UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib.
"Report" Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar.
O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib:
"Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm. Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır. Bu dəfə də fərqli olmayacaq".
O, rəqibini incələdiklərini vurğulayıb:
"Rəqibimin döyüşlərini birinci raundda başa vurması ilə bağlı söhbətlərə gəlincə, MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündür. Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdır. Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq."
Qeyd edək ki, turnir 27 iyunda Milli Gimnastika Arenasında baş tutacaq. Əsas döyüşdə, yüngül çəki dərəcəsində Rafael Fiziyev və Manuel Torres (Meksika) oktaqonda üz-üzə gələcəklər.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 523 Tarix: 20 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNokauta düşən meksikalı boksçu bir həftə sonra öldü
26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiy
26.09.2026 412 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 733 Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. ACF rəsmisi Bakıda keçiriləcək düny
03.10.2026 459 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 526 Ronaldo 18 ildən sonra ilk dəfə...
Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi
28.09.2026 565 "Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir
24.10.2026 303 Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladı
İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll "Owning It" adlı avtobioqrafiyasında italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında çalışdığı dövrü xatırlayıb. -ya istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu milli komandaya dəvət aldığı zaman Kapello ilə arasında yaşana
04.10.2026 463 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 185 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 501