Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"

Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram""Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir".
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu addımlar ardıcıl olaraq atılır:
"Ordunun yeni silah növləri və texnika ilə təmin olunması günün tələblərinə uyğun olaraq həyata keçirilir. Buna uyğun olaraq da kadrların yetişdirilməsi, peşəkar ordunun formalaşdırılmasına zərurət yaranıb. Ona görə də hərbi xidmətlə bağlı olan üç qanunda dəyişiklik edilməsi, xüsusən də hərbçilərin sosial təminat məsələlərinin daha da gücləndirilməsi nəzərdə tutulur".

Komitə sədri hesab edir ki, indi də olmasa, gələcəkdə müxtəlif qanunlar qəbul olunmalıdır:
"Bilisiniz ki, dünyanın bir çox ölkəsində ordu NATO standartlarına uyğunlaşdırılır. Azərbaycan da NATO ilə əməkdaşlıq edir, ölkəmizin hərbçiləri alyansın 400-dən artıq proqramında iştirak edib. Bunun nəticəsi olaraq, ordu strukturunun da NATO standartlarına cavab verən struktura çevirilməsi istiqamətində addımları atılır. Artıq zamanı çatıb, müəyyən məsələlərə diqqət yetirilməlidir. Vaxtilə torpaqlarımızın 20 faizi işğal altında idi, ona görə də biz ümumi səfərbərlikdən, ümumi hərbi çağırışdan istifadə edirdik. Digər alternativ xidmətlərlə bağlı bizdə müvafiq qərarlar yoxdur.
Hesab edirəm ki, orduda üç əsas yanaşma: ümumi çağırış, alternativ hərbi xidmət və alternativ xidmət olmalıdır. Hərdən alternativ hərbi xidmətlə alternativ xidməti qarışdırırlar, bunlar tamam başqa-başqa şeylərdir. Bu üçünə keçid artıq baş verməlidir. Hazırda müqavilə əsasında peşəkar ordunun yaradılması, komando və xüsusi təyinatlılarla bağlı bu addımlar atılır. Biz tədricən alternativ hərbi xidmətə keçməliyik".

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda Azərbaycan dövlətinin həm şimalında, həm də cənubunda kifayət qədər gərgin münaqişələr, müharibə və toqquşmalar davam edir:

Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram""Nə Ukrayna-Rusiya cəbhəsində vəziyyətə aydınlıq gətirilib, nə də ABŞ-İran cəbhəsində konkret bir nəticə əldə olunub. Diğər tərəfdən isə Yaxın Şərqin demək olar ki, bütün ölkələri ABŞ-İran münaqişəsinə bu və ya digər şəkildə cəlb olunub. İsrailin də Qəzza bölgəsində və Livanda hərbi əməliyyatları davam edir. Bununla yanaşı, ölkə daxilində nə alternativ xidmət, nə də ödənişli hərbi xidmətlə bağlı təkliflər dövlət strukturları çərçivəsində müzakirə olunmur. Belə bir vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibini və komplektləşdirilmə faizini zəiflədəcək addımların atılması sağlam məntiqə uyğun gəlmir".

Ekspert qeyd edib ki, müəyyən münaqişələr başa çatdıqdan, regionda təhlükəsizlik bərpa olunduqdan və Azərbaycana qarşı təhdidlər aradan qalxdıqdan sonra, təbii ki, Silahlı Qüvvələrin tərkibində müəyyən dəyişikliklər edilə bilər:

"Lakin ən azından Ermənistan ilə sülh müqaviləsi imzalanmadığı müddətdə belə bir məsələnin gündəmə gətirilməsini doğru hesab etmirəm. Çünki nə Silahlı Qüvvələrimizin rəhbərliyi, nə güc strukturlarının rəsmiləri, nə də Ali Baş Komandanımız indiyə qədər bu xidmətin zəruriliyi barədə bir kəlmə də işlətməyiblər. Belə olan halda ayrı-ayrı şəxslərin zəruri olmayan fikir və təklifləri gündəmə gətirməsini düzgün saymıram".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 175   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.