Niyə insanlar çox yeyir və bununla necə mübarizə aparmaq olar?

Niyə insanlar çox yeyir və bununla necə mübarizə aparmaq olar?Həddindən artıq yemək bir çox insanın gündəlik həyatında qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, aclıq hissi insan orqanizminin əsas yaşamaq mexanizmlərindən biri olsa da, müasir dövrdə qida yalnız enerji mənbəyi deyil, həm də emosional və psixoloji ehtiyacların qarşılanma vasitəsinə çevrilib.

Qaynarinfo "stroynee"yə istinadən xəbər verir ki, araşdırmalara görə, artıq yeməyin əsas səbəbləri arasında yuxu rejiminin pozulması xüsusi yer tutur. Məlumatlara əsasən, yuxusuzluq hormon balansını pozur, toxluq hormonu olan leptini azaldır, aclıq hormonu grelini isə artırır. Nəticədə insan daha çox yemək istəyi hiss edir və yüksək kalorili qidalara meyil güclənir.

Digər mühüm faktor kifayət qədər su qəbul edilməməsidir. Mütəxəssislər qeyd edirlər ki, susuzluq və aclıq siqnalları bəzən bir-birinə qarışa bilər. Bu səbəbdən insan bəzən su əvəzinə qida qəbul edərək əlavə kalori alır. Tədqiqatlar göstərir ki, yeməkdən əvvəl su içmək ümumi kalori qəbulunu azalda bilər.

Psixoloji amillər də artıq yeməkdə mühüm rol oynayır. Stress zamanı orqanizmdə kortizol hormonunun artması iştahanı gücləndirir. Bir çox insanlar isə yorğunluq, kədər və ya narahatlıq hisslərini azaltmaq üçün yeməyə müraciət edirlər.

Bundan başqa, darıxma və emosional boşluq da çox yeməyə səbəb ola bilər. Qida beyində dopamin ifrazını artıraraq qısa müddətli zövq hissi yaradır. Lakin bu, zamanla asılılıq xarakteri ala bilər və daha çox yemək ehtiyacını gücləndirə bilər.

Mütəxəssislər həmçinin diqqətin yayındığı halda yemək vərdişinin də təhlükəli olduğunu bildirirlər. Məsələn, televiziya izləyərkən və ya sosial şəbəkələrdə gəzərkən insan nə qədər yediyinin fərqinə varmır və bu, qida qəbulunun artmasına səbəb olur.

Nəhayət, müasir qidaların yüksək kalorili olması və porsiya ölçülərinin düzgün qiymətləndirilməməsi də artıq yeməyi artıran amillər arasındadır.

Mütəxəssislər sağlam qidalanma üçün yuxu rejiminin normallaşdırılmasını, su qəbuluna diqqət yetirilməsini və emosional yemək vərdişlərinə nəzarət edilməsini tövsiyə edirlər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 602   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 791
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 899
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

06.11.2026 693
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.