ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır

ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artırQətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.
Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib.
Sentyabrın 28-də Qətər nümayəndələri İranın xarici işlər naziri Abbas Əraqçı ilə danışıqlar aparıblar. Məsləhətləşmələrdə Qətərin kompromis təklifi müzakirə edilsə də, əhəmiyyətli irəliləyiş qeydə alınmayıb. Diplomatik səylərdə ABŞ vitse-prezidenti Cey Di Vens də iştirak edib.
"Danışıqlar dalana dirənib. İran ABŞ-nin qəbul edə bilməyəcəyi tələblər irəli sürür, ABŞ isə üstün mövqedə olduğunu düşündüyü üçün kompromisə ehtiyac görmür", - mənbə bildirib.
"Axios" yazır ki, Qətər rəsmiləri diplomatik həll istiqamətində səylərini davam etdirmək niyyətindədirlər. Bununla belə, danışıqlarda irəliləyiş əldə olunmaması hərbi əməliyyatların yenidən genişlənməsi riskini artırır.
"Reuters" də Qətərin Vaşinqton və Tehran arasında vasitəçilik fəaliyyətinin davam etdiyini, lakin danışıqların hələ konkret nəticə vermədiyini bildirir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, hər iki tərəfin güzəştə getməməsi özlərinin haqlı hesab etdikləri mövqelərdən qaynaqlanır.

ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır"Ən təhlükəli meyl odur ki, həm ABŞ, həm də İran özünü qalib hesab edir. İran tərəfi düşünür ki, neftin qiyməti 88 dollardan yuxarıdır və bu da seçim öncəsi ABŞ-nin indiki hökumətinə zərbə vuraraq onların məğlubiyyətinə şərait yaradır. ABŞ isə Boğazı bağlayıb üstünlük qazandığını düşünür; iqtisadiyyatın boğulmaq üzrə olduğunu əsas gətirərək tələsməyə ehtiyac görmür və gözləmə mövqeyi tutur".

Ekspertin sözlərinə görə, tərəflərin bir-birindən fərqli tələbləri var:

"İran yolların açılmasını, sanksiyaların ləğv olunmasını və dondurulmuş pul vəsaitlərinin qaytarılmasını tələb edir. ABŞ İranın nüvə ehtiyatlarını yoxlanıla bilən formada təqdim etməsini istəyir. Bu yanaşmalar qarşılıqlı qəbul edilən olmadığı üçün proseslər tərəflərin uzunmüddətli qarşıdurma fazasına daxil olduğunu göstərir".

Əziz Əlibəyli əlavə edib ki, hazırda proses aktiv müharibə fazasına yox, uzunmüddətli səbr yoxlamaq savaşına daxil olmaq üzrədir:

"Lakin yaxın günlərdə İranda proqnoz edilən iqtisadi çökmə baş versə, geosiyasi vəziyyət dəyişə və hərbi əməliyyatlar yenidən başlaya bilər".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 146   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmin şagird sığınacağa yerləşdirilib? - Açıqlama

Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb. -a istinadən xəbər verir ki, məsəl

29.09.2026 436
.

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"

11:44 156
.

Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir

1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya

10:17 156
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 226
.

Ən faydalı bitki yağı - Zeytun deyil

Faydalı bitki yağlarından danışarkən adətən zeytun, kətan və ya balqabaq yağı yada düşür. Lakin mütəxəssislərin fikrincə, çox vaxt diqqətdən kənarda qalan raps yağı da gündəlik qidalanma üçün ən yaxşı seçimlərdən biri ola bilər. xarici mediaya istinadən xəbər verir ki, raps yağı yağ turşularının tərkibin

29.09.2026 256
.

Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara

10:07 132
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 213
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 306
.

Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır

Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə

29.09.2026 228
.