Ürək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durun

Ürək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durunÜrək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır.

Qaynarinfo xəbər verir ki, "HuffPost" nəşrinin məlumatına görə, kardioloqlar və dietoloqlar ürək sağlamlığını qorumaq üçün qidalanmada ediləcək bir neçə sadə dəyişikliyin böyük fayda verə biləcəyini bildirirlər.

Mütəxəssislərin fikrincə, sağlam ürəyə sahib olmaq üçün saatlarla idman etmək və ya yalnız balıq və bitki mənşəli qidalarla qidalanmaq vacib deyil. Ən təsirli addımlardan biri ürək üçün zərərli hesab edilən bəzi məhsulların rasiondan çıxarılması və ya ciddi şəkildə məhdudlaşdırılmasıdır.

1. Bekon

Mütəxəssislər bildirirlər ki, ürək sağlamlığını qorumaq istəyənlər bekonu yalnız nadir hallarda istehlak etməli və ya tamamilə rasiondan çıxarmalıdırlar.

Dietoloq və nutrisioloq Mişel Rautenşteynin sözlərinə görə, bekonun hazırlanma üsulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər.

Onun tərkibindəki yüksək natrium miqdarı arterial təzyiqi artıra bilər. Bundan əlavə, hisəvermə zamanı istifadə olunan natrium nitriti, eləcə də bişirmə prosesində yaranan polisiklik aromatik karbohidrogenlər və heterosiklik aminlər iltihabın artmasına və damarların zədələnməsinə səbəb ola bilər.

Kardioloq Saman Setare-Şenas yalnız bekondan deyil, ümumilikdə emal olunmuş ət məhsulları və qırmızı ətin həddindən artıq istehlakından da çəkinməyi tövsiyə edir.

2. Ağ çörək

Mişel Rautenşteynin sözlərinə görə, mağazalarda satılan ağ çörək və oxşar un məmulatları ürək sağlamlığı üçün əlverişli seçim hesab olunmur.

Yüksək qlisemik indeksə malik olan ağ çörək tam taxıllı çörəklərlə müqayisədə daha az lif və qida maddəsi ehtiva edir. Bu isə qanda şəkərin kəskin yüksəlməsinə, insulin müqavimətinin inkişafına və artıq çəkiyə səbəb ola bilər.

Kardioloq Daniel Luqer də bu fikri dəstəkləyərək bildirir ki, rafinə edilmiş karbohidratlar qanda qlükoza və triqliseridlərin səviyyəsini artıra bilər.

Onun sözlərinə görə, çörək alarkən qablaşdırmada "100% tam taxıllı" qeydinin olmasına və məhsulun tərkibinə diqqət yetirmək lazımdır.

3. Fri kartofu

Mütəxəssislər fri kartofunun da ürək üçün ən zərərli qidalardan biri olduğunu bildirirlər.

Saman Setare-Şenasın sözlərinə görə, qızartma zamanı məhsullar su itirir və çoxlu yağ mənimsəyir. Restoran və ictimai iaşə müəssisələrində yağın dəfələrlə istifadə olunması trans yağların yaranmasına səbəb ola bilər.

Fri kartofunun yüksək duz tərkibi də arterial təzyiqin yüksəlməsi və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

Mütəxəssislər qeyd edirlər ki, qızardılmış qidaların müntəzəm istehlakı işemik ürək xəstəliyi, yüksək qan təzyiqi və piylənmə riskini artıra bilər.

Ürək üçün faydalı qidalar hansılardır?

Kardioloqlar ürək sağlamlığını qorumaq üçün mərci, noxud və lobya kimi paxlalı bitkilərin daha çox istehlakını tövsiyə edirlər.

Daniel Luqerin sözlərinə görə, bu məhsullar liflə zəngindir, uzunmüddətli toxluq hissi yaradır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və faydalı bağırsaq bakteriyalarını qidalandırır.

Mişel Rautenşteyn isə kətan toxumu və badamın da ürək üçün faydalı olduğunu bildirir.

Taxıl məhsulları arasında isə kinoa və tam taxıllı undan hazırlanmış çörəyin seçilməsi tövsiyə olunur. Bu məhsullar lif, bitki mənşəli zülal, fosfor, sink və antioksidantlarla zəngin olduğundan "pis" xolesterinin səviyyəsinin azalmasına, qanda şəkərin tənzimlənməsinə və ürək-damar sisteminin sağlamlığının qorunmasına kömək edə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1025   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 791
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 899
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 693
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.