Tərkibində maqnezium yüksək olan 12 qida
Maqnezium orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Bununla belə, bir çox insan bu elementi qida vasitəsilə kifayət qədər qəbul etmir. Diyetoloqlar maqneziumun ilk növbədə qida məhsullarından alınmasını tövsiyə edirlər, çünki bu yolla orqanizm digər faydalı maddələri də qəbul edir.
Qaynarinfo xəbər verir ki, "Prevention" nəşrinin yazdığına görə, dietoloq Jaklin London bildirib ki, maqnezium əzələlərin yığılması, sinir sisteminin normal fəaliyyəti, sümüklərin sağlamlığının qorunması, enerji mübadiləsi, qanda şəkərin səviyyəsinin və arterial təzyiqin tənzimlənməsi, həmçinin su-elektrolit balansının saxlanılması üçün vacibdir.
Onun sözlərinə görə, maqneziumu qida məhsullarından almaq əlavələrdən istifadə ilə müqayisədə daha məqsədəuyğundur. Çünki bu məhsullar orqanizmi eyni zamanda lif, zülal, sağlam yağlar və antioksidantlarla da təmin edir.
Tərkibində maqnezium yüksək olan 12 qida:
Balqabaq tumu - 28 qramında 156 mq maqnezium var. Maqneziumun ən zəngin mənbələrindən biridir və salatlara, şorbalara, eləcə də xəmir məmulatlarına əlavə edilə bilər.
İspanaq - 1 stəkan bişmiş ispanaqda 157 mq maqnezium var. Yarpaqlı yaşıl tərəvəzlər maqneziumun ən yaxşı mənbələrindən hesab olunur.
Çia toxumu - 28 qramında 95 mq maqnezium var. Tərkibində həmçinin omeqa-3 yağ turşuları, lif və tam dəyərli bitki mənşəli zülal mövcuddur.
Badam - 28 qramında 76,5 mq maqnezium var. Həmçinin sağlam yağlar və zülalla zəngindir.
Tünd şokolad (70-85 faiz kakao) - 28 qramında 65 mq maqnezium var. Kakao faizi nə qədər yüksəkdirsə, şəkərin miqdarı bir o qədər az, faydası isə daha çox olur.
Qara lobya - yarım stəkan bişmiş məhsulda 60 mq maqnezium var. Həmçinin lif və bitki mənşəli zülal baxımından zəngindir.
Soya südü - 1 stəkanında 51 mq maqnezium var. Maqnezium tofu və edamamedə də mövcuddur.
Avokado - orta ölçülü bir meyvədə 39 mq maqnezium var. Sağlam yağların mühüm mənbələrindən biridir.
Banan - bir ədədində 32 mq maqnezium var. Tərkibində həmçinin kalium və C vitamini mövcuddur.
Qəhvəyi düyü - yarım stəkan bişmiş məhsulda 30 mq maqnezium var. Digər tam taxıl məhsulları da bu mineralın yaxşı mənbələridir.
Yoqurt - 1 stəkan təbii yoqurtda 30 mq maqnezium var.
Qızılbalıq - 85 qramında 25 mq maqnezium var. Tərkibində ürək sağlamlığı üçün faydalı olan omeqa-3 yağ turşuları da mövcuddur.
Gündə nə qədər maqnezium lazımdır?
Diyetoloqların sözlərinə görə, böyüklərin gündəlik maqnezium tələbatı 310-420 mq arasında dəyişir. Dəqiq norma yaşdan, cinsdən, hamiləlik və südvermə dövründən asılıdır.
Mütəxəssislər qeyd edirlər ki, ciddi maqnezium çatışmazlığı nisbətən nadir hallarda müşahidə olunur. Bunun səbəbi orqanizmin bu mineralı sümüklərdə və yumşaq toxumalarda toplamaq qabiliyyətinə malik olması, həmçinin qandakı maqnezium səviyyəsinin böyrəklər tərəfindən ciddi şəkildə tənzimlənməsidir. Buna görə də adi qan analizi maqnezium çatışmazlığını hər zaman aşkar etmir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?
Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf
29.09.2026 515 Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?
Soyuq havaların başlaması ilə səhərlər oyanmaq çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Ellison Breyqer bildirib ki, qışda orqanizmin fizioloji olaraq daha çox yuxuya ehtiyacı yarana bilər. Qaynarinf
02.10.2026 447 Qışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
26.09.2026 396 Bir çox xəstəliyinizin dərmanıdır
Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var. Axşam.az xəbər verir ki, mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür. Həzm sistemini yaxşılaşdırı
26.09.2026 358 Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər. Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T
26.09.2026 507 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 338 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab
İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır, lakin havanın çirkli olduğu ərazilərdə fiziki aktivlik zamanı orqanizm daha çox zərərli hissəcik qəbul edə bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə idmanın faydalarının hava çirkliliyinin yaratdığı risklərdən üstün olduğun
25.09.2026 406 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 321 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı
Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ
29.09.2026 463