Avropa ölkəsini nəhəng hörümçəklər "ələ keçirdi"
Lüksemburqu nəhəng Nosferatu hörümçəkləri "ələ keçirib".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Luxembourg Times" nəşri məlumat verib.
Söhbət Aralıq dənizi növü olan "Zoropsis spinimana" hörümçəklərindən gedir ki, onlar qlobal istiləşmə səbəbindən 2000-ci illərdən bəri öz yaşayış areallarını aktiv şəkildə şimala doğru genişləndirirlər. İndi bu səkkiz santimetr uzunluğundakı buğumayaqlılar (artropodlar) tam şəkildə Avropadakı kiçik ölkə ərazisini fəth ediblər. İlk nümunə alimlər tərəfindən 2020-ci ildə Dyudelanj şəhəri ərazisində qeydə alınıb və o vaxtdan bəri onlar müntəzəm olaraq yerli sakinlərin fotokameralarının obyektivlərinə düşürlər. Kürəklərində "Nosferatu" filmindəki vampir qraf Orlokun siluetinə bənzəyən naxış olduğu üçün onlara bu ləqəb verilib.
Əksər "qohumlarından" fərqli olaraq, Nosferatu hörümçəkləri tor hörmürlər, gecələr aktiv şəkildə ova çıxırlar ki, bu səbəbdən də onlara tez-tez yaşayış binalarında rastlamaq mümkündür, ölçüləri və güclü xeliseraları (hörümçəkkimilər, qılıncquyruqlular və bəzi digər buğumayaqlıların baş hissəsində yerləşən, qidanı tutmaq və parçalamaq üçün istifadə olunan ilk ağız çıxıntıları cütü - red.) sayəsində isə əsl panikaya səbəb olurlar.
Lakin bioloq Aleksandr Vayqand əmin edir ki, onlardan qorxmaq lazım deyil, çünki arı sancması ilə müqayisə olunan dişləmələri insan üçün tamamilə təhlükəsizdir və şəxsən o, bundan zərər görmüş olan heç kimi tanımır.
Bununla belə, araxnoloqlar üçün bu "işğal" cənub növlərinin yeni şəraitə nə qədər tez uyğunlaşa bildiklərinin bariz nümunəsidir. Alimlər vurğulayırlar ki, hörümçəklərin Avropada aktiv şəkildə yayılması iqlim dəyişikliyinin birbaşa nəticəsidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 114 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNuman Kurtulmuş: "Dünya dağılır, yeni nizam qurulur"
"Bu gün baş verənlər onu göstərir ki, dünya dağılır, yeni nizam qurulur. Bu sistemin isə çoxqütblü olacağı qaçılmazdır. Bu istiqamətdə islam dünyasının qarşısında fürsətlər açılmaqdadır". xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatını
16:00 115 ABŞ və İran nümayəndələrinin növbəti görüşünün vaxtı məlum oldu
Gələn həftə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında ekspertlər səviyyəsində texniki müzakirələrin yenidən başlanması planlaşdırılır. xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən "Fars" xəbər agentliyi yayımlayıb
20:00 1 Soydaşımıza ABŞ-də yüksək vəzifə verildi
ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub. xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb. Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərb
19:15 2 Beynəlxalq agentlik İrandakı nüvə obyektlərində yoxlamalara başlayacaq
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) vaxt itirmədən İrandakı nüvə obyektlərində yoxlamalara başlayacaq. xəbər verir ki, bu barədə qurumun rəhbəri Rafael Qrossi Yaponiyanın NHK kanalına verdiyi müsahibəsində danışıb. Monitorinqlər təşkilatın öz nümayəndələri tərəfindən həyata keçiriləcək:. "Sözügedə
17:45 16 Azərbaycanda sığorta aktivləri iki milyard manatı keçib
Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ kapital tələbini iki dəfə üstələyib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib. Onun sözlərinə görə, son iki ildə sığorta haqları 23% artaraq 1.
16:30 105 İsrail Hizbullah terror təşkilatını bombaladı
İsrail ordusu son aylarda Livanda fəaliyyət göstərən Hizbullah terror təşkilatına qarşı hərbi əməliyyatlarını davam etdirib. Məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələri təşkilatın silah anbarları, komanda mərkəzləri və digər hərbi obyektlərini hədəf alan çoxsaylı zərbələr endirib. BİG.AZ CBS News-
12:49 154 Filippində güclü zəlzələ baş verib
Filippində 5 bal gücündə zəlzələ baş verib. -ın verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri bildiriblər. Məlumata görə, yeraltı təkanlar 24 iyun - çərşənbə günü, yerli vaxtla saat 10:04-də (Bakı vaxtı ilə 06:04-red.) qeydə alınıb. Bildirilir ki, zəlzələni
17:30 56 Kolumbiyada dəhşət: İçində modelin meyitinin qalıqları olan çamadan tapıldı
Kolumbiyada içində modelin meyitinin qalıqları olan çamadan tapılıb. Ölkə polisi 36 yaşlı modelin qətli ilə bağlı iki əcnəbini axtarır. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. Natalya Vilyalba Anqarita adlı modelin nəşinin qalıqları ölkə paytaxtı Boqotada kirayə götürdüy
19:45 1 Federal Ehtiyat Sistemi: Dollar son 13 ayın ən yüksək həddinə çatıb
İyunun 24-ü çərşənbə günü ABŞ dollarının dəyər qazanması davam edib və o, aparıcı valyutalar səbətinə qarşı son 13 ayın yeni maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, bu məlumatı "Reuters" agentliyi yayıb. Məlumata görə, bu cür artım dinamikası həm də investorların Federal Ehtiyat Sistem
20:30 0