AŞPA-da "FETÖ" İZİ: Qardaşlıq ruhuna zidd yanaşmalar narahatlıq doğurur

AŞPA-da "FETÖ" İZİ: Qardaşlıq ruhuna zidd yanaşmalar narahatlıq doğururXəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 24-də Azərbaycana qarşı təxribatçı qətnamə qəbul etdi.

Düzdür, AŞPA-nın qəbul etdiyi bu "qətnamə" hüquqi qüvvəyə malik deyil. Aydındır ki, "qətnamə" siyasi xarakter daşıyır, ayrı-ayrı mənbələrə və birtərəfli qiymətləndirmələrə əsaslanır, Azərbaycanın rəsmi mövqeyi, təqdim etdiyi faktlar, hətta açıq mənbələrdəki faktlar belə nəzərə alınmır. Bu "qətnamə" ölkədəki hüquqi, siyasi və regional təhlükəsizlik reallıqlarını əks etdirmədiyi üçün obyektivlik və balans prinsiplərinin qorunmasından çox uzaqdır.

Təbii ki, AŞPA-da Azərbaycana qarşı qəbul olunmuş qətnamə bizə təəccüblü gəlmir. Çünki AŞPA Avropa təsisatları arasında ən çox korrupsiyalaşmış və lobbi maraqlarına xidmət edən əsas qurumlardan biri kimi anti-Azərbaycan mövqeyi ilə məşhurdur, hətta bu strukturda baş verənlər onun əsas missiyasının yalnız Bakıya qarşı qərəzli qərarlar qəbul etmək olduğu təəssüratını yaradır. Həmişə olduğu kimi, bu dəfə də AŞPA-da qondarma iddialarla Azərbaycanı hədəfə aldılar. Bu cəhdlərin təşəbbüskarları sifarişin erməni lobbisi və xaricdəki anti-Azərbaycan dairələrindən gəldiyini açıq şəkildə göstərir.

Qondarma iddiaları gündəmə gətirən Frans Şvabenin adı Azərbaycan cəmiyyətinə tanışdır. Erməni lobbisi də daxil olmaqla anti-Azərbaycan dairələri AŞPA-da məhz Şvabe kimilər vasitəsilə öz maraqlarını gündəmə gətirir və Bakıya qarşı qərarlar, qətnamələr qəbul etdirməyə çalışırlar. Vaxtilə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center - ESİSC) araşdırması AŞPA-da Azərbaycanla bağlı əsassız qərarların qəbul edilməsinin arxasındakı qüvvələri ifşa etmişdi. Anti-Azərbaycan qüvvələr və erməni lobbisinin bütün çılpaqlığı ilə ifşa olunduğu araşdırmada Şvabenin sifarişləri icra edən şəxs olduğu qeyd olunur. (https://www.esisc.org/upload/publications/analyses/11791/AC%2002.pdf). Şvabe yenə öz ampluasındadır.

Onunla birlikdə qondarma mövzuları gündəmə gətirən AŞPA-nın hazırki sədri Petra Bayr da anti-Azərbaycan şəbəkəsinin fəallarından biridir. Siyasi karyerası boyunca qondarma "erməni soyqırımı"nın müdafiəçisi kimi çıxış edən Bayr 44 günlük Vətən müharibəsində və sonrasında erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana qarşı fəaliyyət göstərib. Bayr hazırda həbsdə olan müharibə cinayətləri sübuta yetirilmiş ermənilərin müdafiəçisi kimi çıxış edir, o cümlədən, Cənubi Qafqazda sülh prosesini pozmağa hesablanmış təxribatlar həyata keçirir. Bu təxribatların arxasında anti-sülh planları quran erməni diasporu/lobbisinin olduğu sirr deyil, çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, regionda sülhün bərqərar olması bu qüvvələrin münaqişə və ərazi iddiaları üzərində qurduqları ideoloji-siyasi maraqlarına ciddi zərbə endirib. AŞPA-nın yay sessiyasında anti-Azərbaycan kampaniyasının aparılması da bölgədə məhz rəsmi Bakının yaratdığı sülhə əsaslanan yeni reallığa qarşıdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini hələ də həzm edə bilmirlər.

Maraqlı məqam isə "qətnamə"nin AŞPA komitəsində müzakirəsi zamanı baş verənlərdir. Belə ki, Assambleyanın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsində belçikalı deputat Kristof Lakrua tərəfindən Azərbaycanla bağlı hazırlanmış hesabat üzrə bu il iyunun 22-də AŞPA-nın Elm, Təhsil və Media Komitəsində başqa bir belçikalı deputat Andries Qriffroy tərəfindən hazırlanmış komitə rəyi müzakirə olunub. Bu rəy üzrə komitədə keçirilən səsvermədə hesabatın lehinə səs verənlər və çıxış edənlər arasında Türkiyə Böyük Millət Məclisinin üzvü Yunus Emre də var. Bəli, Yunis Emre...

