Xarici mobil operatorlar niyə bazara buraxılmır? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA

Xarici mobil operatorlar niyə bazara buraxılmır? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA"Düşünürəm ki, xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə buraxılmırlar və ya istəmirlər kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühitinə və iqtisadi hesablamalarla bağlı məsələdir. Məsələn bir çox iri şirkətlər kimi Vodafone, Orange və ya T-Mobile kimi nəhəng şirkətlər yeni bazara daxil olarkən ilk növbədə əhalinin sayını, potensial gəliri, investisiya xərclərini və bazardan əldə edə biləcəkləri payı hesablayırlar. Mobil rabitə sektoru elə sahədir ki, milyardlarla investisiya tələb edir". Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə ekspert Elvin Həsənov bildirib.

O qeyd edib ki, əgər şirkət hesab edirsə ki, qoyacağı investisiyanın geri dönüşü onu qane etməyəcək, həmin bazara daxil olmaq istəməyəcək: "Digər tərəfdən isə telekommunikasiya sektoru istənilən ölkədə strateji sahə hesab olunur. Burada söhbət təkcə zəng və internet xidmətindən getmir. Dövlət qurumlarının rabitəsi, fövqəladə hallar zamanı kommunikasiya, milli təhlükəsizlik və kritik infrastruktur da bu sistemlərə bağlıdır. Buna görə də bir çox ölkələrdə mobil rabitə bazarı adi biznes sahəsindən fərqli olaraq daha ciddi şəkildə tənzimlənir. Ancaq açıq demək lazımdır ki, istifadəçilərin əsas gözləntisi daha münasib qiymət və daha keyfiyyətli xidmətdir.

İnsanlar qiymətlər artdıqca təbii olaraq düşünürlər ki, bazarda daha çox oyunçu olsaydı, bəlkə də rəqabət güclənərdi. Bu, müəyyən mənada məntiqli yanaşmadır. Çünki rəqabət olan yerdə şirkətlər müştərini itirməmək üçün daha çox çalışırlar. Ancaq təkcə xarici operatorun gəlməsi qiymətlərin avtomatik olaraq aşağı düşəcəyi anlamına gəlmir. Çünki telekommunikasiya bazarında tezliklərin ayrılması, şəbəkənin qurulması, enerji xərcləri, avadanlıqların alınması və texniki xidmət kimi çox böyük maliyyə yükü var. Bu səbəbdən məsələ yalnız operator sayından ibarət deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.