Səkkiz saat yatmaq həmişə faydalı deyil

Səkkiz saat yatmaq həmişə faydalı deyilBir çox insan hesab edir ki, sağlam qalmaq üçün hər gecə mütləq səkkiz saat yatmaq lazımdır. Lakin həkimlər bildirirlər ki, yuxunun müddəti qədər onun hansı saatda başladığı da böyük əhəmiyyət daşıyır.

Lent.az xəbər verir ki, orqanizm üçün yalnız neçə saat yatmaq deyil, həm də nə vaxt yatmaq vacibdir. Əgər insan mütəmadi olaraq gecə saat 3 radələrində və ya daha gec yatırsa, hətta səkkiz saat yatsa belə, bu, maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. Gec yatmaq, hətta tövsiyə olunan yuxu müddətinə əməl edildiyi halda belə, artıq çəki yığılması və 2-ci tip şəkərli diabetin inkişaf riski problemlərini artıra bilər:

Həkimlər izah edir ki, yuxuya getdiyimiz saat orqanizmin daxili bioloji saatı hesab olunan sirkadiyal ritmlərlə birbaşa əlaqəlidir. Bu ritmlər yuxu və oyaqlıq dövrünü, maddələr mübadiləsini, hormonların ifrazını və bir çox digər fizioloji prosesləri tənzimləyir. Təbii yuxu rejiminin mütəmadi pozulması isə orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərir və uzunmüddətli perspektivdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər buna görə də yalnız kifayət qədər yatmağı deyil, həm də mümkün qədər eyni saatlarda yatıb oyanmağı tövsiyə edirlər. Onların fikrincə, gecə yarısından əvvəl yuxuya getmək və sabit yuxu rejimi saxlamaq sağlam həyat tərzinin vacib hissəsidir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 396   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Bəzən yorğunluq gündəlik həyatın adi bir hissəsi kimi qəbul olunsa da, hər gün davam edən halsızlıq orqanizmdə gizli sağlamlıq probleminin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, davamlı yorğunluğun əsas səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, B12 vitamin

01.08.2026 249
.

İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? - VİDEO

"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə

18.07.2026 370
.

Azərbaycanda Daun sindromlu şəxslərin sayı 30 faiz artıb

Azərbaycanda son beş ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı artıb. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin 2021-2025-ci illər üzrə açıqladığı statistik göstəricilər göstərir. Məlumata görə, Daun sindromu ilə qeydiyyatda olanların ümumi sayı 2021-ci ildə 85

16.07.2026 559
.

Gecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama

Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. -ın xəbərinə görə, bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb. Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza

19.07.2026 366
.

Hər gün xiyar yeməyin faydası

Yay aylarının ən çox sevilən tərəvəzlərindən biri olan xiyar həm dadı, həm də orqanizm üçün faydalı xüsusiyyətləri ilə seçilir. Axşam.az xəbər verir ki, tərkibinin böyük hissəsi sudan ibarət olan xiyar bədənin su balansını qorumağa kömək edir. Xüsusilə isti havalarda susuzluğun qarşısını almaq üçün idea

25.07.2026 291
.

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki

13.07.2026 615
.

Bir-iki fincan, ya daha çox? - Həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb

Qəhvənin orqanizmə təsiri onun istehlak miqdarından birbaşa asılıdır. xəbər verir ki, bu barədə rusiyalı kardioloq və tibb elmləri namizədi Valentina Baydina nəşrinə verdiyi müsahibədə danışıb. Həkim orqanizmə mənfi təsir göstərə biləcək qəhvə miqdarını açıqlayıb. Valentina Baydina bildirib ki, çox miqdard

12.07.2026 400
.

İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır

A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir. -in məlumatın

10.07.2026 561
.

İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq

İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamil

19.07.2026 1360
.

TOP MP3