Son vaxtlar çörək istehlakından sonra köp problemi niyə artır?

Son vaxtlar çörək istehlakından sonra köp problemi niyə artır?"Çörək qida rasionumuzun tərkib hissəsidir. Hətta bir çoxlarımız yeməyi çörəklə yeməyəndə doymadığımızı deyirik. Amma əksəriyyətimizin süfrəsindən əksik etmədiyi çörəklərin niyə bu qədər keyfiyyətsiz olması, tez ovulması, köp verməsi əksəriyyəti narahat edən məsələdir. Çörəyin strukturunu, onun elastikliyini və ovulmamasını təmin edən əsas amil unun tərkibindəki qlüten və zülal miqdarıdır. Yerli kulinariya vərdişlərimizdə ağ və yumşaq çörəyə tələbat yüksəkdir. Un zavodları buğdanın ən faydalı hissəsi olan rüşeym və kəpək qismini tamamilə ayırır. Belə olduqda unun tərkibindəki təbii zülal kompleksi zəifləyir. Zəif qlüten strukturuna malik unla bişən çörək isə ilkin olaraq şişsə də, cəmi 2-3 saat sonra rütubətini itirir, daxili bağları qırılır və ovulmağa başlayır". Bunu BiG.AZ-a açıqlamasında sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev bildirib.

O qeyd edib ki, klassik çörəkbişirmədə xəmirin uzun müddət mayalanması və fermentasiya mərhələsi mütləqdir. Amma müasir kommersiya məqsədli çörək sexləri vaxta qənaət etmək üçün intensiv xəmir yoğurma metodundan istifadə edirlər. Xəmir kifayət qədər fermentasiya müddəti keçmədikdə, nişasta və karbohidratlar bakteriyalar tərəfindən tam parçalana bilmir. Belə olduqda çörəklər bişdikdən sonra çox tez bayatlayır, elastikliyini itirir:

"Sənayedə unun keyfiyyətini süni şəkildə artırmaq üçün tərkibə fermentlər, qatılaşdırıcılar və oksidləşdiricilər əlavə olunur. Bu maddələr çörəyin içində böyük hava qabarcıqları yaradır. Biz çörəyi kəsəndə onun içi boşluq faza kimi görünür. Hava ilə reaksiyaya girən bu süni struktur 2 saat sonra quruyur, çörək dərhal ovulur və qeyd etdiyiniz kimi yeyilməz hal alır.

Sürətli istehsalatda yüksək dozada sənaye mayaları istifadə edilir. Xəmirin mayalanma müddəti qısa olduğu üçün çörək bişərkən daxili temperatur hər yerdə eyni dərəcədə mayanın tam inaktiv olmasına yetmir.

Tam ölməyən maya hüceyrələri və fermentasiya olunmamış mürəkkəb nişasta zəncirləri mədəyə daxil olduqda, bədən temperaturunun təsiri ilə orada qıcqırma prosesini davam etdirir. Bu qıcqırma nəticəsində kütləvi şəkildə karbon qazı ayrılır ki, bu da bizdə kəskin köp, ağırlıq və həzm problemlərinə səbəb olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 852   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.