Dietoloqdan çiyələk xəbərdarlığı: Bu qədər yemək kifayətdir
Meyvələrin tərkibində şəkər olduğuna dair narahatlıqlara baxmayaraq, onlar sağlam qidalanmanın vacib hissəsi olaraq qalır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dietoloq Paulina Pilarska-Abramçikin sözlərinə görə, meyvələr təkcə təbii şəkər deyil, həm də orqanizm üçün vacib olan lif, vitaminlər və bioloji aktiv maddələrlə zəngindir.
Mütəxəssis qeyd edib ki, çiyələk C və K vitaminləri, eləcə də lif baxımından olduqca zəngindir. Bu giləmeyvə kollagenin sintezini dəstəkləyir, immun sistemini gücləndirir, dərinin elastikliyinə və qan damarlarının sağlamlığına müsbət təsir göstərir. Dietoloqun sözlərinə görə, mövsümündə gündə 1-2 porsiya, yəni təxminən 150-200 qram çiyələk yemək kifayət edir. Lakin yay aylarında çiyələyin bol və dadlı olması səbəbindən bir çox insan bu normanı aşır.
Paulina Pilarska-Abramçik vurğulayıb ki, "ən faydalı meyvə" anlayışı yoxdur. Çünki hər meyvə fərqli vitamin və minerallarla zəngindir. Buna görə də ən düzgün seçim müxtəlif meyvələri növbəli şəkildə qidalanmaya daxil etməkdir.
Mütəxəssisin sözlərinə görə alma tərkibindəki pektin sayəsində bağırsaqların və bağırsaq mikrobiotasının fəaliyyətini dəstəkləyir. Kivi həzmi yaxşılaşdırmağa və bağırsaqların normal fəaliyyətinə kömək edir. Banan yorğunluğun azalmasına və sinir sisteminin normal işləməsinə dəstək verir. Avokado ürək, beyin və hormonal balans üçün faydalıdır. Qaragilə və moruq isə antioksidantlarla zəngin olduğu üçün hüceyrələri qoruyur, eləcə də yaddaşın güclənməsinə kömək edir.
Dietoloq vurğulayıb ki, sağlam qidalanmanın əsas prinsiplərindən biri müxtəlif meyvələrdən ölçülü şəkildə istifadə etməkdir. Bu, orqanizmin ehtiyac duyduğu vitamin, mineral və digər faydalı maddələri daha balanslı şəkildə qəbul etməyə imkan verir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT
Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey
12.07.2026 589 Hormonal pozuntuların əsas əlamətləri hansılardır? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında endokrin sistem barədə müzakirə aparılıb. Endokrin vəzilər hansı hormonları ifraz edir?. Hormonal pozğunluqların əsas əlamətləri nələrdir?. Qalxanabənzər vəzidə düyünlər nə zaman təhlükəlidir?. Şəkərli diabet necə inkişaf edir? Proqramd
08.08.2026 173 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
25.07.2026 2007 Vəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı
XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri
27.07.2026 320 İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? - VİDEO
"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə
18.07.2026 370 40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredici əlamətləri ya görməzlikdən gəlir, ya da onları adi yorğunluqla əlaqələndirir
12.07.2026 381 Üzunömürlülük üçün bir nömrəli giləmeyvə
Diyetoloqlar bildirirlər ki, uzun və sağlam həyat tərzində qidalanma mühüm rol oynayır. Bu baxımdan qaragilə orqanizmi yaşla əlaqəli dəyişikliklərdən qorumağa kömək edə biləcək antioksidantlar, liflər və bitki mənşəli faydalı birləşmələrlə zəngin məhsullardan biri hesab olunur. Qaynarinfo xəbər veri
10.07.2026 499 Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu
01.08.2026 247 Günəş hər kəsdə D vitaminini artırmır
Yayda günəş işığının D vitamini çatışmazlığını aradan qaldırdığı düşünülsə də, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərib. Axşam.az xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb. Nyukasl Universitetinin alimləri 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədə
01.08.2026 212