Kimdir bu Yunus Emre?

Yunus Emre Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür və hazırda Türkiyə Böyük Millət Məclisində İstanbul millət vəkili kimi fəaliyyət göstərir. O, Türkiyənin nümayəndə heyətinin tərkibində AŞPA-nın üzvü, parlamentin Xarici İşlər Komissiyasında çalışan deputatdır.

CHP tarixi və sosial demokratiya haqqında bir neçə kitabın müəllifidir. Amma Yunus Emrenin Azərbaycan və Türkiyə əleyhinə məsələlərdə yadına düşən "sosial demokratlığı" adının "FETÖ-çu" kimi hallanmasına mane olmayıb.

CHP daxilində FETÖ ilə əlaqədə olanların olması barədə ittihamları isə ilk dəfə elə hazırkı partiya sədri Kamal Kılıçdaroğlu özü səsləndirib. Hansı ki Kılıçdaroğlu Yunus Emreye "oğlum" deyirdi və evinin ən əziz adamı hesab edirdi.

Kılıçdaroğlunun "CHP-də FETO-çular var" açıqlamalarından sonra mediada və CHP daxilində FETÖ ilə əlaqələrdə ən çox adı çəkilən şəxs məhz Yunus Emre olub. Türkiyə mediası dəfələrlə vurğulayıb ki, Kılıçdaroğlunun Yunus Emreni "bir vaxtlar öz oğlu kimi qəbul etməsinə" baxmayaraq, bu cür sərt açıqlama verməsi onun əlində faktlar olmasına və "işlərin nə qədər irəlilədiyinə" işarədir.

Xüsusilə, 2022-ci ildə Kılıçdaroğlu ilə birlikdə ABŞ səfərinə gedən Yunus Emrenin 8 saat "yoxa çıxması", həmin müddətdə qaçaraq Pensilvaniyaya baş çəkməsi barədə mediada və sosial mediada geniş müzakirələr var.

Jurnalist Tamar Tanrıyar isə sosial media hesablarında "Yunus Emre CHP-dəki FETÖ imamıdır" yazıb. Lakin onun və medianın, eyni zamanda CHP-dəki bəzi partiyadaşlarının bu ittihamlarına Yunus Emre heç bir açıqlayıcı, şəffaf izahat verə bilməyib.

2023-cü ilə qədər CHP kuluarlarında Yunus Emreni daha çox hər gün Kamal Kılıçdaroğlunun evinə gedib, ona "çay dəmləyib, səhər yeməyi hazırlayan siyasətçi" kimi sarkazmla təsvir edirdilər. Hətta partiya kuluarlarındakı bu dedi-qodular kifayət qədər ciddi media orqanlarında da müzakirə olunurdu, bu yaxınlığın partiyada ciddi narazılığa səbəb olduğu yazılırdı. Amma gün gəlib dövran döndü, Kılıçdaroğlu partiya sədrliyindən uzaqlaşdırıldı. Ona qarşı ilk çıxanlardan biri məhz Yunus Emre oldu. O, U dönüşü ilə Özgür Özelin ən yaxın komandasında yer aldı. 2026-cı ildə məhkəmənin CHP-nin 2023-cü il qurultayını etibarsız saymasından sonra Yunus Emre Özgür Özel tərəfinin əsas simalarından biri kimi çıxış etdi və məhkəmə qərarını "demokratiyaya müdaxilə" adlandırdı.

Yunus Emre indi Azərbaycan əleyhinə qərəzli danışdığı AŞPA-da təmsil etdiyi Türkiyə əleyhinə də dəfələrlə kampaniyalara qoşulub. Türkiyə mediası onun Türkiyə əleyhinə olan qüvvələrlə işbirliyini və çıxışlarını "Türkiyəni xaricdə hədəfə çıxartmaq" kimi qiymətləndirib, tənqid edib.

Azərbaycan həmişə Türkiyəyə dost, qardaş dəstəyini göstərib. Ən başlıcası isə Azərbaycan bütün beynəlxalq platformalarda həqiqətin yanında olub. Özünün geostrateji maraqları ilə yanaşı, həqiqəti, onun aliliyini qoruyub, prinsipial mövqeyi həmişə beynəlxalq hüquqdan, xalqların qərarlarına hörmətdən və həqiqətdən yana olub.

