və müəyyən qədər də şansın birgə təsirinin nəticəsidir.

Tədqiqat müəllifləri bildirirlər ki, uzunömürlü insanların ortaq sirri yoxdur. Əksinə, onlar həyat boyu sağlamlığa müsbət təsir göstərən kiçik üstünlükləri tədricən toplayırlar.

Uzunömürlülük geni varmı?

Araşdırma çərçivəsində alimlər 105 yaşdan yuxarı şəxslərə və 110 yaşı keçmiş superuzunömürlülərə dair elmi işləri qiymətləndiriblər. Onlar həm bioloji xüsusiyyətləri, həm də həyat tərzini araşdırıblar.

Nəticələr göstərib ki, uzunömürlü insanlarda DNT-nin bərpa mexanizmləri daha səmərəli işləyir, mitoxondrilərin vəziyyəti daha yaxşı olur, iltihabi proseslər daha effektiv tənzimlənir və maddələr mübadiləsinin bəzi xüsusiyyətləri yaşla bağlı xəstəliklərdən qorunmağa kömək edə bilər.

Bununla yanaşı, alimlər vurğulayıblar ki, vahid "uzunömürlülük geni" yoxdur. Onların sözlərinə görə, ömür uzunluğu çoxsaylı genetik variantların birgə təsiri ilə müəyyən olunur. Hər bir genetik xüsusiyyət ayrıca cüzi təsir göstərsə də, birlikdə yaşama müddətini əhəmiyyətli dərəcədə artıra bilər.

Uzunömürlü insanlar necə qidalanır və yaşayırlar?

Araşdırmaya görə, uzunömürlü insanların əksəriyyəti əsasən bitki mənşəli qidalarla zəngin rasiona üstünlük veriblər. Onlar gündəlik həyatlarında gəzinti, bağçılıq və ev işləri kimi fiziki fəaliyyətlə müntəzəm məşğul olublar, siqaret çəkməyiblər və güclü ailə, dostluq və sosial münasibətlər saxlayıblar.

Bundan əlavə, bu insanların əksəriyyətində psixoloji dayanıqlıq, nikbinlik və aşağı narahatlıq səviyyəsi müşahidə olunub.

Tədqiqatın maraqlı nəticələrindən biri də odur ki, uzunömürlü insanların hamısı xəstəliklərdən tam uzaq olmayıblar. Lakin onların bir çoxunda yaşla bağlı ciddi xəstəliklər orta göstəricidən xeyli gec inkişaf edib. Alimlər bu fenomeni "xəstəliklərin sıxışdırılması" adlandırırlar. Bununla yanaşı, uzun illər müxtəlif xəstəliklərlə yaşayan, lakin yenə də çox yüksək yaşa çatan insanlar da olub.

Alimlərin yekun qənaətinə görə, müntəzəm fiziki aktivlik, balanslaşdırılmış qidalanma, siqaretdən imtina və güclü sosial əlaqələrin qorunması uzun və sağlam ömür sürmək istəyənlər üçün ən etibarlı tövsiyələr olaraq qalır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 941   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 791
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 899
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 693
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.