Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizlik və iqtisadi məsələlər, eləcə də birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə görüşdə iki ölkənin irəli sürdüyü birgə təşəbbüslərin reallaşdırılmasında və qarşılıqlı əlaqələrin daha da inkişafında parlamentlərin rolu qeyd edilib. Daha sonra İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə görüşlərdə isə iqtisadi və enerji əməkdaşlığı, hər iki ölkə üçün əhəmiyyət daşıyan layihələr və gələcək perspektivlər müzakirə olunub.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, ümumiyyətlə, Azərbaycan və İran arasında çoxşaxəli münasibətlər mövcuddur. Xüsusilə iqtisadi əlaqələrdə əməkdaşlıq imkanları genişdir. Bununla yanaşı, siyasi münasibətlərdə müxtəlif dövrlərdə gərginlik və soyuqluq da müşahidə olunub. Son dövrdə isə qarşılıqlı təmasların intensivləşməsi və münasibətlərin normallaşdırılması istiqamətində müəyyən irəliləyişlər diqqət çəkir:

"Rəsmi Bakı İranla mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır. Azərbaycan müxtəlif regional proseslər zamanı da İranın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı mövqeyini ifadə edib, tərəfləri dialoqa və sülhə çağırıb. Bununla yanaşı, Tehranla münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün siyasi dialoqun davam etdirilməsi vacib olaraq qalır.

Bakı-Tehran münasibətlərinin inkişafına təsir edən mühüm amillərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında formalaşmış siyasi dialoqdur. İki ölkə liderlərinin qarşılıqlı təmaslarında Azərbaycan-İran əlaqələrinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu münasibətlərin dövlətlərarası əlaqələrə də müsbət təsir göstərdiyi qeyd olunur.

Şahin Mustafayevin İrana səfəri də ilk növbədə iki ölkə arasında açıq qalan məsələlərin müzakirəsi, münasibətlərin daha da inkişaf etdirilməsi və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Nümayəndə heyətinin müxtəlif sahələrə cavabdeh olan yüksək səviyyəli İran rəsmiləri ilə görüşləri Bakı-Tehran gündəliyinin kifayət qədər geniş olduğunu göstərir.

İranda son dövrdə baş verən siyasi dəyişikliklər də Azərbaycan üçün yeni reallıq yaradıb. Əli Xameneinin vəfatından sonra Müctəba Xameneinin Ali Rəhbər seçilməsi İranın siyasi sistemində yeni mərhələnin başlanması ilə nəticələnib. Bu baxımdan Azərbaycan üçün İranın yeni rəhbərliyi ilə münasibətlərin qurulması və iki ölkə arasında mövcud əlaqələrin yeni siyasi şəraitə uyğun inkişaf etdirilməsi də mühüm məsələlərdən biridir.

Azərbaycanın İran siyasətində əsas istiqamətlərin dəyişməz qalacağı, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdiriləcəyi gözlənilir. Eyni zamanda Bakı öz milli maraqlarını və təhlükəsizlik məsələlərini nəzərə alaraq Tehranla münasibətlərdə qarşılıqlı hörmət və suverenliyə əsaslanan yanaşmanı qoruyur.

Nəticə etibarilə, Şahin Mustafayevin İrana səfəri Azərbaycan-İran münasibətlərində siyasi dialoqun və praktiki əməkdaşlığın davam etdirildiyini göstərir. Enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində əlaqələrin genişləndirilməsi üçün mövcud imkanlar iki ölkə arasında münasibətlərin daha sabit və qarşılıqlı maraqlara əsaslanan müstəviyə keçməsinə şərait yarada bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 111   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.