Azərbaycan ilə Türkiyə arasında münasibətlər təkcə strateji tərəfdaşlıq və ya müttəfiqlik səviyyəsində deyil, "Bir millət, iki dövlət" prinsipi üzərində formalaşmış xüsusi qardaşlıq modeli kimi qəbul edilir. Məhz buna görə də beynəlxalq platformalarda iki ölkənin bir-birinə siyasi dəstək verməsi hər zaman təbii gözlənti kimi qiymətləndirilib. Lakin son dövrlərdə baş verən bəzi hadisələr Türkiyənin müəyyən siyasi dairələrində Azərbaycana münasibətdə fərqli yanaşmaların mövcudluğu barədə müzakirələri yenidən aktuallaşdırıb.

Son olaraq AŞPA-da Azərbaycana qarşı qəbul edilən qətnamənin müzakirəsi zamanı Türkiyə nümayəndə heyətinin kifayət qədər fəal mövqe nümayiş etdirməməsi Azərbaycanda müxtəlif suallar doğurdu. Azərbaycan ictimai rəyində belə hesab olunur ki, qardaş ölkə beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini daha açıq və prinsipial şəkildə müdafiə etməli idi. Xüsusilə Azərbaycanın illər boyu Türkiyənin milli maraqlarını beynəlxalq platformalarda ardıcıl müdafiə etdiyi xatırladılarkən, qarşılıqlı siyasi həmrəyliyin də eyni səviyyədə olması gözlənilir.

Müzakirələr zamanı diqqət çəkən məqamlardan biri də CHP-ni təmsil edən deputat Yunus Emrenin komitədə Azərbaycanla bağlı hesabatın lehinə səs verməsi ilə bağlı yayılan məlumatlar oldu. Adı müxtəlif dövrlərdə FETÖ ilə bağlı ittihamlar kontekstində hallandırılan siyasətçinin belə həssas məsələdə tutduğu mövqe ictimaiyyət tərəfindən müxtəlif aspektlərdən şərh edilir. Bu, Türkiyə daxilində bəzi siyasi qüvvələrin Azərbaycan məsələsinə yanaşmasının yenidən təhlil olunmasına səbəb olub.

Əslində bu, ilk belə hadisə deyil. CHP-nin bəzi nümayəndələri müxtəlif dövrlərdə Azərbaycanın maraqlarına uyğun olmayan bəyanatlar və mövqelərlə gündəmə gəliblər. Xüsusilə partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunun prezidentliyə namizəd olduğu dövrdə açıqladığı xarici siyasət prioritetləri sırasında Azərbaycanın yer almaması həm Türkiyədə, həm də Azərbaycanda ciddi tənqid edilmişdi. Bu fakt bir çox ekspert tərəfindən Ankara-Bakı strateji münasibətlərinə verilən önəmin kifayət qədər əks olunmaması kimi qiymətləndirilmişdi.

Siyasi müşahidəçilər hesab edirlər ki, Türkiyədə Azərbaycana münasibətdə fərqli xətt formalaşdırmağa çalışan qrupların fəaliyyəti diqqətlə izlənilməlidir. Çünki Azərbaycan və Türkiyə arasında münasibətlər yalnız iki dövlət arasındakı əməkdaşlıq deyil, eyni zamanda regional təhlükəsizlik, enerji layihələri, nəqliyyat dəhlizləri və Türk dünyasının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan anti-Azərbaycan ritorikasının və ya belə tendensiyaların güclənməsi təkcə Bakı-Ankara münasibətlərinə deyil, daha geniş geosiyasi proseslərə də təsir göstərə bilər.

Son illərdə Azərbaycan istər Qarabağ müharibəsi dövründə, istərsə də digər beynəlxalq məsələlərdə Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib.

Prezident İlham Əliyevin səsləndirdiyi "Türkiyə burada yoxdu, mən buradayam" ifadəsi də məhz bu siyasi həmrəyliyin simvoluna çevrilib. Həmin mesaj Azərbaycanın Türkiyənin maraqlarını öz maraqları qədər önəmli hesab etdiyini göstərən ən yaddaqalan siyasi bəyanatlardan biri kimi tarixə düşüb.

Şübhəsiz ki, Türkiyə dövlətinin rəsmi siyasəti Azərbaycanla müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəlib və bu istiqamətdə əməkdaşlıq davam edir. Bununla yanaşı, ayrı-ayrı siyasi dairələrdə müşahidə olunan fərqli yanaşmaların diqqətlə təhlil edilməsi, onların qardaş ölkələr arasında etimada xələl gətirməsinə imkan verilməməsi həm Bakı, həm də Ankara üçün mühüm əhəmiyyət daşıyır. Regional proseslərin həssas xarakter aldığı indiki mərhələdə Azərbaycan-Türkiyə siyasi həmrəyliyinin beynəlxalq platformalarda da eyni qətiyyətlə nümayiş etdirilməsi strateji tərəfdaşlığın əsas şərtlərindən biri olaraq qalır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 681   Tarix: 30 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

15:10 117
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 422
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 174
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 214
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

20:07 97
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 353
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

19:27 163
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 256
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.