Avropa Liqası: "Qarabağ" mübarizəyə başlayır

Avropa Liqası: "Qarabağ" mübarizəyə başlayırBu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayacaq.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı Roman Jitar (Moldova) idarə edəcək.

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olacaq.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) - RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
9 iyul

20.00 Qarabağ (Azərbaycan) - Vestri (İslandiya)
Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).
VAR: Luka Çibelli (İsveçrə).
AVAR: Anoen Kanaqasinqam (İsveçrə).
Tofiq Bəhramov adına Respublika Stadionu.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 195   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İngiltərə millisinin avadanlıqlarını oğurlayan şəxslər saxlanılıb

ABŞ-də İngiltərə millisinin avadanlıqlarını oğurlayan iki şəxs saxlanılıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, əşyaların əksəriyyəti tapılsa da, polis araşdırmanı davam etdirir. Götürülən avadanlıqlar arasında buts və toplar da olub. Hadisə komandanın Kanzas-Sitidəki ilk məşqində

13.06.2026 292
.

Ulduzlar alleyasında artıq Bekhemin də adı var

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem "Şöhrət Xiyabanı"nda ulduza layiq görülən məşhurlar siyahısında yer alıb. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Təntənəli mərasim ABŞ millisinin 2026-cı il futbol üzrə dünya çempionatındakı ilk oyunu ərəfəsind

14.06.2026 382
.

Modriç karyerasını başa vurur: Hansı komandada rəhbər vəzifəni tutacaq?

Xorvatiya millisinin və "Milan" klubunun yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatından sonra futbolçu karyerasını başa vurmağa hazırlaşır. -ın Sport- nəşrinə istinadən xəbərinə görə, bu barədə insayder Nikolo Skira məlumat verib. Mənbənin məlumatına görə, 40 yaşlı futbolçu karyerasın

14.06.2026 364
.

DÇ-2026: Portuqaliya və İapaniya 1/8 finalda

Futbol üzrə dünya çempionatı davam edir. Bu gecə 1/16 finalın daha 2 qarşılaşması baş tutub. Qaynarinfo-nun məlumatına görə, Los-Anceles stadionunda keçirilən günün ilk oyununda İspaniya Avstriya üzərində 3:0 hesablı qələbə qazanıb. Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar

03.07.2026 254
.

Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi

2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini rəsmiləşdirib. xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"

21.06.2026 324
.

"UFC Fight Night Baku": Nazim Sadıxov ilk raundda nokaut oldu

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Nazim Sadıxov (70.76 kq) Braziliyadan olan Mateus Kamilo ilə (70.76) qarşılaşıb. O, braziliyalı rəqibinə ilk raundda nokautla uduzub. Qeyd edək ki, dah

27.06.2026 276
.

ABŞ hökuməti İran millisindən matçdan dərhal sonra ölkədən çıxmağı tələb etdi

ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib. xəbər verir ki, bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkə

28.06.2026 260
.

Xanımı Messini belə təbrik etdi - Fotolar

Argentina millisinin kapitanı Lionel Messinin həyat yoldaşı Antonella Rokutso ötən gün keçirilən Argentina-Misir matçından foto paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, "İrəli, Argentina! Artıq söz qalmayıb." yazaraq ərini təbrik edib. Qeyd edək ki, dünən Argentina Misiri 3:2 hesab

08.07.2026 478
.

Kazemironun yeni ünvanı bəlli oldu

Braziliyalı yarımmüdafiəçi Kazemiro və MLS təmsilçisi "İnter Mayami" klubu arasında müqavilənin imzalanması barədə razılıq əldə olunub. xəbər verir ki, bu transfer barədə tanınmış idman jurnalisti Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb. Bütün tərəflər şifah

21.06.2026 260
.

TOP MP3